Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
Oxunub: 1930
29 Mar 2024 | 14:18
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
Əvvəllər övladlığa uşaq götürülməsi halları Azərbaycan cəmiyyətində isti qarşılanmasa da, hazırda uşaq sahibi ola bilməyən ailələrdə tez-tez rast gəlinir və cəmiyyətdə normal qəbul edilir. Lakin mütəxəssislərin üstün rəyi və hər kəsi maraqlandıran məsələ budur ki, övladlığa verilən uşaqların hüquqlarının qorunması üçün onları təhvil alan ailələrə tez-tez baş çəkilsin, uşaqların gələcək taleyi nəzarətdə saxlanılsın.
 
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında 393 nömrəli 10.12.2018-ci il tarixli Fərmanı ilə Övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimlənmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid edilib. Bu sahə nazirliyə həvalə edildikdən sonra hər il övladlığa götürülənlərin statistikası açıqlanır. Belə ki, 2020-ci ildən fəaliyyətin aparılması ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə tapşırılıb. Proses tam elektronlaşdırılıb və //adoption.mlspp.gov.az/app/home 
altsistemi vasitəsilə övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin edilib. Statistikaya əsasən, 2021-ci ildə 110 uşaq övladlığa verilib ki, onlardan 57-si qız, 53-ü oğlandır. 63 uşaq isə yaxın qohum tərəfindən övladlığa götürülüb. Həmin il əcnəbilər tərəfindən övladlığagötürmə halı olmayıb. 2022-ci ildə 176 uşaq övladlığa verilib. Onlardan 85-i qız, 91-i isə oğlandır. 2023-cü il ərzində isə 141 uşaq övladlığa verilib. Onlardan 70-i oğlan, 71-i isə qızdır.
 
Pravda.az övladlığagötürmənin hüquqi, psixoloji, dini tərəflərini araşdırıb.
 
Övladlığagötürmə qanunla necə tənzimlənir? 
 
Tanınmış vəkil Turan Abdullazadə deyib ki, Ailə Məcəlləsinə əsasən, övladlığagötürmə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra mümkündür: 

“Bir uşaq ər-arvad olmayan iki şəxs tərəfindən övladlığa götürülə bilməz. Bir qayda olaraq qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə də yol verilmir. Qanunvericiliyə əsasən, övladlığagötürmə üç mərhələdə həyata keçirilir. Birincisi, övladlığa uşaq götürmək istəyən şəxs və ya şəxslər qeydiyyata alınmalıdır. İkincisi, övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu müəyyənləşdirilməlidir. Üçüncüsü, övladlığagötürmə barədə məhkəmə qərarı olmalıdır. Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən çox olmayan müddətdə müvafiq qaydalarla müəyyən edilir. Övladlığa uşaq götürmək istəyən şəxslə və ya şəxslərlə müsahibə aparılır, onlar təlimlərə cəlb edilirlər, valideynə uyğun uşaq, eyni zamanda övladlığa götürülən uşağa uyğun valideyn seçilir. Övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxs və ya şəxslər arasında uşağın yerləşdiyi müəssisədə görüş təşkil edilir və övladlığa götürülən uşaq sınaq müddətində onu seçən ailənin evində yerləşdirilir”. 
 
Vəkil bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir:
 
“Müvafiq icra hakimiyyəti orqanı elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə və ya şəxslərlə müsahibə keçirir, habelə onların maddi-məişət şəraitinin müayinəsini aparır. Valideynliyə namizədlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydalarına əsasən qeydiyyata alınır. Övladlığagötürmə barədə ərizəyə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürülən uşaq 18 yaşına çatanadək müvafiq icra hakimiyyəti orqanı uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparır. Övladlığagötürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Dediyimiz kimi, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər. Ögey ata və ana, habelə qohumları - bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları istisna olmaqla, övladlığa götürmək istəyən ər-arvaddan biri üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır. Ögey ata-ana, habelə sadaladığımız qohumları istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə və şəxslərlə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır. Uşağın övladlığa verilməsi zamanı bu məcəllənin 121.1-ci və 121.2-ci maddələrinin tələbləri nəzərə alınmalıdır. Belə ki, övladlığagötürmə zamanı nikahda olan şəxslərə azı üç il, yaşı 35-dən yuxarı olan ər-arvad üçün bir il müddətində nikahda olan Azərbaycan Respublikasının vətəndaşlarına, habelə yuxarı yaş həddi 55-dək olan şəxslərə üstünlük verilir. On yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun özünün buna razılıq verməsi zəruridir. Yeddi yaşına çatmış uşaq övladlığa götürüldükdə isə məhkəmələr tərəfindən onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrənilir və nəzərə alınır. Qeyd edim ki, övladlığagötürmənin sirri qanunla mühafizə olunur, ləğvi isə məhkəmə qaydasında həyata keçirilir”. 
 
Turan Abdullazadə övladlığagötürmənin hansı hallarda ləğv edildiyini də açıqlayıb:
 
“Övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmirlərsə, valideynlik hüquqlarından sui-istifadə edirlərsə, övladlığa götürdükləri uşağa qəddar münasibət bəsləyirlərsə, xroniki alkoqolik və narkomandırlarsa, bu zaman övladlığa götürmə ləğv edilir. Uşaq yetkinlik yaşına çatdıqda isə övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri arasında qarşılıqlı razılığa əsasən, övladlığagötürmənin ləğvi mümkündür. Bu məsələdə valideynlərin sağ olması, onların valideynlik hüquqlarından məhrum olunmamaları, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətlərinin olmadığının müəyyənləşdirilməsi nəzərə alınır”. 
 
Övladlığa götürülən uşaqların taleyi ilə maraqlanılıb-maraqlanılmaması, eyni zamanda indiyədək övladlığın ləğvi halının olub-olmaması barədə sualları isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi cavablandırıb. Qurumdan bildirilib ki, nazirlik tərəfindən bu sahədə idarəetmə və xidmətlərin elektronlaşdırılması təmin edilib: 

“Prezident İlham Əliyevin Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmə 1 noyabr 2019-cu il tarixdən nazirliyə həvalə olunub. Səlahiyyətlər nazirliyə həvalə edildikdən sonra övladlığa verilmiş uşaqların övladlığa götürülməsinin ləğvi halı olmayıb. Mövcud qanunvericiliyə əsasən, övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin 1-ci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq monitorinq aparılır. Bu məqsədlə 2023-cü ildə 1145 monitorinq aparılıb”. 
 
Övladlığagötürmə məsələsində ən vacib məqam övladlığa götürülən uşağın övladlıq olduğunu öyrəndiyi mərhələdir. Bəs bu məsələdə övladlığa uşaq götürən valideynlər necə davranmalıdırlar? Hansı yaş həddi uşağın gerçəkləri bilməsi üçün daha məqsədəuyğundur? 
 
Tanınmış psixoloq Aygün Ağabalayeva bildirib ki, bu, çox həssas və mübahisəli mövzudur: 

“Əvvəllər mütəxəssislər elə bir rəy verirdilər ki, uşağın övladlıq olması sirr qalmalıdır, uşaq bunu bilməməlidir. Halbuki nəticədə bu, böyük ciddi problemlərə gətirib çıxarırdı. Bütün informasiyanı uşaqdan gizli saxlamaq düzgün deyil. Gizli saxlayanda bu, illər ötdükcə yalan üstünə yalan gətirir. Valideynlər övladı nə qədər sevsələr belə, sonradan həmin yalanlar uşağın elə bir yaş dövründə hansısa qohum, yaxud bu barədə məlumatı olan insan tərəfindən ortaya çıxarıla bilər. Nəticədə uşaq çox ciddi travma alar. Din mövzusu, uşağın cinsi tərbiyəsi kimi ciddi mövzularda necə yaş həddi nəzərə alınırsa, bu informasiya da valideynlər tərəfindən uşağa yaşına uyğun verilməlidir. Adətən uşaqlar 3-4 yaşlarında valideynləri sual yağışına tuturlar. Məsələn, soruşurlar ki, "məni haradan almısınız?" Elə valideyn var, deyir ki, "səni leylək gətirib", yaxud "ananın qarnında olmusan". Həmin yaşda çox yaxşı olar ki, övladlığa götürülən uşağı da valideynlər buna yavaş-yavaş hazırlasınlar. "Biz ailə qurduq, uşağımız yox idi, amma çox istəyirdik ki, sənin kimi bir uşağımız olsun. Xəstəxanaya getdik, səni görüb sevdik, gətirdik, sən də bizim balamız oldun..." kimi ifadələr işlədilə bilər. Əslində, üç yaşlı uşaqlar üçün nə vaxt, harada və necə dünyaya gəldiklərinin o qədər də fərqi yoxdur. Bu yaşdakı uşaqlara valideynin onu sevməsi, münasibəti əsasdır. Mütəxəssislər arasında, hətta yaş həddi məsələsində fikir fərqliliyi olur. Bəziləri uşaq yaşda, bəziləri isə yeniyetməlik dövründə deyilməsinin tərəfindədirlər. Təbii ki, uşaq yaşda olmalıdır. Yeniyetməlik dövründə ailədə yaranan münasibətlərə uyğun nəticə ola bilər, uşaq hər bir soyuq davranışı başqa cür qəbul edə bilər. Bu mövzu övladlığa götürülmüş uşağa aydın olmalıdır, onda bu barədə cavablanmamış suallar qalmamalıdır. Rahat şəkildə valideynə sual verib cavabını almalıdır. Belə halda həmin uşaqlar daha rahat olurlar. Təbii ki, hər uşaq eyni reaksiyanı vermir. Elə uşaq var, eşitdiyi informasiya onu çox incidir, neqativ təsir göstərir. Bu da təbii reaksiyadır. Valideynlər övladlığa götürdükləri uşağa diqqətlə, qayğı ilə yanaşsalar, get-gedə uşağın içindəki acını minimuma gətirib çıxara bilərlər. Övladlığa götürülən uşağa valideynlər uşaq yaşda heç bir məlumat verməyiblərsə, yeniyetməlik dövründə, yaxud daha böyük yaşlarda məlumat verirlərsə, bu zaman uşağa "sən atılmısan, biz səni götürmüşük" kimi sözlər işlədilməməli, bioloji valideynlər pislənməməli, onlar uşağa neqativ şəkildə tanıdılmamalıdır. Bəzən elə olur ki, valideynlər gerçəyi açıqlayırlar, övladlıq uşaq isə buna çox susqun reaksiya göstərir. Bu, artıq valideyni narahat etməlidir. Çünki əslində uşağın çoxlu sual verməsi daha normaldır. Bu, onun məlumatı daha rahat qəbul etdiyi deməkdir. Uşaq susqun reaksiya verəndə isə kənara çəkilməsinlər, onun yanında olsunlar, danışdırmağa çalışsınlar. Uşağın onlar üçün nə qədər dəyərli olduğunu, onu necə sevdiklərini bildirməyə çalışsınlar. Bəzən valideynlər özləri bu mövzuda danışmağa çəkinirlər. Bu isə neqativ təsir göstərir. Adətən uşaqları mütəxəssis yanına aparırlar. Amma valideynlər uşağa bunu deyə bilmirlərsə, bu zaman özləri də mütəxəssislərdən professional dəstək almalıdırlar. Böyük yaşlarda vəziyyətdən xəbər tutan uşaqların psixoloji durumuna  bu, daha çox təsir edir. Yeniyetməlik yaş dövrü onsuz da böhran yaş dövrü sayılır. Daha çox böyük yaşda olan uşaqlar əsl ailələrini tanımaq istəyirlər. Bu isə onları övladlığa götürən valideynlərdə qorxu yaradır. Yəni övladlıq uşaqları kiçik yaşdan bu mövzuya hazırlamaq daha məqsədəuyğundur...” 
 
Övladlığa götürmə məsələsinə bir çoxları dini aspektdən yanaşır. Bildirilir ki, Məhəmməd Peyğəmbərin Zeyd ibn Haris adlı övladlığı olub. Bəs görəsən, belə halda islam dinində övladlığa uşaq götürmək hansı halda icazəlidir? 
 
AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov deyib ki, islam dini kiminsə doğma övlad kimi övladlığa götürülməsinə birmənalı şəkildə "yox" deyir: 

“Övladlığa götürmək genetik baxımdan bizə aid olmayan, nəslimizin bioloji, fiziki parçası sayılmayan yad bir şəxsi özümüzə aid etməkdir. Hələ cahiliyyət dövründə ərəblər arasında övladlığa götürmə geniş yayılmışdı. Sonradan islam dini bu münasibət formasını haram hesab etdi. Quran açıq şəkildə göstərir ki, övladlığa götürdüyünüz şəxsləri övlad hesab etməyin, əksinə, onları atalarına aid edin. Şübhəsiz ki, islamın mövqeyi ədalətli mövqedir. Çünki islam istəyir ki, genetik mənsubiyyət çox dəqiq olsun, genetik sərhədlər pozulmasın. Bununla yanaşı, uşağın gələcəkdə ata-anasının onu övladlığa götürən şəxslər olmadığı ortaya çıxdıqda travma yaşamamasının qarşısını almaq üçün İslam belə bir addım atır. Həmçinin islam dinində məhrəmlik, naməhrəmlik münasibətləri çox dəqiq və qəti şəkildə qoyulduğundan dinimiz istəmir ki, anaya və ya evdəki digər xanımlara naməhrəm olan birisi ailəyə daxil olsun. Çünki ana doğma övladının yanında adətən geyim-keçimində, danışığında başqalarının yanında olmadığı kimi davranır. Övladlığa götürülən şəxs ailədən hesab olunmadığı üçün bəzən münasibətlər düzgün qurulmur. Bir sözlə, məhrəmlik baxımından, uşağın gələcəkdə daha sağlam böyüməsi, həqiqətləri bilməsi, həqiqətlərlə barışması nöqteyi-nəzərdən islamda övladlığa götürülmə qadağan hesab olunub...” 

Oxşar xəbərlər
21:18, Bu gün
Manafın səsi batdı: Toy sahibi PULUNU TƏLƏB ETDİ – GÖRÜN NƏ OLDU
21:16, Bu gün
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin vaxtı uzadıldı
21:02, Bu gün
NATO-nun iki “qırmızı xətti”, Rusiyanın atom bombası hədəsi...- TƏHLİL
20:58, Bu gün
Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO
20:49, Bu gün
Keşiş Baqratın İrəvandakı mitinqində Rusiya hərbi geyimində şəxs göründü...-FOTO
20:45, Bu gün
Evdən qaçan qadınları axtarıb-tapandan sonra... - QALMAQALLI AÇIQLAMA
20:42, Bu gün
Putin hədəflərini bəyan etdi - Qərblə savaş bitməyəcək
20:41, Bu gün
Azərbaycandakı sürüşmə zonalarında son vəziyyət AÇIQLANDI
20:39, Bu gün
"İlk əlverişli geosiyasi vəziyyət yaranan kimi bu hökmən baş verəcək" – Qüdrət Həsənquliyev
20:36, Bu gün
Paşinyan kilsənin iradəsini qıracaq – Baş nazirin başqa yolu qalmayıb
20:19, Bu gün
Kürdəmirdə FACİƏ: Autizmli azyaşlı dördüncü mərtəbədən yıxıldı
20:14, Bu gün
Estoniyadan Rusiya ilə bağlı qadağa
20:12, Bu gün
Hacıqabulda avtomobil azyaşlını vurub
20:10, Bu gün
Rusiyalı məşhur reper axtarışa verildi - FOTO
20:00, Bu gün
Ermənistanın arxiyepiskopu Paşinyana istefa vermək üçün bir saat vaxt verdi - YENİLƏNİB + VİDEO
19:10, Bu gün
Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib
19:03, Bu gün
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA
18:44, Bu gün
Toni Kroos “Real Madrid”dən ayrıla bilər
18:43, Bu gün
Rusiya-Çin Ay stansiyası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlanılıb
18:00, Bu gün
"Manuel Noyer daha 100 il etməyəcəyi səhvə yol verdi"
17:54, Bu gün
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
17:48, Bu gün
“Borussiya”nın əfsanəsi ABŞ klubuna keçir
17:46, Bu gün
Ərdoğan Rusiya və Ukraynaya ÇAĞIRIŞ ETDİ
17:41, Bu gün
Tanınmış müğənni Niderlandda evlənir - Toyuna kraliçanı çağırdı
17:34, Bu gün
Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır
17:27, Bu gün
Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq
17:20, Bu gün
COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib - FOTO/VİDEO
17:17, Bu gün
PSJ Kilian Mbappe üçün vida mərasiminin hazırlıqlarına başlayıb
17:15, Bu gün
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
17:10, Bu gün
Dövlət qurumunun iki idarəsi birləşir
17:03, Bu gün
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqladı
16:57, Bu gün
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etdi - FOTO/VİDEO
16:50, Bu gün
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
16:44, Bu gün
Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO
16:37, Bu gün
“Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə QƏRAR VERİLDİ
16:32, Bu gün
İrəvanda gərginlik artdı, şəhərə əlavə polis qüvvələri yeridildi - YENİLƏNİB + VİDEO
16:28, Bu gün
Çinli idmançı Bakıda dünya rekordunu yenilədi - VİDEO
16:22, Bu gün
“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI - VİDEO
16:19, Bu gün
Abidənin yerində anbar tikilməsinə rəsmi qurumdan AÇIQLAMA - VİDEO
16:16, Bu gün
Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO
16:12, Bu gün
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - TƏFƏRRÜAT
16:07, Bu gün
Təhlükə mənbəyinə çevrilən körpü - REPORTAJ
16:05, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ - FOTO
16:01, Bu gün
Zelenski Zalujnını bu ölkəyə səfir təyin etdi - YENİLƏNİB
15:58, Bu gün
Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
15:54, Bu gün
Gədəbəydə “Yaşıl marafon" keçirilib
15:50, Bu gün
"Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir" - Rumen Radev
15:48, Bu gün
Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edildi
15:40, Bu gün
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”
15:34, Bu gün
Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi: Ön təkəri partladı - FOTO/VİDEO
15:29, Bu gün
Sülh sazişi burada imzalanacaq: Almatıda isə... - Detallar AÇIQLANDI
15:22, Bu gün
İrəvana daxil olmuş keşiş Baqratın revanşist yürüşündə cəmi 1450 nəfər iştirak edir...-FOTO
15:22, Bu gün
Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”
15:15, Bu gün
Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO
15:12, Bu gün
“Yaşadığım evi ondan hədiyyə almışam” – VİDEO
15:10, Bu gün
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
15:05, Bu gün
Sabahkı Almata görüşündə Zəngəzur razılaşması olacaq?
15:00, Bu gün
“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı
14:55, Bu gün
ARB-nin aparıcısı övladını itirdi
14:50, Bu gün
1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: NADİR KADRLAR - VİDEO
14:48, Bu gün
Azərbaycanda qaya uçqunu olub - FOTO
14:45, Bu gün
Slovakiya-Azərbaycan əlaqələri... -  Balanslı və müstəqil siyasətin bariz nümunəsi
14:42, Bu gün
İranda Kann festivalının iştirakçısı olan rejissor azadlıqdan məhrum edilib
14:39, Bu gün
"50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır" - VİDEO
14:37, Bu gün
“Baxışı ilə “şeytanların içindəyəm” deyirdi” - VİDEO
14:35, Bu gün
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
14:30, Bu gün
Siyavuş Novruzovun jurnalistlərə ev təklifi - kim nə deyir?
14:14, Bu gün
98 yaşlı veteran: “Atam müharibədən yaralı halda qayıtdı, mən getdim” - MÜSAHİBƏ + FOTO
14:09, Bu gün
Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər
14:00, Bu gün
Bakıda “Talassemiyanı işıqlandır” aksiyası keçirildi
13:57, Bu gün
İcma: "Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür"
13:53, Bu gün
İlin sonunadək Cəbrayıla yüzlərlə ailə köçürüləcək - VİDEO
13:48, Bu gün
"Kişilər yalnız dəfn olunanda qadın bilir ki, əri hara gedib" - VİDEO
13:40, Bu gün
"Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq həm Azərbaycana, həm də Britaniyaya fayda verir" - FOTO
13:31, Bu gün
Oğuz Rayon Polis Şöbəsinə rəis müavini təyin edildi
13:25, Bu gün
Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotiklə TUTULDU
13:18, Bu gün
Ağdamda 12 yaşlı uşağı ilan sancdı - FOTO
13:13, Bu gün
Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır - Azərbaycanın mövqeyi...
13:05, Bu gün
Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - FOTO
13:00, Bu gün
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
12:57, Bu gün
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO
12:52, Bu gün
"Biz Ukraynaya yardım göstərilməsi üzrə NATO-nun ağılsız missiyasında iştirak etməyəcəyik" - Macarıstan XİN rəhbəri
12:49, Bu gün
“Bavariya” rəsmiləri hakimin üzrünü qəbul etmədilər
12:47, Bu gün
Zeynəb Xanlarovadan danışdı, sonra hönkürərək ağladı: “Ölmədən bu arzuma çatmağa kömək etsinlər” - FOTO + ÖZƏL
12:44, Bu gün
Türkiyədə ötürücü quraşdırılan şahin Azərbaycan daxil olmaqla 34 ölkədə olub - FOTO/VİDEO
12:40, Bu gün
“Tiktokeri polisə biz şikayət etməmişik” - Aygün Bəylərin ailəsindən AÇIQLAMA + ÖZƏL
12:35, Bu gün
Leysan yağışların fəsadları: “Pomidor və gilas az olacaq, qiyməti də bahalaşacaq” - ÖZƏL + FOTO
12:32, Bu gün
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb - FOTO
12:30, Bu gün
“Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi, 70 nəfər onun sayəsində çörək qazandı” - FOTO + ÖZƏL
12:27, Bu gün
"Əsl kişi hozu olmalıdır" - VİDEO
12:25, Bu gün
“WhatsApp”da foto və VİDEO ilə bağlı möhtəşəm YENİLİK
12:23, Bu gün
Bu qadının yerini deyənə 2000 manat veriləcək – VİDEO
12:20, Bu gün
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
12:17, Bu gün
Şirazda mağaza sahibləri açıq-saçıq geyim satışı bəhanəsi ilə həbs ediliblər - FOTO
12:15, Bu gün
“Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir” - Qafarov
12:10, Bu gün
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
12:05, Bu gün
"NATO Ukraynaya qoşun göndərməkdən rəsmən imtina edəcək" - "Corriere della Sera"
12:00, Bu gün
Azərbaycanın voleybol millisi Sloveniyaya yollandı
11:55, Bu gün
DİN-in əməkdaşları ağacəkmə aksiyası keçirdi - VİDEO
11:50, Bu gün
Hitlerə qarşı döyüşən neçə azərbaycanlı SAĞDIR?
GÜNLÜK
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq