Adanada zəlzələ olub
Dünya
3360
21 May 2023 | 17:05

Adanada zəlzələ olub

Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,9 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri 6,67 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 16:46-da qeydə alınıb.

Qeyd edək ki, bu, son bir ayda Türkiyə ərazisində qeydə alınan ikinci ən güclü yeraltı təkanlar olub. Belə ki, daha öncə mayın 3-də Kahramanmaraş şəhərinin Göksun rayonunda 5 maqnitudalı zəlzələ olmuşdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər