“Onun dərisini şairləri Nəsimi kimi soyacağıq...” – Meşəli qətliamından dəhşətli epizod...
Oxunub: 8196
24 Dec 2022 | 19:20
“Onun dərisini şairləri Nəsimi kimi soyacağıq...” – Meşəli qətliamından dəhşətli epizod...
“Meşəli kəndinin itirilməsi Əlisaab Orucova yaman yer eləmişdi. O, Bakıya qayıtdıqdan sonra yenə də mübarizəsini davam etdirir...”
 
Cəmi iki həftəyə yaxın yolları Rusiya “sülhməramlı”larının Azərbaycan eko-fəalları və ictimaiyyət nümayəndələrinin ərazidə separatçı-terrorçu rejimin təbii sərvətlərimizin qanunsuz istismar faktlarını araşdırmaq üçün öz hüquqi-tarixi torpaqlarımıza girişinə qadağa qoyması məqsədi ilə Qarabağdan Ermənistana gedən yolları bağlanan separatçı və işğalçı xislətli ermənilər onlara havadarlıq edən bəzi beynəlxalq təşkilat və ölkələrlə bərabər  1988-ci ildən bəri xalqımızın başına gətirdikləri bəla və faciələri  guya unudublar. Belə faciələrdən biri də bu gün  31-ci ildönümü tamamlanan Meşəli qətliamıdır...
 
Qısa xatırlatma:
Yenə də Xankəndindəki 366-cı sovet-rus alayı qüvvələrinin dəstəyi ilə erməni hərbi birləşmələri 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinə hücum ediblər. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, kənd sakinləri ermənilərə inadla müqavimət göstərib. Bir neçə saat davam edən atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri amansızlıqla  qətlə yetirib, 14 nəfəri yaralayıblar...
 
Meşəli kəndi həmin gün Şuşa və Xocalıdan köməyə gələn qüvvələrimiz tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal olunub. Təəssüf ki, hazırda – 44 günlük müzəffər savaşımızdan sonra da Meşəli kəndi yenə də Rusiya “sülhməramlı” qüvvələrinin himayəsi altında bəslənən separatçı-terrorçu erməni rejiminin nəzarətindədir...
1988-1992-cı illərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizənin fəal iştirakçı və şahidlərindən olmuş sabiq ədliyyə naziri və Prezidentin Qarabağ üzrə keçmiş səlahiyyətli nümayəndəsi(aprel-iyun 1992-ci il) Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” kitabının  Azərbaycan mediasında ilk dəfə təqdim olunacaq bir neçə  bölməsində cəmi iki gün sonra faciə yerində olmuş müəllif Meşəli faciəsinin geniş ictimaiyyətə bəlli olmayan bir sıra məqamlarını açıqlayır, Meşəli kəndinin adları unudulmaqda olan müdafiəçilərindən bəhs edir. 
 
Bu dəfə Moderator.az oxucularına sözügedən kitabdan təqdim edəcəyimiz epizodda söhbət əsasən Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin sabiq rəis müavini, şair-publisist  Abdulla Qurbani “Meşəli od içində” kitabının baş qəhrəmanı olan Baratın başına gələnlərdən gedir:
 
 
“...18 yaşlı Baratın əfsanəvi igidlikləri adamı heyrətə gətirir. Bu qəhrəman bu gün də bizimlə yaşayan, həyatın hər ağrı-acısına mətanətlə sinə gərən eloğlumuzdur. Ata-anasını, bacılarını, qardaşı Allahverdini erməni qurldurları vəhşicəsinə qətlə yetirsələr də, Barat yenə də mübarizdir. Düşmən qarşısında öz dəyanətini, iradəsini itirmir. Cəsarəti və iradəsi sayəsində ölümün pəncəsindən xilas olur...
 
A.Qurbani yazır:
 
“...23 dekabr 1991-ci ildə Meşəli kəndinə hücuma keçən bir neçə erməni döyüşçüsünü qətlə yetirən Barat patronu qurtarır deyə, ermənilərə qarşı vuruşduğu otaqdan çölə çıxır və cəld sırıqlısının sağ cibindəki axırıncı qumbaranı çıxarıb pəyədə dayanan quldurların komasına atır... Ölənlər, yaralananlar bir-birinə qarışır. Quldurlar ona neçə dəfə atəş açsalar da, heç biri onların qarşısında mişen kimi dayanmış Barata dəymir... Qonşu Badara kəndinin sakini Armaisin əmri ilə atəş dayandırılır:
 
-Öldürməyin! O, bizə diri lazımdır. O, Novruzun oğludur. Onun dərisini şairləri Nəsimi kimi soyacağıq...
 
Armais avtomatının qundağı ilə Baratın boynunun ardından ilişdirdi.
 
-Ara, Rubeni sən öldürmüsən? (Söhbət Ə.Orucovun bəhs edilən kitabının bu ilin avqustunda saytımızda təqdim etdiyimiz “Nahaq qan yerdə qalmaz” bölməsində haqqında danışılan şəhid Miryusif Orucovu qətlə yetirdiyinə görə onun qaynatası Məlik kişinin öldürdüyü badaralı Rubendən gedir. Bax://moderator.az/az/ekskluziv/544726/xankendinde-diri-diri-ureyi-cixarilmis-sehidin-qirxqiz-yaxinliinda-qisasi-nece-alindi//moderator.az/az/ekskluziv/545678/yak-40-qirxqiza-cirpilaraq-sehidimizin-vurulduu-mekanda-parca-parca-oldu/)
 
-Yox!
 
-Onda atan öldürüb?
 
-Yox!
 
-Bəlkə qardaşın öldürüb?- 
 
-Xeyr! 
 
-Nə fərqi var, siz öldürmüsünüz?
 
-Xəbərim yoxdur.
 
-Evdə yenə adam var?
 
-Var, çox...
 
-Onların da külünü göyə sovuracağıq... Bəs Orucov haradadır?(söhbət məhz o vaxtkı ədliyyə naziri Əlisaab Orucovdan gedir- S.L.)
 
-Orucov kimdir?
 
-Özünü tülkülüyə qoyma. Arxalandığınız Orucovu deyirəm. Ara, gördün də onu necə Dağlıq Qarabağdan uçurtduq. Bəs necə? Polyaniçko da bizim adamımızdır...
 
-Bu gün də biz Orucova arxalanırıq...
 
-Ara, qorxma, arxanızın da axırına çox qalmayıb. Bakıda da adamlarımız yaxşıca işləyirlər. Hələ de, görüm, qardaşın hardadır?
 
-Bilmirəm...
 
-Gəl, düzünü de...
 
-Dedim ki, bilmirəm..
 
-Bu gün onu gözlərinin qabağındaca doğrayıb kabab edəcəyik... Qardaş ətinin şaşlıkının özgə ləzzəti olur...
Bir azdan sahibsiz qalan evləri qarət edən ermənilər oradan əlidolu çıxdılar. Qonşu Badara kəndindən olan Ernest adlı erməniyə tapşırıldı ki, Baratı kəndin arı fermasının gölünün yanına aparsın. Ratsiya ilə xəbər veriblər ki, maşınlar oraya gəlsin... Yolda Barat qaçmaq istəyir, lakin qaçmağa fürsət tapa bilmir... 
 
Artıq gölün yanına yığışan maşınlar gözləyirdi. Qarət  olunmuş əşyaları maşınlara yükləyirdilər. Orada olanların hamısı kefli, sərxoş idi. Maqnitofonun səsi aləmə yayılmışdı. Rus əgsərləri də yeyib-içir, oynayırdılar. Saqqallı sürücü ona tərəf irəli gəldi: 
 
-Ara, bu kimdir?
 
-Musurmandır.
 
-Şan vorti(erm. söyüş-S.L.), burada nə gəzirsən?
 
-Öz kəndimdir də... 
 
-Nə, öz kəndin? Ara, Qarabağ kimindir?
 
-Bizim.
 
-Şuşa kimindir?
 
-Bizim.
 
-Ağdam, Laçın?..
 
-Bizimdir, bizim! 
 
-Xa-xa-xa! Ala, bax, budur sizinki, -deyə sürücü dirsəyini göstərdi. Sonra o, maşının üstünə qalxdı ki, kəndir versin, baratın ayağını bağlasınlar.
 
Qayanın başında oturmuş “bayevik”lər Baratı ələ salırdılar... Bu vaxt bir “bayevik” təzə boşaltdığı araq butiulkasını Barata sarı tullayanda o, yavaş-yavaş qolları bağlı vəziyyətdə geriyə çəkilir və özünü sıldırımlı 15-16 metrlik qayadan atır, yumalanıb küləyin yığdığı qar topasının üstünə düşür. Oradan da qonşu Qaragav kəndinin meşəsinə qaçır. Meşəyə çataçatda arxadan onu atəşə tutmağa başlayırlar; görür ki, sırıqlısının çiyni alışır. Sən demə, işıqsaşaçan güllə dəyibmiş.  Dərhal çiynini ağaca sürtərək odunu söndürür və yenə də qaçmağa üz qoyur. Meşəyə az qalmış sola dönür,  görsün, onu güllə-borana tutan “bayevik”lər yenə də arxasınca gəlirlərmi. Elə bu vaxt sol tərəfdən atılan işıqsaçan güllə sifətini dəlib keçir. Özünü çətinliklə meşəyə salır. Kömür quyusu daldalanmaq üçün ən etibarlı yer idi... Sonra Barat qardaşı Allahverdinin dalınca Meşəli kəndinə doğru gedir... Aralıda ermənilərin olmasını görüb yenə də Qaragav kəndinə üz tutur və kənddən təxminən 500 metr aşağıda salamat qalan Meşəli camaatı ilə qarşılaşır. Bacıları Familəylə Zabiləni də burada görəndə sevinir. Sevinir ki, heç olmasa, iki bacısı sağ qalıb. Onun xəbəri yox idi ki, qardaşı Allahverdi də bir az bundan əvvəl şəhid olub... Artıq Baratgil Qaragav kəndində idilər. 
 
Meşəlinin üstünü çən-duman bürümüşdü...” 
 
Kitabın başqa bir yerində Abdulla Qurbani yazır:
 
“Keçmiş Dağlıq Qarabağın dilbər guşələrindən biri olan Meşəli kəndinin itirilməsi Əlisaab Orucova yaman yer eləmişdi. O, Bakıya qayıtdıqdan sonra yenə də mübarizəsini davam etdirir, ümumiyyətlə, Qarabağın, o cümlədən Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın başı üstdə qara buludlar dolaşdığını aləmə car çəkirdi. O, Qarabağda vəziyyətin stabilləşdirilməsi, silahlı quldur dəstələrinin silahsızlaşdırılması, həmin dəstələrin silahlarla təmin olunmalarının qarşısının alınması, vilayətin saqqallılardan təmizlənməsi və azərbaycanlıların təhlükəsizliyinin təmin ediməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görülməsini tələb edirdi...”
 
Təqdim və şərh etdi:
 
Sultan Laçın
 
Oxşar xəbərlər
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
GÜNLÜK
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
HƏFTƏLİK
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi