Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Çempionlar Liqasında sonuncu - ikinci finalçı da müəyyənləşəcək.
Moderator.az xəbər verir ki, yarımfinalın cavab matçları çərçivəsində "Bavariya" Münhendə PSJ-ni qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunun referisi Joao Pineyro (Portuqaliya) olacaq.
Sözügedən komandalar arasında ilk matçda PSJ 5:4 hesablı qələbə qazanmışdı.
Cütün qalibi isə finalda"Arsenal”la qarşılaşacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Budapeştdə keçiriləcək.