AK Partiya sözçüsü: İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi
Dünya
1365
09 Apr 2026 | 18:20

AK Partiya sözçüsü: İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi

İstanbulda İsrail konsulluğu qarşısında atışma Türkiyəyə mesaj idi.

Moderator.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib.

O, bunun arxasında təxribat niyyətinin olduğunu vurğulayıb.

Çelik qeyd edib ki, bu cür hadisələr təsadüfi baş vermir və bu, hansısa qrupların özbaşına verdiyi qərar deyil.

AK Partiya sözçüsü əlavə edib ki, Türkiyə bu cür təxribatların və gizli planların qarşısını almaqda qətiyyətlidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər