Bakıda xeyriyyə tədbirində Argentina mədəniyyəti təqdim olunub
Cəmiyyət
3444
04 Jun 2023 | 17:55

Bakıda xeyriyyə tədbirində Argentina mədəniyyəti təqdim olunub

Argentinanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda xeyriyyə tədbirinə qatılıblar. Tədbirdə Argentina mədəniyyəti, mətbəxi təqdim olunub.

Bu barədə səfirlik məlumat yayıb.

“Bu cümə BSB-də (“British School in Baku”) "İnternational Baazar" adı altında keçirilən xeyriyyə tədbirində iştirak etdik. Aztəminatlı qadınlara yardım məqsədi daşıyan tədbirdə biz də ölkəmizi təmsil edərək tariximizi, coğrafiyamızı, mədəniyyətimizi əks etdirən kitabları, suvenirləri sərgiləməklə yanaşı milli mətbəximizə aid təamları da iştirakçılara təqdim etdik”, - səfirlikdən bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər