Yaşar Əliyev Quterreşə məktub göndərdi
Oxunub: 1101
08 Dec 2019 | 18:15
Yaşar Əliyev Quterreşə məktub göndərdi
Dekabrın 9-da BMT-nin mənzil-qərargahında soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın qəbul edilməsinin 71-ci ildönümü, həmçinin Beynəlxalq soyqırımı cinayətinin qurbanlarının xatirəsinə ehtiram və bu cinayətin qarşısının alınması günü ilə əlaqədar tədbirlər keçiriləcək.

Axar.az xəbər verir ki, bununla əlaqədar Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun baş katibi Antonio Quterreşə rəsmi məktub ünvanlayıb.

Diplomat BMT rəhbərinə müraciətində yazır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən və Birləşmiş Millətlər Təşkilatına daxil olandan sonra onun qoşulduğu ilk beynəlxalq müqavilələrdən biri Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyadır. Y.Əliyevin sözlərinə görə, bu Konvensiyanın hamılıqla ratifikasiya edilməsi beynəlxalq birliyin soyqırımı cinayətinin kökünün kəsilməsinə hamının tərəfdar olmasını göstərən mühüm addım olar. Y.Əliyev əhalinin soyqırımıdan, hərbi cinayətlərdən, etnik təmizləmədən və insanlıq əleyhinə cinayətlərdən qorunması üzrə milli və beynəlxalq səylərin təbliğində soyqırımının qarşısının alınması və “müdafiəyə görə məsuliyyət” konsepsiyası üzrə BMT mandatının əhəmiyyətini vurğulayıb.

Məktubda daha sonra deyilir ki, Azərbaycan soyqırımının dəhşətli bəla olmasını öz təcrübəsinə əsasən bilir. Hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Həmin gün 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlar nəticəsində həlak olmuş minlərlə dinc azərbaycanlının xatirəsi ehtiramla yad edilir.

1980-ci illərin axırlarında Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş müharibədə beynəlxalq humanitar hüququn hərbi cinayətlərə, insanlığa qarşı cinayətlərə və soyqırımı aktlarına bərabər tutulan ciddi pozuntularına yol verilib. Bu gün də davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərlərin, qəsəbələrin və kəndlərin dağılmasına gətirib çıxarıb; minlərlə insan itkin düşüb; Azərbaycanın işğal edilmiş bütün ərazilərində 1 milyondan çox azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə aparılıb.

Bu münaqişənin mövcud olduğu bütün dövr ərzində ən kütləvi qətllər 1992-ci ilin fevralında Azərbaycanın Dağlıq Qarabağ regionundakı Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilib. Erməni silahlı qüvvələrinin hücumu və şəhəri işğal etməsi nəticəsində yüzlərlə azərbaycanlı sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar öldürülüb, yaralanıb və ya girov götürülüb, şəhər isə viran edilib. Xocalıda törədilmiş qəddarlığın dərəcəsi insanı şoka salır: altı ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib; 56 kişi diri-diri yandırılıb, onların başının dərisi soyulub, başları kəsilib, gözləri çıxarılıb, digər işgəncələrə məruz qalıblar; hamilə qadınların qarnı avtomat süngüləri ilə deşilib.

Azərbaycanlı diplomat vurğulayıb ki, beynəlxalq birlik Xocalıda və Azərbaycanın digər şəhər, qəsəbə və kəndlərində baş vermiş hadisələr barədə düşünməlidir. Azərbaycana qarşı təcavüzün gedişində törədilmiş dəhşətli cinayətlərə görə İrəvanın məsuliyyət daşımasını inadkarlıqla inkar etməsi beynəlxalq hüquqa və insan hüquqlarına meydan oxumaq, möhkəm sülhə və həqiqi barışığa doğru aparan yolda birbaşa maneədir.

Bu illər ərzində institusional fəaliyyətlə yanaşı, beynəlxalq norma və standartlar da xeyli inkişaf edib. Buna baxmayaraq, mülki şəxslər silahlı münaqişə nəticəsində hələ də zərər çəkməkdə davam edirlər. Cəzasızlığa qarşı səmərəli mübarizə üçün zəruri olan digər mühüm tədbirlər sırasında bunu da yəqin etmək vacibdir ki, sülhün bərqərar olmasına yönəlmiş səylər və preventiv diplomatiya cinayətə görə cavabdehliyin təmin edilməsinə şərait yaradır və heç bir halda soyqırımı, hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və etnik təmizləmələr kimi beynəlxalq hüququn çox kobud şəkildə pozulması, qanunsuz olaraq qüvvə tətbiq edilməsi nəticəsində yaranan şəraitin saxlanmasına imkan vermir.

Bundan əlavə, xüsusi qeyd etmək lazımdır ki, Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya İkinci Dünya müharibəsi zamanı mülki əhaliyə qarşı geniş yayılmış vəhşicəsinə cinayətlərə cavab olaraq qəbul edilib. Buna baxmayaraq, bəzi ölkələrdə, o cümlədən özlərini insan haqlarının müdafiəsinin və soyqırımının qarşısının alınması proqramının qızğın tərəfdarları kimi təqdim etməyə çalışan ölkələrdə nasistlərin və onların əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi hallarına hələ də rast gəlinir. Bu cür həyasızcasına riyakarlıq qəbuledilməzdir və İkinci Dünya müharibəsi dövründə istibdaddan və müstəmləkəçilikdən azad olmaq uğrunda bütün dünyada canlarından keçmiş milyonlarla insanın xatirəsinə dərin hörmətsizlik əlamətidir.

Yaşar Əliyev sonda həmin məktubun gündəliyin 31, 32, 37, 68, 75, 83 və 130-cu bəndləri üzrə Baş Assambleyanın və Təhlükəsizlik Şurasını sənədləri kimi yayılmasını xahiş edir.

Xatırladaq ki, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) qətnaməsi ilə Parisdə qəbul edilib. 1951-ci il yanvarın 12-də qüvvəyə minmiş bu Konvensiya “soyqırımı” anlayışının insanlığa qarşı ən ağır cinayət kimi beynəlxalq hüquqi statusunu müəyyən edir və onu hüquqi tərifini verir.
Oxşar xəbərlər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:17, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:43, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 15:48
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
17 May 2024 | 15:59
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
17 May 2024 | 15:52
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 15:38
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
17 May 2024 | 15:48
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
17 May 2024 | 15:59
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
17 May 2024 | 15:52
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI