Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Siyasət
2595
07 Apr 2024 | 20:30

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Bu barədə Moderator.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
 
Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər