“Uşaq hüquqları ilə bağlı yenilik prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”
Ekskluziv
307
14:46, Bu gün

“Uşaq hüquqları ilə bağlı yenilik prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq”

“Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur"

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”.

Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir:

“Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır.

Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir.

Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir.

İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər