Ekskluziv
4355
04 Apr 2023 | 14:09

"Məscidin tikintisinə qarşı çıxış edənlər ya həbs olunmalı, ya da məhv edilməlidir..."

"Rus torpağı"nın müdafiəçiləri, haydı, əlinizdə avtomat Ukraynada səngərlərə doğru, irəli!.."
 
"Kadırovçular" rusiyalıları müharibə ilə təhdid edib və ultimatum verib
 
İnternetdə silahlı adamların Moskva sakinlərini müharibə ilə təhdid edən video üzə çıxıb. Videoçarxda "kadırovçular" öz radikallığını məscidin tikintisinə qarşı etirazlarla izah edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri məlumat yayıb.
 
"Biz sizə xəbərdarlıq edirik! Əgər siz Tanrının iradəsinə dəstək vermirsinizsə, biz sizə qarşı döyüşəcəyik. Bizim üçün kiminlə döyüşəcəyimizin fərqi yoxdur", - videoda bir nəfər bəyan edib.
 
Onun sözlərinə görə, məscid tikintisinin əleyhinə çıxan moskvalılar Rusiyada millətlərarası ədavəti qızışdırır, ona görə də onlar ya həbs olunmalı, ya da "məhv edilməlidir".
 
Moskvadakı etirazlara Çeçenistan rəhbəri Ramzan Kadırov da münasibət bildirib. O, pravoslavlar üçün müqəddəs yerdə məscid tikintisinə etiraz edən rusiyalıları qorxaq və təxribatçı adlandırıb.
 
"Əgər mitinqin bütün bu iştirakçıları rus torpağının müdafiəsi uğrunda çıxış edirlərsə, o zaman haydı, əlinizdə avtomat səngərlərə doğru, irəli!", - o, deyib.
 
Kadırovun sözlərinə görə, "rus torpağı"nın müdafiəçiləri əllərinə avtomat götürüb Ukraynada döyüşməyə yollanmalıdır.
 
Kadırov vurğulayıb ki, təhrikçilər ya düşmənə qarşı səfərbər edilməli, ya da onları şeytana xidmət edən informasiya diversantları kimi məhkəməyə vermək lazımdır.
 
Avropada ən böyük məscidin tikintisinin müzakirəsi Moskvada 2023-cü ilin fevral ayında başlanılıb. Mübahisələr tikinti üçün ayrılan Kosino-Uxtomski rayonondakı yerlə bağlı olub. Minlərlə insan tikintinin əleyhinə çıxış edib. Naməlum şəxs hətta məscid tikintisinin yerində donuz başı basdırıb. 
 
Martın 12-də moskvalılar tikintiyə qarşı ibadət edib. Onlar əmindir ki, yeni məscidə qaçqınlar və miqrantlar axışacaq, bu da kriminal şəraiti pisləşdirəcək.
 
Bundan öncə məlumat verilib ki, amerikalı analitiklər əmindir: Kadırov respublikada ona hədsiz hakimiyyət verən Putinin dəstəyini itirəcəyindən ehtiyat edir. 
 
Bu, ona gətirib çıxara bilər ki, Kadırov öz hərəkətlərində və ifadələrində əhalinin narazılığına səbəb olmaması və özünün Çeçenistanda və bütövlükdə Rusiyada mövqelərinin sarsılmaması üçün daha ehtiyatlı olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər