UKMTO: Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verib
Dünya
131
21:00, Bu gün

UKMTO: Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verib

Fars körfəzində yük gəmisi silahlı hücuma məruz qalıb.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Qeyd olunur ki, yük gəmisi naməlum mərmi ilə vurulub və bu, güclü partlayışa səbəb olub.

İnsident İraqın Ümm-Qəsr şəhərindən təxminən 65 dəniz kilometri (40 mil) cənub-şərqdə baş verib.

Hazırda UKMTO-da ətraf mühitə hər hansı təsir barədə məlumat yoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər