Sarı və narıncı XƏBƏRDARLIQ - Güclü külək olacaq...
Cəmiyyət
2147
12 Jul 2024 | 17:03

Sarı və narıncı XƏBƏRDARLIQ - Güclü külək olacaq...

İyulun 13-15-də bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
 
Xidmətdən Moderator.az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Babək, Şahbuz, Kəngərli, Samux, Şəmkir, Ağstafa, Tovuz, Daşkəsən, Göygöl, Zaqatala, Qax, Şəki, Balakən, Zərdab, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Cəlilabad, Lerik, Yardımlıda şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
 
Narıncı xəbərdarlığa əsasənisə Ordubad, Culfa, Goranboy, Gəncə, Mingəçevir rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər