Bakıda 53 yaşlı qadını avtomobil vurub
Hadisə
3136
07 May 2023 | 10:40

Bakıda 53 yaşlı qadını avtomobil vurub

Bakının Xətai rayonunda 53 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1970-ci il təvəllüdlü Məmmədova Rəsmiyyə Sabir qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər