Luis Suares səhhətindəki problemə görə karyerasını başa vurmaq istəyir
İdman
1442
21 Jun 2023 | 09:40

Luis Suares səhhətindəki problemə görə karyerasını başa vurmaq istəyir

Uruqvay millisinin futbolçusu Luis Suares karyerasını başa vurmaq istəyir.

36 yaşlı hücumçu səhhətindəki problemlərə görə bu addımı ata bilər.

Təcrübəli forvard artıq çıxış etdiyi Braziliyanın "Qremio" klubunu məlumatlandırıb. A Seriyası təmsilçisi isə Suaresin başqa klubla müqavilə imzalayacağı təqdirdə, ondan təzminat almaq niyyətindədir.

Qeyd edək ki, Luis Suaresin sözləşməsi 2024-cü ilin yayında başa çatmalıdır. O, karyerası ərzində Niderlandda "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona" kimi komandaların formasını geyinib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər