Marquşevan döyüşündən 23 il ötür...
Oxunub: 7549
10 Apr 2015 | 14:44
Marquşevan döyüşündən 23 il ötür...

Bu gün Qarabağ müharibəsinin yadda qalan tarixlərindən biridir. Azərbaycan döyüşçülərinin Ağdərənin Marquşevan qəsəbəsini erməni işğalçılarından azad etdiyi gündür. Düşmənlərimiz bu əməliyyatı Marquşevan qətliamı kimi təbliğ edirlər. Ermənistan hakimiyyəti, erməni təbliğatçıları və onların havadarları bu döyüşü ermənilərin törətdiyi Xocalı və Ağdaban soyqırımına Azərbaycanlıların cavab kimi təqdim edirlər. Əslində isə bu növbəti erməni yalanıdır. Onların iyrənc təbliğat maşınının dünya ictimaiyyətini növbəti dəfə aldatmasıdır. Bəs əslində hadisə necə olub, Marquşevanda nə baş verib?


Qarabağ müharibəsinin, o cümlədən Marquşevan döyüşünün iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayramov sözügedən əməliyyat barədə yazısını təqdim edir.

Əməliyyat şəraiti

“1988-ci ildən 92-ci ilin iyun ayına qədər Qarabağın müdafiəsində əsasən Daxili İşlər Nazirliyinin yerli və xüsusi bölmələri, Daxili Qoşunlar hissələri, 91-ci ilin sonlarından yeni yaranmaqda olan nizami Milli Ordumuzun kiçik bölmələri və münaqişənin əvvəlindən kəndlərinin və şəhərlərinin müdafiəsinə qalxmış yerli əhalidən ibarət özünümüdafiə dəstələri olub. Qarabağda, ölkəmizin Qərb həmsərhəd regionunda və Naxçıvanda yerli özünümüdafiə dəstələri real təhlükələrə cavab kimi yaranmışdı. 

1991-ci ilin sonlarından yerli özünümüdafiə batalyonlarına Azərbaycanın hər yerindən geniş könüllü axını başladı. İri özünümüdafiə batalyonları MN tərəfindən qeydiyyatdan keçirildi, sıra sayları verildi (92-ci ilin iyul-noyabr aylarında nizami ordu hissələrin ştatına daxil edildilər). İri dəstələr öz müdafiə tədbirlərini MN-nin planları əsasında aparırdılar. Digər dəstələr isə bəzən “özfəaliyyətə” yol verirdilər.

Ümumən Qarabağda olan Milli Ordu və özünümüdafiə dəstələrimiz təxminən 50% avtomatik silahla silahlanmışdılar. Qalanları ya tüfənglərlə silahlanmış ya növbələrini gözləyib, sursat daşıyır, başqa köməkliklər edirdilər. O ərəfədə bizdə tank və digər ağır texnikaların sayı çox az idi.

Ermənilərin 13 ədəd T-72A tankı, 98 ədəd PDM, top-raket qurğu və kompleksləri və s. var idi. Qumbaraatanlar, pulemyotların sayı və sursat cəhətdən düşmən bizdən dəfələrlə üstün idi.

Tərtər döyüşür, yaşayır... 

Tərtərin düşmənlə 40 km enində təmas xəttində daim Tərtər batalyonu, “Milli Qurtuluş” batalyonu, Polis İdarəsinin bölmələri dayanırdılar. Tərtərə Bərdə özünümüdafiə batalyonu, “Azadlıq” batalyonu (Bərdə) və Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD-OMON) uzunmüddətlilik köməyə gəlirdilər. Kəskin silah sursat çatışmazlığı var idi.

Qarşımızda ermənilərin canlı qüvvəsindən üç yerli dəstə, bir gəlmə, ancaq daim qalan və iki gücləndirilmiş ehtiyat (rezerv) dəstələr dayanmışdı. Cəmi təxminən 1500 nəfər. 3 ədəd T-72A tankı, 16 ədəd PDM və sairə.

“Qurtuluş” batalyonun ilk komandiri Cahangir Əliyev Şəhid oldu... 

İndi çoxları unudub, ancaq Xocalıya hücum gecəsi məhz Tərtər batalyonu və “Qurtuluş”, düşmən qüvvələrini öz üzərlərinə cəlb eləmək məqsədilə Seysulan və Yarımca kəndləri istiqamətində əməliyyat keçirmişdilər. Hər iki kənd erməni silahlılarından azad edilmişdi. O zamandan bu kəndlər bizim nəzarətimizdədir. O döyüşdə “Qurtuluş” batalyonun ilk komandiri Cahangir Əliyev Şəhid oldu...

O zaman Tərtərdə XTPD 1-ci bölməsi (komandir Tahir Quliyev) və XTPD-nin (OMON) Çevik Zirehli Dəstəsi (komandiri mən idim) yerləşdirilmişdi. Əsas vəzifəmiz Tərtəri müdafiə etmək idi, ancaq başqa rayonlarda da vəziyyət kəskinləşəndə çevik zirehli dəstəni qısa müddətli döyüş tapşırıqları ilə həmin yerlərə göndərirdilər.

Marquşevan döyüşü baş verən dövrdə düşmən daim Tərtəri PDM, toplardan və raket qurğularından atəşə tuturdu, lakin tərəfimizdən dərhal susdurulurdu. Müxtəlif fəndlərlə biz düşmənə, özümüzü sayca olduğumuzdan daha çox göstərir, düşməni yayındırmaq üçün radio efirdə “OMON”un 20 tankı olduğu barədə dezinformasiyalar buraxırdıq.

Aprelin əvvəllərində Bərdənin “Azadlıq” dəstəsi kömək üçün mənə müraciət etdi. Komandirləri Ələmşah Məmmədov və daha çox Şaqan kimi tanınan Zabil Həsənov yanıma gəldilər. Biz tanış idik. Onların dəstəsində 200-ə yaxın müxtəlif atıcı silahlı, ürəkli, lakin çətin idarə olunan döyüşçülər var idi. Komandirlər mənə dedi ki, Marquşevanı işğalçılardan təmizləyib, bacardıqca çox əsir tutub, onları xocalılara dəyişmək istəyirlər.

Ermənilər - Marağa, azərbaycanlılar isə Marquşevan adlandırdıqları Leninavan, müharibədən əvvəl 4-5 min (o zaman əhalisinin 3/4 köçmüş, təxminən 1000 nəfər sakini qalmışdı) olan şəhər tipli qəsəbə idi. Qəsəbənin əsasını 19-cu əsrdə Cənub Azərbaycanın Marağasından köçürülmüş ermənilər salmışdılar. Qəsəbə, Tərtərin 2-3 km cənub-qərbində yerləşir. Leninavan küçələri asfalt, telefonlaşdırılmış iri abad qəsəbə idi.

“Azadlığın” komandirləri soruşdular ki, mən də əməliyyatda iştirak etməyə razıyammi? Təklifə şəxsi münasibətimdən asılı olmayaraq, bu cür qərarlar vermək səlahiyətim yox idi. Hər hansı iri hücum əməliyatında iştirakımız üçün XTPD-nin komandiri Rövşən Cavadovun yaxud daxili işlər nazirinin bilavasitə əmri tələb olunurdu.

Şəxsi fikrimə gələndə, “Azadlıq” dəstəsinin bu hücum niyyəti ilə razı deyildim. Çünki Leninavanda olan və qəsəbənin köməyinə gələcək düşmən qüvvələrini kəşfiyyat məlumatlarından və aradakı toqquşmalardan bilirdim. Leninavanı asanca tutmaq mümkün deyildi. Bundan başqa, “Azadlıq” dəstəsinin nə bu qəsəbəni tutmaq, nə də müdafiə etmək üçün kifayət qədər qüvvəsi var idi. Onlar, “Qurtuluşla” da danışıb razılaşdıqlarını söylədilər. “Qurtuluş” daha təcrübəli dəstə idi, bir neçə döyüşdə iştirak etmişdi. Buna baxmayaraq, bu hücumda iştirakdan imtina etdim. “Azadlığın” komandirlərinə izah etdim ki, “Marquşevanı azad etsələr də bütün hallarda saxlaya bilməyəcəklər. Ermənilər isə hücumu dəf edib, dərhal əks-hücuma keçsələr, Tərtərin vəziyyəti ağırlaşacaq. Buna görə də Tərtərin müdafiəsini möhkəmləndirmədən komandanlığım bu əməliyyata izn verməyəcək”.

Döyüş...

Hər axşam olduğu kimi, gündəlik vəziyyəti OMON-un komandiri Rövşən Cavadova telefonla məruzə etdim və komandirlərlə olan söhbəti ona danışdım. O, qərarımı təsdiqlədi.

Lakin bir neçə gün sonra, 10 aprel 92-ci ildə ön mövqelərimizdən məlumat verdilər ki, “Azadlıq”, “Qurtuluş” və Tərtər dəstələri səhər erkən Marquşevana hücuma keçiblər. Mən həyəcan siqnalı ilə zirehli çevik dəstəni və əməliyyat müddətinə tabeçiliyimə verilmiş OMON-un 1-ci bölüyünün 1-ci taqımını ayağa qaldıraraq, Tərtər avtobazasının yaxınlığındakı müdafiə mövqelərində cəmlədim. Biz, ermənilərin baş verə biləcək əks-hücumunu dəf etməyə hazır idik.

Qəsəbədən qızğın döyüş səsləri gəlirdi. Birazdan məlumat verdilər ki, “Azadlığın” bir hissəsi kəndin şərq kvartallarında düşmən tərəfindən mühasirəyə alınıb və kömək istəyirlər. Hücum özbaşına olunsa da, biz ermənilərə məğlub olmamalıydıq, çünki onda düşmənin “ayağı yer alardı” və ermənilər bizi zəif görərək, Tərtərə hücum etmək fikrinə düşə bilərdilər. “Azadlığı” mühasirədən çıxartmaq üçün kömək etmək qərarını komandir Rövşən Cavadova məruzə etdim və ondan təsdiq cavabını alıb, dəstəmlə Leninavana tərəf hərəkətə keçdik.

İki tankımızdan birini arxadan atəş dəstəyi və vurulan texnikamızı evakuasiya etmək üçün döyüş xəttindən bir qədər geridə saxlayıb, ikinci tankla kəndə şimal-qərbindən, qəbiristanlıq tərəfdən yaxınlaşdıq. Öncə tankdan düşdük, sonra önümüzü müşahidə etdik. Qəsəbənin girişindəki avtobus dayanacağı beton plitə və halqalarla bərkidilmiş istehkama çevrilmişdir. Bir az aralıda, deyilənə görə maşın ustası Akopun evi isə ikinci gücləndirilmiş istehkam nöqtəsi idi.

Burada səhərdən olan döyüşçülərdən aldığımız məlumatlardan və müşahidələrimizdən aydın oldu ki, Marquşevana “Qurtuluş”, “Azadlıq” və Tərtər batalyonu hücuma keçib, Marağanın içinə irəliləyiblər. Batalyonlar arasında qarşılıqlı döyüş əlaqələndirilməsi qurulmadığından, dəstələr pərakəndə hərəkət ediblər. “Azadlığın” bir hissəsi qəsəbənin şərq kvartallarında mühasirəyə düşüb və daralan halqada döyüş aparırdı. O biri bölmələrin vəziyyəti də yaxşı deyildi. Qəsəbənin içində isə şiddətli küçə döyüşləri gedir və atışma səslərindən aydın idi ki, döyüş daima yerdəyişmələrlə, hərəkətdə gedir. Bu zaman biz dayandığımız yerdən solda - üzümlüklərin arası ilə “Qurtuluşun” ehtiyat dəstəsi qəsəbəyə yeni hücum cəhdləri edirdi.

Döyüşdən xəbər tutan, Elçin Əliyevin Bərdə özünümüdafiə batalyonu da bura gəlmişdi. Bu batalyonun, ZİL-131-in üstündə - “kuzovunda” quraşdırılmış “kooperativ Qradı” vardı. Bizim müşahidə apardığımız təpənin enişində bərdəlilər “Qrad”ı mərmilərlə doldurmağa başlamışdılar. 

Vəziyyəti qiymətləndirəndən sonra dəstəm üçün döyüş vəzifəsi müəyyən etdim. Döyüş vəzifəsi, əvvəlcə dayandığımız təpədən tankla düşmənin istehkam nöqtələrini məhv etmək, ardından ermənilərin müqavimətini qıraraq, qəsəbəyə daxil olmaq, şərq hissəyə çatmaq, “Azadlığı” mühasirəyə almış qüvvələrə cənubdan - erməni tərəfdən gözlənilmədən hücum edərək, onun dəstəsinə şimala - bizimkilərə tərəf mühasirəni yarıb çıxmağa şərait yaratmaq, bundan sonra hərəkət marşrutunu bir qədər dəyişərək qəsəbədən çıxmaqdan ibarət idi.

Biz, kəndin içindəki hərəkət marşrutumuzu və zirehli kalonun düzülüşünü, XTPD-nin piyada bölməsi ilə əlaqələndirməni müəyyən etdik. İrəlidə Rauf İbrahimovun və Niyaz Hüseynovun PDM-i, ardınca tank, arxasınca tankı qoruyaraq, Sabirin (soyadını xatırlaya bilmədim) BTR-70-i, onu arxadan qoruyaraq isə BRDM getməli idi. Zirehli kalonun qabağında, sağda, solunda və arxasında isə baş leytenant Elçin Məmmədovun 1-ci taqımının döyüşçüləri.

Döyüş planı üzrə zirehli qəsəbə istiqamətində hələlik tanksız hərəkətə başlamalı, tank isə təpənin üstündən qəsəbənin girişindəki atəş nöqtələrini məhv edəndən sonra kalona yetişib, döyüş yerini tutmaqla, XTPD bölmələrimizlə birlikdə hücuma keçməli idi. Bizim qüvvələrimiz hələlik tanksız qəsəbəyə istiqamət aldı.

Vurulan tankımız yenidən döyüşə girir... 

Biz isə tankda yerlərimizi tutub, təpəyə qalxdıq. Düşmənin iki istehkamını məhv etdikdən dərhal sonra tankımızı vurdular...Mərmi, sağ ikinci dəstək rollerini zədələyərək, xarici yanacaq çənlərini deşdi. Tankın sağ tərəfi alovlanmışdı. 

Döyüş öncəsi tankı hazırlayarkən, xarici baklar adətən boşaldılır və ya tələsik olduğunda, başına su əlavə edilir və daxili baklarla əlaqəsi kəsilir. Biz sonuncunu etmişdik, amma görünür suyu az əlavə etmişdik. Buna görə də baklar yanırdı. Tankın mexanik - sürücüsü Vüqar Mürsəlov maşını geri buraxdı və biz tankı cəld tərk edib, 2 yanan bakları tankdan ayırıb, söndürmədən yerə atdıq və tanka minib, atəş mövqeyimizə qayıtdıq. Çaylı kəndindən Leninavana köməyə tələsən və bizi sağdan vuran PDM-2, təpənin arxasından qalxan tünd göy-qara tüstünü görüb, güman etmişdi ki, vurduğu tank yanır. O, gizləndiyi meşə zolağından çıxaraq, nümayişkəranə açıq sahə ilə Leninavana köməyə yoluna davam edirdi. Təpənin üstündə bizim tankı yenidən gördükdə özünü itirdi. Mexanik səndələyərək sürməyə başladı ki, maşını bizim atəşimizdən yayındırsın. Onun nişançısı maşının səndələyərək getməsinə görə bizi nişan ala bilmirdi. Məsafəni ölçdüm, aramız 800 metr idi. Mən topdan atəş açdım, lakin o yayına bildi. Vüqar bizim atəşdən sonra kiçik bir manevr etdi ki, mümkün cavab atəşdən maşını yayındırsın. Tank vurulandan sonra elektrik qoruyucular atmışdı, ona görə düşmən texnikasını nişan almaq üçün tankın baş hissəsini əllə işlətməli oldum. Bu an arxamızdan güclü atəş açıldı. Bu, düşmən PDM-i tərəfə bərdəlilərin “Qrad”ından açılmış atəş idi. Mərmilər uçuş istiqamətini dəyişərək, sağa yuxarı, sola aşağı, hansı hara oldu, amma biri bir az uçduqdan sonra əllə atılmış çubuq tək öz oxu ətrafında vertikal fırlanaraq düz PDM- in üstünə düşdü və onu məhv etdi. Təpədə yığışan döyüşçülərin alqış səsi bir anlıq döyüş səslərini üstələdi. Bundan sonra biz öz əsas dəstəmizə yetişdik.

Tank kalonda yerini tutdu, lakin bizim PDM-i kalonda görmədik. Marquşevanın ortasına çatana qədər ermənilərin müqavimətini qırdıqdan sonra mərkəzdə kənd klubunun qarşısında, hərəkətsiz, arxası bizə dayanmış, lakin mühərriki çalışan və topu bizdən əks istiqamətdə PDM-1-ə rast gəldik. Mən onu nişan aldım və rabitə ilə Raufu çağırdım:


- “Uraqan bir”, mən “uraqanam"” cavab ver, qəbul... 


PDM-i vurmamış, əmin olmaq istəyirdim ki, qarşımdakılar Raufla Niyaz deyil. Lakin Rauf cavab vermirdi. Onun xarakterinə bələd olduğumdan bilirdim ki, vurulduğumuzu görüncə, o bizsiz irəliləyər. Düşünürdüm ki, PDM ermənilərin olsa belə, o, baş hissəsini bizə tərəf çevirib, atəş açmağa cəhd etsə, onu asanlıqla qabaqlayacam, ona görə gözümü nişangahın okulyarından çəkmədən, bir əlim topun düyməsində, o biri bir əlimlə rabitə ilə Raufu çağırırdım...Onu müşahidə edirdim. 


Amma hələ bizim xəbərimiz yox idi ki, Raufun PDM-ni bizdən bir küçə qonşuluqda, bir neçə dəqiqə öncə vurublar. Rabitəsi kəsildiyindən o, məlumat çatdıra bilməmişdi. PDM-ni ikinci tankımıza qoşaraq, geri çəkib aparıb, sonra PDM-in ekipaj üzvü Niyaz Hüseynovla bir yerdə piyada dəstəyə qoşulub, döyüşü davam etdirmişdilər.


Mən Raufu rabitə ilə çağırıb cavab gözlədiyim yarım dəqiqə ərzində PDM tam hərəkətsiz, lakin işlək mühərriklə dayanmışdı. Gözlədiyimin əksinə, o, topunu mənə tərəf döndərmədən, anidən, sanki yerindən atlanaraq, perpendikulyar küçəyə döndü və topunu çevirərək, dayanıb bizi gözlədi ki, arxasınca getsək, bizi topunun atəşi ilə qarşılasın. Lakin gizləndiyi daş hasarın arxasından onun antenasını görürdüm və arxasında dayandığı daş hasarı atəşə tutdum. O anladı ki, tanka qarşı bu situasiyada heç bir şansı yoxdur və kəndin içində gizləndi.


Kamazın üstündəki silahlı ermənilərin cəsədləri və parçaları göyə qalxdı və düşərək, küçəyə səpələndi


Biz kəndin cənub - şərq tərəfinə yolumuza davam etdik. Kəndin içinə dərinləşdikcə, müqavimət artırdı. Evlərin zirzəmilərindən və çardaqlarından kalonumuz sıx atəşə tutulmuşdu. Baş və yan tərəflərdən tankımız qumbaraatanlarla bir neçə zirehdən sürüşən zərbələr almışdı. Dəstəmiz “kirpi” şəkilini alıb, dairəvi cavab atəşi ilə qəsəbənin şərqinə irəliləyirdi. Yaşayış məntəqəsində küçə döyüşləri həm şiddət, həm döyüşü idarə etmə cəhətlərdən ən ağır döyüş növü sayılır.


Mühasirə yerinə iki kvartal qalmış biz, köndələn küçəyə döndük. Həmin küçəyə o biri başdan bizimlə eyni zamanda düşmənin canlı qüvvəylə dolu KAMAZ-ı da döndü. Biz, 600 metr məsafədə üz-üzə gəldik. Tankı görüncə, Kamazın sürücüsü maşını dərhal saxladı və çalışdı ki, arxasıyla küçədən çıxsın. Lakin çatdıra bilmədi...Kamazın üstündəki silahlıların cəsədləri və fraqmentləri göyə qalxdı və düşərək, küçəyə səpələndi. 


Biz yolumuza davam etdik. Düşmən cəsədləri küçənin eni boyu səpələnmişdi. Hər hansı bir cəsədin üstündən keçmədən yolu keçmək mümkün deyildi. İndiyə kimi ermənilər həmin döyüşdə tankın tırtılları altında qalmış bir cəsədin fotoşəkillərini yayaraq, beynəlxalq ictimaiyyəti “OMON tanklarının canlı insanlar üzərindən yeridiyinə” inandırmaq istəyirlər. Tankın sürücü-mexaniki Vüqar Mürsəlov seyid nəslindən idi, çox mehriban və insansevər oğlan idi. Mümkün olsaydı o, heç zaman nəinki diri adamın, cəsədin də üzərindən tankı sürməzdi. Adətən döyüşdə nişançı hərəkətin istiqamətini görür, ancaq tankın lap qabağında yolu görə bilmir. Bunu etməyə məcbur olduğunu Vüqar döyüşdən sonra mənə danışmışdı.


Şaqan və 20-ə yaxın döyüşçüsü yaralanmış, 6 döyüşçü həlak olmuşdu

Kəndin ermənilərin mühasirəyə aldıqları yerinə çatdıqda 1-ci bölüyün döyüşçüləri iki kvartalı bizim nəzarətimizə keçirdilər və “Azadlıqla” görüşdülər. Şaqan və 20-ə yaxın döyüşçüsü yaralanmış, 6 döyüşçü həlak olmuşdu. Yaralıları və cəsədləri BTR-ə, BRDM-ə və tankın üstünə qoyub, geri hərəkət etməyə başladıq.


Geriyə yolumuzun təxminən yarısını keçdikdə, məlumat verdilər ki, ermənilər əlavə qüvvələrin yardıma çatmasıyla Marquşevana əks-hücuma keçiblər və “Qurtuluş” kənd boyu səpələnərək, qeyri -bərabər döyüş aparır, “Qurtuluşun” geri çəkilməsi üçün kömək lazımdı. Biz evakuasiya etdiklərimizi düşürdük. Qalan yolu onları öz yoldaşları apardı.


Tankın mərmiləri bitmək üzrəydi. Mərmilərin gətirilməsini əmr etsəm də, anlayırdım ki, qəsəbəyə gələn yol artıq atəşə tutulur və bunu etmək asan olmayacaq. Bu zaman gördük ki, atəş altında yolla bizə tərəf ağ Jiquli-03 markalı avtomobil şütüyür. Maşın yaxınlaşıb, saxladı. Jiqulidəki iki dost Əsəd Qasımov və İlham Allahverdiyev bizə bir neçə tank mərmisi gətirmişdilər. O gündən İlham və Əsəd bizə qoşularaq, könüllü döyüşdülər.


Mərmiləri tanka yükləyib Marağadan Marquşevana üz tutduq. Tankın müşahidə dəliklərindən baxdıqda yolun hər iki tərəfində “OMON”-un 1-ci bölüyün döyüşçülərini və qarşımıza doğru hərəkət edən “Qurtuluş”, Tərtər batalyonu və “Azadlığın” döyüşçüləri və qarşılarında gətirdikləri əsirləri görürdük. Küçələrdə döyüşlər gedirdi, bizimkilərin və düşmənin hansının harada olması haqqında heç bir müəyyənlik yox idi. Tank ekipajımda olan İlham Yusifov, “OMON”-un 1-ci taqımının komandiri baş leytenant Elçin Məmmədov və 2-ci taqımının komandiri leytenant Azər İsayev rabitə və trasser atəşi vasitəsilə mənə hədəfləri müəyyən etməkdə kömək edirdilər. Biz, düşmənin bir neçə atəş nöqtəsini susduraraq “Qurtuluşun” və əsirlərin kənddən çıxışına şərait yaratdıq.


Döyüş başa çatır ”“ itkilərimiz var... 


16:30 radələrində atışma bir qədər səngidi. Saat 17-də biz Leninavandan çıxdıq və Tərtər avtobazası ətrafında müdafiə mövqeyi tutduq. Özünümüdafiə dəstələrimiz qəsəbədən iki avtobus- LAZ və PAZ- dolu əsir erməni qadınları çıxartdılar. Kişi əsirlərini isə piyada gətirirdilər.


Bu döyüşdə könüllü dəstələr 17 əsgərini, OMON isə bir döyüşçüsünü - Valeh Müslümovu itirdi. Valeh Müslümov və Etibar Şirinov Marquşevandan artıq geri çəkilən qüvvələrimizi atəşlə dəstəkləyərkən, yolu nəzarətdə saxlayırdılar. İki OMONçu 20-30 düşmənin qarşısını alıb, 10-a yaxın yaraqlını məhv etmiş, çoxsaylı güllə və qəlpə yaralarına baxmayaraq, döyüş vəzifələrini yerinə yetirmişdilər. Çoxsaylı yaralardan və qan itirməsindən Valeh 24 yaşında qəhrəmancasına Şəhid oldu. Valeh Əlizaid oğlu Müslümov, 1968-ci ildə Lerik şəhərində anadan olmuşdu, ölümündən sonra ona Azərbaycanın Millli Qəhrəmanı adı verildi.


Bu döyüşdən Vüqar Mürsəlov sağ-salamat çıxdı. O, Şuşada, Ağdamda, Fizulidə bir çox döyüşlərdə müstəsna şücaət göstərmişdi. Lakin 1992-ci il iyunun 9-da Tərtərdə - Torpaq - Təpədə gedən mövqe döyüşlərinin birində Vüqar həlak oldu. Vüqar Mirəzbər oğlu Mürsəlov, 1963-cü ildə Cəlilabadın Göytəpə qəsəbəsində anadan olmuşdu, ölümündən sonra ona da Azərbaycanın Millli Qəhrəmanı adı verildi.


“Марагинская резня” yaxud növbəti erməni yalanı


10 aprel 1992-ci ildə baş vermiş Marquşevan döyüşünü ermənilər adlandırır və anti - Azərbaycan təbliğatlarında istifadə edirlər. Bu məqsədlə yalanlarla yoğrulmuş eyniadlı film də çəkiblər. 


Erməni təbliğatı 10 aprel 92-ci ildə azərbaycanlıların, Xocalının qisasını almaq üçün Leninavanda qətliam törətdiklərini iddia edir. 


Bu məqsədlə onlar “Марагинская резня” (“Marağa qətliamı”) adlı yalanla dolu “sənədli” film də çəkiblər, lakin israr etdikləri “100 nəfər qətlə yetirilmiş dinc sakinlərin” cəsədlərini yaxud cəsədlərin fotoşəkillərini hətta tanınmış dostları və himayədarları olan britaniyalı Baronessa Kerolayn Koksa təqdim edə bilməmişlər. 


Bundan başqa, faktlar da erməni versiyasını kökündən təkzib edir. Azərbaycan dəstələrinin Leninavana hücumunun yeganə səbəbi məhz erməni faşistlərin əlində qalan Xocalı əsirlərini dəyişmək məqsədilə erməni əsirləri əldə etmək olmuşdur. Lakin məkrli erməni təbliğatı həmişəki kimi faktları gizlədir, həqiqətdən uzaq fərziyyələri ilə kənar müşahidəçiyə inandırıcı görünə biləcək “versiyalar” uydururlar.


Azərbaycanlıların məqsədi qətliam olsaydı, 100-dən artıq erməni qadını və 50-dən artıq kişi əsirlər qəsəbədən diri çıxarılmaz, oradaca qətlə yetirilərdilər. Bu əsirlərin hamısının sonradan dəyişdirilməsinə baxmayaraq, ermənilər bunları hələ də qətlə yetirildiyini iddia edirlər.


QAZİLER.AZ

Oxşar xəbərlər
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM