Əhməd əl-Şaraa Azərbaycana gəldi - YENİLƏNİB + FOTOxa0
1478
12 Jul 2025 | 13:07

Əhməd əl-Şaraa Azərbaycana gəldi - YENİLƏNİB + FOTOxa0

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
 
Moderator.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.
 
 
12.46
 
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana rəsmi səfər edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın rəsmi xəbər agentliyi "SANA" yayıb.
 
Bildirilir ki, səfər çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafı, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında danışıqlar aparacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər