Güclü yağış səbəbindən Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb.
Moderator.az xəbər verir ki, mayın 20-si axşam saat 22 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində leysan yağıb, rayon mərkəzidə daxil olmaqla ətraf yaşayış məntəqələrinə 3-4 dəqiqə ərzində dolu düşüb.
Leysan gecə saatlarında rayon mərkəzindən 25 km uzaqlıqda yerləşən Üçüncü Tala kəndinin inzibati ərazisində daha çox müşahidə olunub.
Kəndin inzibati ərazisinə yağan güclü leysan səbəbindən kənddaxili və kəndin ətrafındakı kiçiktutumlu çaylarda və kanallarda sel sularının yaranmasına səbəb olub.
Sel suları kəndin 250-yə yaxın həyətyanı sahəsinə dolub, 20-dən çox evin zirzəmisinə və yaxud birinci mərtəbəsinə yağış suları dolub.
Leysan yağışı üzündən kənd sakinlərinin xeyli sayda toyuq-cücəsi tələf olub.
Hazırda müvafiq qurumun nümayəndələri ərazidə leysanın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində işlər aparır, əhaliyə dəymiş ziyanın miqyasını müəyyənləşdirirlər.(APA)