Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
Oxunub: 1456
27 Apr 2024 | 10:25
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. 
 
Etirazçılar bildirirlər ki, hazırda İstanbulda bir ailənin ortabab məkanda nahar etməsi təxminən 1000 lirəyə (52 AZN) başa gəlir. Yemək bir yana, çay və ya qəhvə içmək də artıq kifayət qədər sanballı hesab tələb edir. Həmçinin vətəndaşlar eyni yeməyə görə fərqli məkanlarda fərqli qiymət təklif olunmasından şikayətçidirlər. 
 
Bəs Azərbaycanda kafe və restoranlarda yemək neçəyə başa gəlir? Həftədə bir dəfə ailə ilə yeməyə çıxmaq üçün büdcədə nə qədər əlavə gəlir olmalıdır?
 
“Qafqazinfo”nun araşdırmasına görə, şəhərin mərkəzində 4 nəfərlik ailənin şam yeməyi təxminən 150-200 manata başa gəlir. Kənarlarda bu rəqəm təxminən 70-90 manat arasında dəyişir. 
 
Məsələn, paytaxtın mərkəzi hissələrində göyərti və tərəvəz qiyməti 5-8 AZN-dir. Müxtəlif pendirlərdən ibarət bulud 8-10 AZN-ə, kolbasa deserti 15-17 AZN-ə təklif olunur.  
 
 
Salatların isə növündən və məkandan asılı olaraq 1 porsiya üçün qiyməti 13-18 manatdan başlayır və yerə görə 20-25 manata qədər dəyişir. Hazırda rəngarəng məzələr də yemək masasını cəlbedici edir. Qiymətləri isə təxminən 7-10 manat təşkil edir. Sac yeməkləri 35 manatdan 70-80 manata qədər dəyişir. Quzu qabırğası ilə tərəvəzli plov 120 manat, şah plov 50 manat, kababların bir şişi restorandan asılı olaraq orta hesabla 8-12 manatdır. 
 
4 nəfərlik ailə təkcə alabalıq və ya qızıl balıq sifariş etsə, 60-100 manat arası hesab verməlidir. Öncədən sifarişlə hazırlanmış bütöv quzu qızartması 500 AZN-ə təklif olunur. Əvvəllər qiyməti daha əlçatan olan qutabın da qiyməti xeyli qalxıb. Belə ki, könlünüzə 4 ədəd qutab düşsə, şəhərin tanınmış restoranlarında 11-12 AZN ödəyərək yeyə bilərsiniz. 
 
Meyvə şirələrinin də qiymətləri məkandan asılı olaraq 5-20 manat arasında dəyişir. 
 
 
Kafe və restoranların bəziləri isə yemək sifariş etməyənlərə, ümumiyyətlə, çay vermir. Şəhər kənarlarında çaydanı 3-5 manat olan çayın mərkəzi restoranlarda 1 stəkanı 4-5 manata satılır. Dəstgahla, yəni çaydan əlavə mürəbbə, qənd, konfet, ləpə və paxlava daxil isə 30-35 manatdır. Əgər çayın yanında müxtəlif şirniyyatlar da sifariş versək, bu qiymət bir az da yüksəlir. Məsələn, çizkeykin bir dilimi 12, katmer 30, paxlava dilimi 11, balqabaq və ya heyva şirniyyatı 10, sütlaç 10, künəfə 12 manatdır. Meyvə salatı 15-20 manata təklif olunur. 
 
Səhər yeməyi qiymətləri də ortabab məkanlarda bir nəfərə 20 manatdan başlayır. Hətta 30, 40, 50 manat olanlar da var.
 
 
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, vətəndaşların alıcılıq qabiliyyətini təhlil etmiş olsaq, vətəndaş hər gün 1,5 manat gündəlik tələbat mallarına, ərzaq məhsullarına xərcləyir. Bu o deməkdir ki, onun digər istiqamətlərə, o cümlədən, iaşə xidmətlərinə, asudə vaxtın səmərəli keçirilməsinə və s. sərf edəcəyi vəsaitlərin həcmi azalır: “Gəlirlər və qiymət aspektindən müqayisə apardıqda, Azərbaycanda həyat, o cümlədən, iaşə xidmətləri kifayət qədər qeyri-əlçatandır. İkinci məsələ isə ondan ibarətdir ki, xidmətlər çoxçeşidlidir və fərqli qiymətlərə təklif olunur. Bu yerdə qiymətlərin formalaşmasını tələb və təklif şərtləndirir. İaşə sektorunda təklif elastik deyil, tələbə uyğun olaraq xidmətlərin miqyasını genişləndirmək olmur. Ona görə də səfərlərin, turistlərin daha çox olduğu ərazilərdə qiymətlərin fantastik olduğunu deyə bilərik. Eyni zamanda, kənarlarda qiymətlər qismən əlçatandır. Burada başqa bir məqam da iqtisadi mühit və məhsulun maya dəyəri ilə bağlıdır. Bizdə bazar kifayət qədər liberal olmadığı üçün bütün məhsulların qiymətlərinin üzərində əlavə bir marja alır. Yüksək marja tendensiyaya çevrilib”. 
 
 
İqtisadçı bildirir ki, digər məqam renta iqtisadiyyatının olmasıdır: “Dünyada əhəmiyyətli investisiya imkanı olan şəxslərin böyük əksəriyyəti passiv investisiyanı seçirlər. Renta gəlirlərinə meyil edirlər və bazarda iştirakçı sayının az olması da rentanı yüksəldir. Həmçinin qeyri-rəsmi ödənişlər bütün sahələrdə var və iaşə sahəsində daha çoxdur. Bunlar da sənayeni əlavə maliyyə yükü ilə üzləşdirməklə son nəticədə ölkədə qiymətlərin qeyri-əlçatanlığına dəstək olur”. 
 
Ailənin nə qədər gəliri olmalıdır ki, həftədə bir dəfə restorana getsin?
 
R.Həsənov deyir ki, bu, ailənin ölçüsündən, seçimindən, zövqündən asılıdır: “İnkişaf etmiş cəmiyyətlərdə əhali gündəlik tələbat məhsullarına ərzaq məhsullarına öz gəlirlərinin 20-25 faizini xərcləyir. Azərbaycan vətəndaşları da nə vaxtsa o səviyyəyə yüksəlsə, bütün vətəndaşların bu kimi xidmətlərdən istifadə imkanı artacaq. Amma məsələni nisbətən lokallaşdırsaq, 4 nəfərlik Azərbaycan ailəsinin regionlarda həftədə 1 dəfə kafe və restoranlardan istifadə üçün 200 manat, Bakıda isə 250-300 manat əlavə gəliri olmalıdır. Bu o deməkdir ki, bugünkü orta aylıq əməkhaqqı təxminən 20-30 faiz daha yüksək olarsa, həftədə bir dəfə iaşə xidmətlərindən istifadə üçün şərtləri daha uyğun edir”. 
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hər həftə istehlakçılar tərəfindən 1-2 şikayət daxil olur: “Şikayətlər əsasən telefon zəngi şəklində olur və regionun hər yerindən gələn bu şikayətlər əsasən gecə saatlarında - saat 23:00-dan sonra daxil olur. Vətəndaşlar qiymətlərin artıq olması, əlavə xidmət haqqının tələb olunmasından şikayətlənirlər. Qiymətlər kafe və restoranlarda təəssüf ki, getdikcə yüksəlir. Bunun ciddi səbəblərindən biri budur ki, tələb təklifi üstələyir. Tələb həddindən artıq çoxdur. Məsələn, ötən il mən turizm həvəskarı və istehlakçı hüquqlarını qoruyan bir şəxs kimi ölkənin bütün zonalarında monitorinqlər apardım. Məsələn, şimal zonasında – Qusar ətrafında Qayakənddə bir neçə restoranda oldum. Bu restoranların birində o qədər növbə var idi ki, orada adamlara it əti də versələr, nə qədər də pul istəsələr, verməyə məcburdurlar. Çünki insanlar acdılar və yemək istəyirlər. Orada vəziyyət həddindən artıq pis idi, eləcə də antisanitariya hökm sürürdü. Eləcə də Gəncədə Hacıkənd istiqamətində çoxsaylı qondarma restoranlar var və antisanitariya baş alıb gedir. Qiymət isə yuxarıdır. Nisbətən yaxşı vəziyyət cənub bölgəsində idi”.
 
 
“Restoranlarla bağlı müəyyən qaydalar tərtib olunmalıdır”
 
E.Hüseynov deyir ki, tələb təklifi üstələdiyindən, bu barədə heç bir dövlət qanunu olmadığından restoranlar istədikləri kimi qiymət qoyurlar: “Hesab edirəm ki, restoranlarla bağlı müəyyən qaydalar tərtib olunmalıdır. Amma bazar iqtisadiyyatıdır və qiymətlər tələb-təkliflə formalaşır. Lakin Azərbaycanda boykota nail olmaq qeyri-müşkül məsələdir. Mən hələ bəlli satış şəbəkələri istisna olmaqla, istehlakçıların boykotuna nail ola bilməmişəm. Restoranlarda lazım olsa, müəyyən boykot olmalıdır ki, belə hallar baş verməsin. 
 
Qiymət artımının qarşısını almaq üçün hökumət bu biznes sektoru üçün əlverişli şərait yarada bilər. Torpaq ayırmaq, elektrikə, qaza əlçatanlığı yaxşıladırmaqla rəqabət şəraiti yaranar. Bu halda qiymət aşağı düşə bilər”. 
Oxşar xəbərlər
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:15, Bu gün
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08:00, Bu gün
Şuşa Zəfərimizin rəmzi, tacıdır
07:32, Bu gün
Beyons ombasını nümayiş etdirdi
07:12, Bu gün
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
07:11, Bu gün
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
06:26, Bu gün
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
01:26, Bu gün
BioNTech ilin birinci rübündə 315 milyon avro xalis zərər etdiyini açıqlayıb
01:22, Bu gün
Dövlətlərin borcu tarixi rekord həddə ÇATIB
01:19, Bu gün
“Avroviziya-2024”: Azərbaycan təmsilçiləri mübarizəni yarımfinalda dayandırıblar - YENİLƏNİB
00:53, Bu gün
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub
00:45, Bu gün
Tanınmış klubun stadionu sel sularının altında qaldı - FOTOLAR
00:17, Bu gün
Yassin Benzia Azərbaycan Kubokunun final görüşünü buraxacaq
07 May 2024 | 23:48
KİV: Ukraynada daha iki gürcü döyüşçü ölüb
07 May 2024 | 23:30
Əməkdar artist: “Gülyanağı tələyə salıb evləndirdim” - MÜSAHİBƏ + FOTO
07 May 2024 | 23:25
Günəşdə 10 güclü alışma baş verib
07 May 2024 | 23:14
“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb
07 May 2024 | 23:12
"Borussiya" - PSJ-yə qarşı: Matç başladı - YENİLƏNİR
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
07 May 2024 | 22:44
Bayden: ABŞ fikir ayrılıqlarına baxmayaraq İsraili dəstəkləməyə hazırdır
07 May 2024 | 22:27
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 22:14
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
07 May 2024 | 22:13
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 20:55
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
07 May 2024 | 20:35
BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub - FOTO
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 19:23
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
07 May 2024 | 19:11
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
07 May 2024 | 19:05
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
07 May 2024 | 18:59
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
07 May 2024 | 18:55
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
07 May 2024 | 18:25
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
07 May 2024 | 18:20
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
07 May 2024 | 18:16
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
07 May 2024 | 18:12
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
07 May 2024 | 18:08
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
07 May 2024 | 18:08
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
07 May 2024 | 18:05
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 18:00
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 17:55
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
07 May 2024 | 17:50
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
07 May 2024 | 17:45
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
07 May 2024 | 17:40
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 17:26
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
07 May 2024 | 17:23
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
07 May 2024 | 17:20
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
07 May 2024 | 17:15
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
07 May 2024 | 17:12
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 17:05
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
07 May 2024 | 17:00
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:40
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
07 May 2024 | 16:35
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
07 May 2024 | 16:30
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
07 May 2024 | 16:27
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
07 May 2024 | 16:25
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
07 May 2024 | 16:22
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
07 May 2024 | 16:20
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
07 May 2024 | 16:16
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
07 May 2024 | 16:12
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
07 May 2024 | 16:09
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
07 May 2024 | 16:09
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
07 May 2024 | 16:05
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
07 May 2024 | 16:03
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
07 May 2024 | 16:00
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
07 May 2024 | 15:57
Keçmiş baş nazir vəzifəsindən azad edildi
07 May 2024 | 15:56
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
07 May 2024 | 15:50
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
07 May 2024 | 15:45
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:41
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
07 May 2024 | 15:40
4 terrorçu zərərsizləşdirilib
07 May 2024 | 15:36
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
07 May 2024 | 15:32
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
07 May 2024 | 15:28
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
07 May 2024 | 15:25
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
07 May 2024 | 15:21
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
07 May 2024 | 15:19
UNEC-in professoru vəfat etdi - FOTO
07 May 2024 | 15:15
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
07 May 2024 | 15:12
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
07 May 2024 | 15:10
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
GÜNLÜK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 10:36
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
07 May 2024 | 10:11
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
07 May 2024 | 09:49
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 09:57
Azərbaycan elminə AĞIR İTKİ: tanınmış alim VƏFAT ETDİ - FOTO
07 May 2024 | 13:19
Vladimir Putin Rusiya prezidenti vəzifəsinin icrasına başladı - YENİLƏNİB + CANLI YAYIM
07 May 2024 | 11:25
Azərbaycanda məktəbdə DAVA - Şagird ÖLDÜ
07 May 2024 | 10:36
Yağış Binəqədini Venesiyaya çevirdi, sakinlərin gediş-gəlişi çətinləşdi: “Gərək qayıq alaq”-FOTO+VİDEO+ÖZƏL
07 May 2024 | 10:11
Araik Arutyunyan deyir ki, yaxın saatlarda və günlərdə çoxlu saxta xəbərlər yayılacaq...
07 May 2024 | 09:49
32 yaşlı qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
07 May 2024 | 12:38
Azərbaycan və Slovakiya şirkətləri arasında əməkdaşlıq memorandumları imzalandı - YENİLƏNİB + FOTO