Moderator.az xəbər verir ki, “AtaBank” ASC-nin Səhmdarların Ümumi Yığıncağının yekdil qərarı ilə İdarə Heyətinin sədri “AtaBank” ASC-nin Müşahidə Şurasına təyin olunub. Müşahidə Şurasının qərarı ilə isə “AtaBank” ASC-nin İdarə Heyətinin Sədr əvəzi vəzifəsinə Etibar Babaşlı təyin olunmuşdur.
2005-ci ilin aprel ayından bu günə kimi “AtaBank” ASC-də İdarə
Heyəti sədrinin müavini vəzifəsini icra edən Etibar Babaşlı Ankara
Universitetinin Siyasal Bilgilər fakültəsinin yetirməsidir. 2002-ci ildə Azərbaycan
Dövlət iqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi istiqamətində
müvəffəqiyyətlə magistratura pilləsini bitirib.
2000-2005-ci illərdə "Koçbank Azərbaycan Ltd"
QTSB-də müştəri təmsilçisi, Kredit və Marketing departamentinin rəhbəri, sonra
isə Daxili Audit Departamentinin direktoru vəzifələrində çalışıb.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın
ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC
yüksək texnologiyalı universal bank olaraq fəaliyyətini davam etdirməkdədir.
Bank korporativ və fərdi müştərilərə tam spektr maliyyə xidmətləri təqdim edir.