"Bizim baş nazirimiz kimdir ki?"- VİDEO
Oxunub: 5951
17 Jan 2015 | 01:11
3 il azadlıqdan məhrum olunmuş, ancaq 1 il 7 ay cəza çəkən tanınmış hüquqşünas  Qurban Məmmədovun saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsi məhkum Elşad Babayevin qətli ilə hədəfə gəldi. Qurban Məmmədovla söhbətimizdə həbsxanalarda və ölkədə siyasi-iqtisadi vəziyyətin paralel müzakirəsini apardıq.     

-Qurban bəy, siz cəzanızı 14 saylı Cəzaçəkmə Müəssisəsində çəkmisiniz, ora son vaxtlar ən çox müzakirə olunan həbsxana sayılır. Ancaq mənim sualım ənənəvidir. Sovet dövründəki kimi, 14 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan gerçəkliyi necə görünür?

-Siz burdan həbsxananı necə görürsünüzsə, biz də ordan buranı elə görürük. Mən 2000-2003-cü illərdə 13 saylı Cəzaçəkmə Müəssisəsində olanda demişdim ki, Azərbaycan özü boyda bir həbsxanadır, ancaq məkan fərqləri var, birində “dəmir barmaqlıqlar” qoyublar. Mən sizi “dəmir barmaqlıqlar”dan görürəm, siz də məni orda görürsünüz. Sadəcə, sizin məkan böyükdür, amma cəzaçəkmə müəssisələri sizin olduğunuz və azadlıq dediyiniz məkandan daha təminatlıdır. Düzdür, hərdən ölüm hadisəsi olsa da, amma azadlıqda olduğu kimi hər addımda polis adamı həyat yoldaşının yanında döyüb şərləmir, hər addımda rüşvət istənilmir, o cümlədən, monopoliya və s.i. yoxdur.

-Siz Ayaz Mütəllibovun, birinci və ikinci əliyevlərin hakimiyyətləri illərində həbsxanalarda cəza çəkmisiniz. Bu mənada sadaladığım iqtidarların zamanında olan məhbəslərdə münasibət, davranış fərqlərini deyə bilərsinizmi?

-Mən Azərbaycanda yeganə hüquqşünasam ki, vəkil və məhbus kimi penitensiar sistemi həm içəridən, həm də çöldən 30 ildir müşahidə etmişəm. Təbii ki, müəssisələrin yenidən qurulması, abadlaşdırılması və məhbusların saxlanma şəraitində böyük dəyişikliklər var. Mən hətta həbsxanada olanda bir yazımda bunu inqilabi dəyişiklik kimi qiymətləndirmişdim. Çünki 1990 və 1998-ci ildə Bayılda olmuşam, hər iki dövrü müqayisə edəndə Avropada yaşadığımızı düşündüm. Təbii ki, mənim tipli adamlar həbsxanaya istirahət kimi baxır, 56 yaşım var, bunun da 30-40 ilini əmək fəaliyyəti ilə məşğulam, bir dəfə də məzuniyyətdə, sanatoriyada olmamışam. Ona görə oranı istirahət məkanı adlandırdım. Amma ümumən millət üçün götürəndə çox böyük dəyişikliklər var, sadəcə nəzarətçilərlə dustaqlar arasındakı münasibətlərdəki dəyişiklik çox azdır.

-Nədən doğur bu vəziyyət?

-Görünür, ölkədə islahat sinxron getmir. Adi bir misal: dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsinə qoşun yeritdilər, hadisə zamanı Penitensiar Xidmətin idarə rəisi İmran müəllim və müəssisənin rəisi Əli İbrahimov əsgərlərə “vurmayın” deyə çığırsalar da, onlar əmrə tabe olmurdu. Mən bilmirdim ki, əsgərlər kimə tabeydi, Daxili Qoşunlara, yoxsa xüsusi təyinatlı dəstəyə.

-Çox qəddarcasınamı vururdular?

-Qəddar yox, vəhşicəsinə, buna qəddar deyə bilmərəm.

-Bəs onlara əmr edən kim idi?

-Maraqlı o idi ki, orda əmr edən yox idi, əksinə, "vurma" deyirdilər. Əgər "vurma" sözü parol idisə, bunu mən bilmirəm. Amma mən İmran müəllimlə Əli İbrahimovun "vurma" dediklərini görür və eşidirdim. Bir daha deyirəm, islahat sinxron getmir. Ədliyyə Nazirliyi sistemində müəyyən islahatlar aparılır, ancaq Daxili Qoşunlarda, xüsusi təyinatlı dəstədə islahat aparılmır. Müəssisəyə daxil olan əsgər 15-20 il əvvəl necə düşünürdüsə, döyməli və vurmalıdır, indi də həmin niyyətlə ora girir. Onu başa salan yoxdur ki, müqavimət göstərməyən adam təzyiqə məruz qala bilməz. Məhbus müqavimət göstərmirsə, əsgərin onu vurmağa hüququ yoxdur. Belə çıxır ki, "vurma" sözü parol imiş. Yaxud başqa bir misal, İmran müəllim bir nəzarətçinin çiynindən yapışıb dedi ki, sənə deyirəm, vurma, niyə vurursan?! Bir nəfər kənardan qışqırdı ki, yəqin rütbəsini artırmaq üçün bura gəlib. Nəticə olaraq belə çıxır ki, Mədət Quliyevin rəhbərliyində olan qurumlarda islahat gedir, irəliləyiş var, başqa bir qurumun daxilində əksinə, islahat getmir. Bütün hallarda baş verənlər nə Azərbaycanın imicinə, nə də XXI əsrin şərtlərinə uyğun deyil. Sadəcə, ayıbdır, utancvericidir.

-Qurban bəy, Elşad Babayevin qətli kimi olaylar həbsxanalarda tez-tez olurmu? Ona görə bu sualı səsləndirirəm ki, bəlkə belə hadisələr ictimaiyyətdən gizlədilir...

-994-cü ildə Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisində - "Xələc türməsi" deyirlər, orda 115 nəfər ölmüşdü. 1995-ci ildə 95 nəfər dünyasını dəyişdi. O zaman iqtisadi durum da fərqliydi. Əgər biz həbsxanalarda bir ildə ölənlərin sayını götürsək, Qarabağ müharibəsində heç o qədər itkimizin olmadığını görəcəyik. Amma artıq 1995-ci il deyil, XXI əsrin 15-ci ilidir, ötən müddətdə Avropaya inteqrasiya prosesi gedib, mətbuatda senzura götürülüb. Bu şəraitdə bir məhbus döyülüb öldürülürsə və rəsmi reaksiya verilmirsə, bu qətlin iştirakçıları yenə də həmin müəssisədə çalışırlarsa, deməli, çox böyük problemlərimiz var.

-Ancaq cinayət işi açılıb...

-Təbii ki, fakta görə cinayət işi açılmalıdır, bu, qanunun tələbidir. Bəs necə olur, Qurban Məmmədov, İntiqam Əliyev, Leyla Yunus, Əvəz Zeynallı, Xədicə İsmayılova, bu insanlar haqqında istintaq başlayan kimi həbs qətimkan tədbiri seçilir? Məni avtoqəza ilə şərləyib tutdular, özü də qanunsuz həbs etdiklərini bilirlər. Amma adam öldürülüb, hələ həbs qətimkan tədbiri seçilməyib.

-Siz "sinxron islahatlar" fikrini işlətdiniz, bu mənada vəziyyəti dəyişmək üçün hansı variantları görürsünüz?

-Mənim gəldiyim qənaət budur ki, söyüşlə, qarşılıqlı atışmalarla ölkəmizi bu vəziyyətdən çıxarda bilməyəcəyik. Bunu sosioloqlar da, politoloqlar da yazıb izah ediblər. Problem ondadır ki, iqtidar-müxalifət münasibətlətində düşmənçilik var, bu, təəssüfləndiricidir. İstər hakimiyyət tərəfindən yerli-yersiz təhqirlər, aşağılanmalar, yaxud “əl müxalifəti”nin hazırlanması, bunlar bir problemdir, eyni problem də müxalifətdədir. Əgər biz hakimiyyətə normal layihələr təqdim etmiriksə, müxalifətçilyimizin nə mənası var? Məsələ ondadır ki, iqtidar da təqdim olunanları qəbul etmir. Ortalıqda normal əməkdaşlıq yoxdur. Amma bəzi faktlar göstərir ki, hakimiyyət istəsə, ortaya ciddi siyasi iradə qoyulsa, istənilən islahat aparmaq olar. 2011-ci ilin fevral ayı yadınızdadırmı? İndi həmin dövrə “ərəb baharı” deyirlər, o zaman özüm şahidi olmuşam, bütün məhkəmələrdə rüşvət dayandırıldı. Bəzi hakimlər mənə açıq şəkildə dedilər ki, yuxarıdan “5-6 ay səbrli olun, almayın” göstərişi var. Hətta alınan rüşvət geri qaytarıldı, dediklərimi sübut etmək çox asan şeydir. Gedin, Ağır Cinayətlər Məhkəməsinin o zamankı dövrünü araşdırın, cinayət materialları nə vaxt daxil olub və nə vaxt baxılıb, hökm çıxarılıb. Pul olan işlər 4-5 ay uzadıldı və 3 ay alınmayan rüşvəti sonradan üstünə bir az da qoyub aldılar. Yəni 15 minlik işə 20 min oxudular. ASAN Xidmət var, insanlar bu xidmətdən çox razılıq edirlər. Deməli, dövlət istəsə yaxşı iş görər, həm də millətimiz namusla işləməyə meyllidir, kadrlar da var. Vaxtilə mən düstur təklif etmişdim ki, yaşlı nəsildən əl çəkin, onlardan bir şey çıxası deyil. ASAN Xidmətdə əksəriyyət gənc nəsildir.

-Ancaq Azərbaycanın baş nazirinin yaşı 75-i ötüb...

-Bizim baş nazirimiz kimdir ki?

-Artur Rəsizadə...

-Aha, buyurun.

-Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də yaşı 75-i ötüb, yaxud baş nazirin müavini Elçin Əfəndiyev. Bu kimi çoxlu yaşlı nazirlərimiz var, Ramil Usubov 19 ildən çoxdur nazirdir...

-Əvvəla, yaş öz-özlüyündə meyar deyil. 75 yaşlı Ramiz Mehdiyevlə 50-60 yaşlı özünü lider adlandıran, amma funksiyasını icra etməyən, qorxusundan küçəyə çıxmayan, həbsdən, dəyənəkdən qorxan müxalifətçinin nə fərqi var? Yəni yaşın əhəmiyyəti yoxdur. Amma yaşlı adamın dünyagörüşündə fərq var. Azərbaycanı bu gün Ramiz Mehdiyev idarə edir, o yaşıyla. Bunlar yatmırlar, gecə-gündüz işləyirlər. Təbii ki, yaşlı adamla cavanın dünyaya baxışında, dəyərlərində fərq var. Bunlar ona öyrəniblər ki, yuxarıdan hansı əmr gəldi onu etsinlər, heç bir təşəbbüs yoxdur. Amma siyasi iradə olsa, dəyişiklik olar. Təəssüf ki, ortaya ciddi siyasi iradə qoyulmayıb.

-Siyasi iradədən danışdınız, qarşıdan parlament seçkiləri gəlir. Avropa Oyunlarına hazırlıqlar başlayıb, bununla bərabər, neftin hasilatı və qiyməti də enir. Bu mənada Azərbaycan hakimiyyəti hansı addımlar atmalıdır?

-Əvvəla, Azərbaycan iqtisadiyyatını tam şəkildə izləyəndə görünür ki, anormallıq ortadır. Azərbaycan neft istehsal edən ölkədir. Normal ölkələrdə neftin qiyməti qalxanda bütün qiymətlər qalxır, əks durum yarananda qiymətlər yenə enir. Azərbaycanda isə tərsinədir, biz neft istehsal və ixrac edir, amma qiymətlər də artır. Bugünə qədər Azərbaycanda qiymət enməsi faktı yoxdur, mövcud durum Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına bağlılığı simvolikdir. Azərbaycanda başqa bir qitisadiyyat - “qara iqtisadiyyat”, qeydə alınmayan iqtisadiyyat var, bu, faciədir. Ona görə neftin qiymətinin enməsi insanların həyat tərzinə və dövlətin özünə təsir edəcəkdir. Bir çox layihələr dayandırılmalı və ciddi tədbirlər görülməlidir.

-Bu mənada hüquq-mühafizə orqanlarında, vəkillık və məhkəmə sistemində hansı dəyişikliklər edilməlidir?

-Neftin qiymətinin qalxıb-enməsi bu orqanlara təsir edəsi deyil. Əvvəla, ixtisarlar apara bilərlər, məsələn, DİN-də. Milləti döyüb-söymək üçün o qədər böyük qüvvə saxlamağa ehtiyac yoxdur, təbii ki, bu sahədə milyonlar xərclənir. Amma çox böyük dəyərsiz layihələr dayandırılmalıdır. Biri var bina tikmək, biri də var binanı saxlamaq, xatırlayırsınızsa, diaqnostik mərkəzlərin tikintisi dəbi yaranmışdı, onların sonu nə oldu?! Axı bu binaları tikəndə kadr potensialından tutmuş enerji təminatına qədər hər şeyi hesablamalıydılar. Regionda inşa olunan mərkəzlərin əksəriyyəti işləmirsə, nə mənası var, hamısı artıq xərc deyilmi?! Doğrudanmı, 100 milyonlar xərcləyib böyük binalar tikmək lazım idi? Yaxud binaları üzləyib, sonra sökürdülər. Sadaladıqlarım plansızlığın və xalqın malına etinasızlığın nəticəsiydi. Iqtisadçıları dinləmək lazımdır ki, onlar hansı təkliflər irəli sürürlər.

-Onlar islahatlara ehtiyacın olduğunu bildirirlər...

-Təbii ki, islahatlardan başqa yol yoxdur. Biz öz iqtisadiyyatımızı yalnız neftdən gələn gəlirə bağlamışıq. Əgər dedikləri kimi qeyri-neft sektorunda nəsə ediblərsə, bunlar çox tezliklə bilinəcək. Siyasətdə pripiska intihardır, istər müxalifətdə, istərsə də iqtidarda olsun. Müxalifət lideri deyir ki, 50 min üzvü var, amma 15 partiya mitinq edir, 5 min adam ortaya çıxır. Hakimiyyət də deyir ki, güclü iqtisadiyyatımız və ordumuz var, amma 21 ildə bir qarış torpaq qaytara bilməmişiksə, bu ordunun və iqtisadiyyatın gücü nəylə müəyyənləşir?

-Yekunu ənənəvi sualla bitirmək istərdim. Son 4-5 ildə həbsxanalardan çıxanlar ya hüquq müdafiəçi olur, ya da bir sayt yaradıb hökumətlə əməkdaşlıq edirlər. Qurban Məmmədov necə, vəkil kimi qalacaq, yoxsa hüquq müdafiəçisi olacaq?

-Mən 2003-cü ildə 5 illik həbsdən çıxandan sonra çox təkliflər oldu ki, QHT yaradaq və s. Ancaq mən həyatımı əvvəlcədən planlaşdıran adamam, vəkil kimi doğulmuşam və vəkil kimi də ölmək fikrim var. Vəzifə adamı deyiləm. Rəhmətlik Elçibəyin prezidentliyi zamanı istəsəydim istənilən posta gedərdim, baş prokurordan gömrük nazirinə qədər. Amma mən vəkil olmaq istəyirəm, nümayəndə kimi də fəaliyyətimi davam etdirəcəm, nə qədər işlərimiz yarımçıq qalıb. Siyasi fəaliyyətimi də əvvəlki kimi davam etdirəcəm, Milli Şuranın üzvüyəm, 56 yaşım var, nə sənətimi, nə əqidəmi dəyişmək fikrim yoxdur. İstəsəm belə, bunu bacara bilmərəm.

 
Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
30 Apr 2024 | 09:39
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...