Ekskluziv
3661
07 Apr 2023 | 15:43

"Rusiya şəhər döyüşləri üçün "Fırtına Z" xüsusi bölmələr yaradır" - ISW

"Xüsusi bölmələrin əsas vəzifəsi şəhərlərdə və mürəkkəb coğrafi rayonlarda döyüş əməliyyatlarının aparılmasıdır..."
 
"Rusiya MN-dən kənarda xüsusi bölmələrin yaradılması faktiki olaraq öz ordusunun hərbi strukturunu dağıdır..."
 
Rusiyada ehtiyatda olanlardan "Fırtına Z" adlı xüsusi bölmə yaradılır. Onu əsas vəzifəsi şəhər döyüşlərinin aparılmasıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
 
Dəstələr ordu bölmələrinin adi strukturlarından kənarda yaradılacaq, daha sonra artıq mövcud olan briqada və alaylarla birləşdiriləcək.
 
Analitiklər qeyd edir ki, dəstələr 8-ci ümumqoşun ordusu (Cənub Hərbi Dairəsi) və 1-ci ordu korpusunun ("DXR" birləşmələri) tərkibində fəaliyyət gösrərəcək.
 
İnstitut ekspertləri aprelin 6-da Rusiya ordusunun Ukraynanın ehtiyatda olan zabiti tərəfindən açıqlanan ələ keçirilən sənədə istinad edir. Sənəddə yeni dəstələrin şəxsi heyətinin yaradılması və onların əsas fəaliyyəti müfəssəl təsvir edilir.
 
Hər bölük 100 nəfərlik şəxsi heyətdən ibarətdir və tərkibinə dörd həmlə dəstəsi (hər birində 10 nəfər), dörd atəş dəstəyi dəstəsi (hər birində 10 nəfər), 2 nəfərdən ibarət bölük komanda bölməsi, 5 nəfərdən ibarət istehkamçı qrup, 8 nəfərdən ibarət kəşfiyyat, 3 nəfərdən ibarət tibbi təxliyə qrupu və 2 nəfərdən ibarət PUA ekipajı daxildir.
 
ISW vurğulayıb ki, Rusiya MN-dən kənarda belə xüsusi bölmələrin yaradılması faktiki olaraq öz ordusunun hərbi strukturunu dağıdır. 
 
Hesabatda deyilir ki, xüsusi bölmələrin bölükləri "şəhərlərdə və ya mürəkkəb coğrafi rayonlarda dayaq məntəqələri, komanda məntəqələri və rabitə qovşaqları kimi mühüm və strateji obyektlərin ələ keçirilməsi məqsədilə döyüş əməliyyatlarının aparılması üçün nəzərdə tutulur".
 
Ukrayna tərəfinin məlumatlarına görə, bu xüsusi dəstələrin məşqləri cəmi 10-15 gün davam edir, bundan sonra onlar ön cəbhəyə göndəriləcək.
 
Böyük ehtimalla, "Fırtına Z" bölükləri Avdeyevka-Donetsk cəhbə xətti boyunca yerləşdiriləcək ki, Cənub Hərbi Dairəsinin uğursuz hücum əməliyyatlarına dəstək versin.
 
Bundan öncə xəbər verilib ki, Rusiya tərəfi ciddi itkilərə məruz qalır, bu da daha çox əsgərin Ukrayna qoşunlarına əsir düşməsinə gətirib çıxarır. Aydındır ki, Ukrayna qoşunları işğalçıların təcavüzünə səmərəli müqavimət göstərməyə müvəffəq olur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər