Qadın 35 il ərzində bətnində daşlaşmış döllə yaşayıb -FOTO
Ekskluziv
2378
09 Jan 2024 | 00:09

Qadın 35 il ərzində bətnində daşlaşmış döllə yaşayıb -FOTO

"İndiyədək dünyada cəmi 290 nəfərdə nadir litopedion xəstəliyi aşkar edilib..."
 
"Dölün daşlaşması ananı infeksiya törədən ölü toxumalardan qoruyur..."
 
Həkimlər qarın nahiyəsində ağrılardan şikayət edən yaşlı qadının bətnində 35 illik "daşlaşmış körpə" aşkar edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
 
73 yaşlı qadının rentgen skanlama müayinəsi zamanı həkimlər yaşı təxminən 7 ay, çəkisi 2 kq olan dölün şokedici fotoşəklini görüb.
 
Ekspertlər bəyan edib ki, Əlcəzairdən olan qadın daşlaşmış dölü 35 il ərzində bətnində gəzdirərək bunu anlamayıb və, necə deyərlər, normal həyat sürüb.
 
ABŞ Milli Kitabxanasının məlumatına görə, litopedion adlı nadir xəstəlik hamiləlik zamanı (əsasən uşaqlıqdankənar hamiləlik zamanı baş verir) dölün məhv olmasıdır və döl o qədər böyük olur ki, orqanizmdə reabsorbsiya olunur, bu da onun daşlaşmasına gətirib çıxarır və ananı infeksiya törədən ölü toxumalardan qoruyur.
 
ABŞ-ın Klivlend Universitet Xəstəxanasının Tibb Mərkəzindən doktor Kim Qarçi deyir ki, toxumaların daşlaşması ananı infeksiyadan qoruyur, lakin bu həm də o deməkdir ki, döl on illiklərlə hiss edilməyə bilər.
 
"Əksəriyyət hallarda insanlar onu aşkar edir, lakin hətta aşkar edildikdən sonra da onlar heç nə etmir, çünki tamamilə əlamətsiz olur", - doktor Qarçi "ABC News" nəşrinə deyib.
 
Kral Tibb Cəmiyyətinin jurnalında 1996-cı ildə dərc edilmiş məqaləyə görə, indiyədək dünyada yalnız 290 litopedion halı qeydə alınıb, ən erkəni 1582-ci ildə aşkar edilib.
 
Məsələn, 68 yaşlı fransız qadını madam Kolombo Şatrinin meyitinin yarılması göstərib ki, o, bətnində daşlaşmış körpə gəzdirib, onun qarnı isə bütün həyatı boyunca  "ödemli, bərk və ağrılı" olub.
 
2009-cu ildə 92 yaşlı çinli qadın Xuan İtszyundan yarım əsr bətnində gəzdirdiyi daşlaşmış körpə çıxarılıb.
 
2013-cü ildə Kolumbiyadan olan yaşlı qadında 40 illik daşlaşmış körpə aşkar edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər