Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib
Hadisə
1721
24 Aug 2023 | 17:58

Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib

Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.
 
Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, rayonun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər