İnfantinodan İran yığması ilə bağlı AÇIQLAMA
İdman
284
12:38, Bu gün

İnfantinodan İran yığması ilə bağlı AÇIQLAMA

İran yığması 2026-cı ildə keçiriləcək futbol üzrə Dünya Kuboku turnirində "mütləq" iştirak edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino aprelin 15-də bəyanat verib.
 
ABŞ-nin "CNBC" telekanalına müsahibə verən qurum rəhbəri İranın turnirdə təmsil olunacağına əminliyini ifadə edib:
 
"İran mütləq gələcək. Ümid edirik ki, o vaxta qədər dünyada sülh bərqərar olacaq, bunun da prosesə mütləq köməyi dəyəcək".
 
Xatırladaq ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər