Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda 9 saylı poliklinikada baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
15:24
9 saylı şəhər poliklinikasında baş həkimin iş otağına od vuran şəxs saxlanılıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, yanğını törədən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
14:58
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Moderator.az APA-ya istinadən bildirir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.
Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.