Ankara “erməni soyqırımı”nı tanıyır
Oxunub: 5176
27 Apr 2015 | 01:57
Ankara “erməni soyqırımı”nı tanıyır

Ankara qondarma erməni soyqırımını tanıyır.

Çoxları üçün qəribə səslənsə də bu bir gerçəkdir. Bu gerçəyin nə qədər açıq, nə qədər aydın və inkaredilməz olduğunu görmək üçün sadəcə türkiyəli rəsmilərin uydurma soyqırımla bağlı verdiyi bəyanatlara nəzər salmaq kifayətdir.

Qondarma erməni soyqırımı ilə bağlı ilk utancverici açıqlama Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.

Ərdoğan hələ ötən il, baş nazir ikən verdiyi bəyanatda “XX əsrin əvvəlindəki şərtlərdə həyatlarını itirən ermənilərin dinclik içində yatmalarını diləyir, nəvələrinə başsağlığı çatdırırıq” deməklə, milyonlarla türkün təəccübünə səbəb oldu. Ərdoğanın məlum açıqlamasından bir neçə gün sonra çıxış edən Türkiyənin keçmiş prezidenti Abdullah Gül də ermənilərə 1915-ci il olayları ilə bağlı başsağlığı verdi və Türkiyəni II Dünya müharibəsi zamanı milyonlarla yəhidi və qeyri-yəhudini öldürən, dünyanı qan gölünə döndərən  faşist Almaniyası ilə müqayisə etdi. A.Gülüm mümkün qədər yumşaq bir şəkildə ifadə etməyə çalışdığı bu müqayisə Türkiyədə ciddi etirazla qarşılandı. Bu zaman A.Gül üzrü günahından daha betər sayılacaq daha bir açıqlamaya imza atdı və bildirdi ki, "biz günahımızı və utancımızı dilə gətirdik".

Əslində A.Gülün 1915-ci il olaylarında türklərin “günah payı və utancını” qəbul etməsi rəsmi Ankaranın qondarma erməni soyqırımı yalanı önündə qaldırdığı ilk ağ bayraq hesab oluna bilərdi. Çünki məhz bu açıqlama uzun illər bu yalana dirəniş göstərən Türkiyənin ilk siyasi təslimiyyəti və geriçəkilməsi idi.

Ərdoğanın bu il də Türkiyənin prezidenti olaraq 24 aprel tarixinin “erməni vətəndaşlar üçün özəl bir məna daşıdığını” etiraf etməsi,  “Birinci Dünya Müharibəsində həyatını itirən bütün osmanlı ermənilərini bir daha hörmətlə anaraq” uşaqlarına və nəvələrinə başsağlığı verməsi Ankaranın məlum yanaşma tərzinin davam etdiyini göstərir.

2014 tarixində uydurma erməni soyqırımı ilə bağlı rəsmi Ankaranın dilindən səslənən daha bir cəfəng bəyanata isə Türkiyənin baş naziri Əhməd Davudoğlu imza atdı. Ermənilərə başsağlığı verən Ə.Davudoğlu 1915-ci il olaylarında ölən ermənilərin 24 aprel tarixində Türkiyədə də anılacağını bildirdi. Baş nazir qeyd etdi ki, “Osmanlı ermənilərinin xatirəsinə və erməni mədəni mirasına sahib çıxmaq Türkiyə üçün tarixi və insani bir görəvdir”.

Ə.Davudoğlunun bu açıqlamasındna dərhal sonra dövlətin zirvəsində təmsil olunan daha bir rəsmi şəxs ”“ baş nazirin müavini Bülənt Arınç isə bu məsələdə bir növ son nöqtəni qoymuş oldu. B.Arınç “bilərəkdən, qəsdən və istəyərək soyqırım etməmişik” deyə bildirdi. Və bununla da ermənilərə qarşı 1915-ci ildə soyqırımın baş verdiyini prinsip etibari ilə təsdiqləmiş oldu. Çünki B.Arınçın “bilərəkdən etmədik” fikri onun nəticəni qəbul etdiyini, sadəcə bu nəticənin səbəbləri haqqında fərqli qənaətdə olduğunu göstərdi. Hansı ki, bu yanaşma mahiyyət eibari ilə heç nəyə dəyişmir. Ən azından ona görə ki, 1915-ci il olaylarında söhbət Osmanlı imperiyasının himayəsi altında olan ermənilərdən gedir, hansı ki, səbəb nə olursa-olsun, onların üzləşdiyi faciəyə görə də bütün məsuliyyət himayəsində yaşadıqları Osmanlı dövlətinin, Osmanlı hakimiyyətinin üzərinə düşür.

Bu və digər faktlar göstərir ki, rəsmi Ankara qondarma erməni soyqırımını qəbul edir və tanıyır. Ərdoğan və onun  nazirlərinin, nazir müavinlərinin verdiyi açıqlamalar da bunu təsdiq edir. Hələlik Ərdoğan hökumətinin etmədiyi, etməyə cəsarət göstərmədiyi tək şey qondarma erməni soyqırımı məsələsini hüquqa daşımaq, bunu parlament səviyyəsində qəbul etdirməkdir. Lakin proseslərin gedişatına nəzər salsaq, Ərdoğan hakimiyyətinin yaxın gələcəkdə bu rüsvayçılığa da imza atması ehtimalı qeyri-mümkün görünmür.

Göründüyü kimi, türk xalqının iradəsinə zidd olaraq Ankara qondarma erməni soyqırımını faktiki olaraq tanıyır və 1915-ci il olaylarında ölən erməniləri anmağı, onların xatirəsini yad etməyi, yaxınlarına başsağlığı verməyi özünə borc hesab edir. Halbuki, 1914-1915-ci illərdə minlərlə türkü al qana qərq edən, Osmanlı dövlətinə xəyanət edən ermənilər etdikləri cinayətlərə, qətliamlara görə nəinki həmin türklərin nəvə-nəticəsinə başsağlığı vermək, hətta belə bir faktın mövcudluğunu ümumi söz və ifadələrlə etiraf etməyi belə özünə borc bilmir. Ona görə yox ki, ermənilər bu məsələdə daha ağıllı, daha uzaqgörən, daha prinsipial, daha əzmkardır. Ona görə ki, ermənilər hazırkı Türkiyə hökumətinin simasında heç vaxt görmədikləri qədər zəif, siyasi iradədən məhrum, türk xalqı və tarixinə bağlılığı qeyri-qənaətbəxş olan mübarizlikdən məhrum asan bir rəqib görür. Və bu rəqibin cəsarətsizliyi, təslimiyyətə meyilliyi ermənilərə əlavə cəsarət və əzmkarlıq qazandırır.

Bir sözlə, bu gün qondarma erməni soyqırımını tanıyan dövlətlərə notalar təqdim edən Türkiyənin özü də bu uydurma soyqırımı qəbul etməyin bir addımlığındadır. Və ola bilsin ki, bir müddət öncə İsrailə söz savaşı açaraq özünü İslam dünyasının lideri kimi təqdim edən Ərdoğan, 

bu soyqırımını parlamentdə qəbul etdirməklə indi də  özünü tarixlə üzləşə bilər adil və ədalətli siyasi lider kimi tanıtmağa cəhd etsin.

Sonda qeyd edilməsi vacib olan digər bir məsələ isə Türkiyənin qondarma erməni soyqırımını qəbul edən dövlətlərdən öz səfirlərini geri çağırması ilə bağlıdır. Səfirin geri çağırılması beynəlxalq hüquq və diplomatik münasibətlər sistemində rəsmi səviyyədə ciddi bir etiraz forması kimi qəbul edilsə də, indiki məqamda Ankaranın belə bir addım atması yanlışdır. Təbii, əgər dünyada qondarma erməni soyqırımını qəbul edən sadəcə 1-2 dövlət olsaydı, bələ də bu addıma bəraət qazandırmaq, bundan nə isə gözləmək olardı. Lakin bu gün dünyada qondarma erməni soyqırımını qəbul edən dövlətlərin sayı sürətlə artmaqdadır. Artıq Türkiyənin 7 dövlətdən öz səfirini geri çəkildiyi bildirilir. Proseslər belə davam edərsə, Türkiyə qısa zamanda dünyanın yarıdan çoxundan öz səfirlərini geri çağırmaq məcburiyyəti qarşısında qalacaq. Bu isə Türkiyənin bütövlükdə gülünc vəziyyətdə qalması ilə nəticələnə bilər.

Bundan başqa, xarici ölkələrdəki türk səfirlərinin geri çağırılması bu sürətlə davam edərsə, o zaman Türkiyə Xarici İşlər Nazirliyini bir dövlət qurumu olaraq saxlamağa ehtiyac qalmayacaq. Çünki bu qurum avtomatik olaraq artıq, lüzumsuz bir instituta çevriləcək və xarici ölkələrdə Türkiyənin dövlət maraqlarını qorumalı olan türk diplomatları bu missiyanı ən yaxşı halda çayxana və sosial şəbəkələrdə “icra etmək” məcburiyyəti qarşısında qalacaqdır.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

Oxşar xəbərlər
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:22, Bu gün
Ermənistanda çaxnaşma: Ordu nəzarətdən çıxır
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
GÜNLÜK
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 13:19
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 13:19
“17 il ərzində 5 dəfə onu ölümün caynağından çıxartdım, deyirdi ki, yubileyimi görməyəcəm” - Sənətkarın qızı - FOTO + ÖZƏL
26 Apr 2024 | 14:54
Ermənistanın VOMA terror təşkilatı aktivləşib: Yaş, cins, məzhəb fərq etmir
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 13:26
“Gəldim ki, uşaqları xəstəxanaya aparıblar- tez ora qaçdım... Cərrahın da adı Andranik idi...”
26 Apr 2024 | 14:27
“Onlar reytinq haqqında düşünür, səbəb olduqları intiharlar haqqında yox”
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik