Ombudsman: “Baş Prokurorluqla əməkdaşlığımız uğurla davam etdirilir”
Cəmiyyət
1460
23 Jun 2023 | 10:48

Ombudsman: “Baş Prokurorluqla əməkdaşlığımız uğurla davam etdirilir”

“Baş Prokurorluqla əməkdaşlığımız uğurla davam etdirilir”.

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Baş Prokurorluqda "Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, "BMT-nin Azərbaycan ofisi ilə Ombudsman təsisatı arasında biznes və insan hüquqları sahəsində birgə fəaliyyətə dair tədbirlər planı təsdiq edilib və bu istiqamətdə işlərə başlanılıb".

Ombudsman bildirib ki, qeyd olunan sahədə Milli Fəaliyyət Planının hazırlanması məqsədi ilə Azərbaycanda biznes və insan hüquqları sahəsində mövcud vəziyyətin ilkin araşdırılması və bu sahədə zəruri tövsiyələrin hazırlanması məqsədi ilə qurumlara müvafiq sorğular göndərilib və cavablar alınıb: "Nəzərinizə çatdırmaq istərdim ki, Ombudsman təsisatı olaraq qarşıda duran hədəflərə nail olmaq məqsədi ilə əməkdaşlıq etdiyimiz əsas qurumlardan biri də Azərbaycanın Baş Prokurorluğudur. Bu əməkdaşlıq birbaşa və işçi qruplarda təmsilçilik qaydasında qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə fəaliyyətləri çərçivəsində uğurla davam etdirilir".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər