Yüksək Liqa:
İdman
2955
07 Apr 2023 | 18:28

Yüksək Liqa: "Azərreyl"in finaldakı rəqibi bəlli olub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.

Yarımfinalın 3-cü oyununda "Murov"a 3:0 (25:16, 25:21, 25:21) hesabı ilə qalib gələn "Abşeron" həlledici matçda "Azərreyl"ə rəqib olub.

Bu komandaların ilk iki görüşündə tərəflər hərəyə bir qələbə qazandığından əlavə qarşılaşmaya ehtiyac yaranmışdı.

Qeyd edək ki, bürünc medal uğrunda oyunda "Murov" UNEC-lə qarşılaşacaq. Ölkə birinciliyinin reqlamentinə əsasən, final və üçüncülük matçları 3 qələbəyədək davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər