Mingəçevir Dövlət Dram Teatrı iki günlük qastrol səfərindən qayıdıb.
Moderator.az xəbər verir ki, qastrol səfərini Zaqatala və Balakən rayonlarında keçirən teatr truppası adıçəkilən rayonların hər ikisində həm azyaşlılar, həm də böyüklər üçün olan tamaşalarla çıxış edib.
Teatrın aktyoru İlqar Rəhimovun quruluş verdiyi "Tık-tık xanım" kukla tamaşası (müəllif: A. Şaiq) azyaşlıların sevincinə səbəb olub. Elə bu səbəbdəndir ki, iki gün ərzində uşaqlar üçün oynanılacaq tamaşaların sayı artırılıb.
Hər iki rayonda axşam tamaşalarından sonra (rej: Valeh Kərimov, müəl: İşi Məlikzadə "Subaylarınızdan görəsiniz") əvvəlcədən planlaşdırıldığı kimi Xalq artisti, prezidentin fərdi təqaüdçüsü, Valeh Kərimovla tamaşaçıların görüşü olub. Görüş zamanı tamaşaçılara V. Kərimovun iştirak etdiyi müxtəlif tamaşalardan səhnəciklər oynanılıb.
Oynanılan tamaşalarda rayon rəhbərləri də iştirak edib, sonda çıxış edərək öz məmnunluqlarını bildiriblər.