Sığınacaqda böyüyən daha bir qızın toyu olacaq
Cəmiyyət
1344
30 Apr 2026 | 14:08

Sığınacaqda böyüyən daha bir qızın toyu olacaq

“Azərbaycan Uşaqlar Birliyi”nin sığınacağında böyüyən daha bir qızın toyu olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, sığınacaqda böyüyən Səbinə adlı gənc qız nişanlanıb və yaxın vaxtlarda onun toyu baş tutacaq.
 
“Səbinə balam nişanlanıb. Hüseyn çox mədəni, alicənab və sevgi dolu bir gəncdir. İnşallah, ən xoşbəxt cütlüklərdən biri olacaqlar. Səbinənin ən böyük arzusu böyüdüyü müəssisədə bacıları ilə birlikdə xına gecəsi keçirmək və daha sonra mənim evimdən gəlin köçməkdir”.
 
Qurum rəhbəri həmçinin toy mərasiminin iyun ayında keçirilməsinin planlaşdırıldığını bildirib.
 
Xatırladaq ki, bundan əvvəl də sığınacaqda böyüyən Səma adlı gənc qız həmin müəssisədə çalışan Rüfət adlı gənclə ailə həyatı qurmuşdu. Hazırda onların bir oğul övladı var. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər