Bizi sosial şəbəkələrdən izləyin:
Gəncədə bir neçə zavoda rəhbərlik edən "Avia-Ekologiya" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, "Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti "Avia-Ekologiya" MMC-ni məhkəməyə verib.
Əldə etdiyimiz məlumata görə, məhkəmə verilmə səbəbi şirkətin tabeçiliyində olan mülkə görə götürülən kredit mübahisəsidir. Bank məhkəmədə şirkət barəsində “Sair işlər və Digər” məsələlərlə bağlı iddia qaldırıb.
İşə Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu ilin fevral ayında "Avia-Ekologiya" şirkəti "Yelo bank"ı və eyni zamanda "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdı.