"...“Yak-40” Qırxqıza çırpılaraq  şəhidimizin vurulduğu məkanda parça-parça oldu…"
Oxunub: 13991
25 Aug 2022 | 18:58
“Sanki Allah yazdığı bu qədərlə də torpaqlarımıza işğal niyyəti ilə gələn bu erməni quldurlarından şəhidlərimizin, o cümlədən şəhidliyindən bir il ötən atam Miryusif Orucovun qisasını almışdı...”
 
Azərbaycan ordusunun bu ilin avqustun əvvəlində keçirdiyi uğurlu “Qisas” antiterror əməliyyatı nəticəsində azad etmiş olduğu Qırxqız yüksəkliyi ətrafında, eləcə də Laçın və Xocalı rayonlarının  yaxınlıqdakı yaşayış məntəqələrində Birinci Qarabağ savaşında da işğalçı haylarla döyüşlər və qarşıdurmalar baş verib. Təpədən-dırnağa silahlı olan separatçı və işğalçılara qarşı uzaqbaşı, ov tüfəngləri ilə döyüşən soydaşlarımız vətənimizin bu dilbər guşələri uğrunda neçə-neçə şəhid verib. 23 dekabr 1991-ci  ildəki Meşəli qətliamınadək bu yurdlardakı Azərbaycan türklərinin yaddaşında daha çox qalan olaylardan biri də Meşəlinin sayılıb-seçilən oğullarından  Miryusif Kərim oğlu Orucovun 1989-cu ilin avqustunda kəndin müdafiəsi zamanı hay terrorçuları tərəfindən qətlə yetirilməsi və onun qisasının alınması olub. Bundan  bir il sonra - 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan və o vaxtkı məlumatlara görə içərisində 40-dan çox erməni terrorçusu, silah-sursat və qanunsuz hərbi birləşmələr üçün pul vəsaiti olan “Yak-40” təyyarəsi qəzaya uğrayıb...
 
“…Əli tez işarə verərək “Axtardığımız adam gəlir”- deyib yekəpər Rubeni bizə göstərdi. Məqamı əldən vermək olmazdı. Qisas hissi bizi daha da ruhlandırır, neçə gündür gözləməyimizə baxmayaraq, bizi təmkinli olmağa sövq edirdi. Belə qərara aldıq ki, mən yaxşı güllə atdığımdan(1919-cu ildə qulağı kəsik Andranikin başçılığıyla ermənilərin böyük ordusunu Laçının Zabux dərəsi adlanan ərazisində məhv etmiş Sultan bəylə çiyin-çiyinə vuruşmuş və onun sərkərdələrindən biri olan “Çülləçi” ləqəbli Xanəlinin oğlu Məlikin gülləsi boşa çıxa bilməzdi)Rubeni, o biri ermənini isə yoldaşlarım güllələsin. Elə də etdik. Ermənilər həmin an təhlükəni hiss etdilər. Əllərini silahlarına atar-atmaz mən beşatılanla Rubeni düz sinəsindən nişan aldım və sərrast atəşlə onu vurub yerə sərdim. O biri ermənini də yanımdakılar vurdular. Ürəyim soyumadı və həm də dəqiq olsun deyə, onların Miryusifi vurduğu yerdən – Rubenin sinəsinə bir güllə də vurdum... Sonra biz onların atlarına minib uzaqlaşdıq. Çünki artıq orada qalmaq olmazdı. Biz hadisə yerindən xeyli uzaqlaşdıqdan sonra Badara kəndindəki sovet qoşunlarının texnikalarının ora gəldiyini gördük. Onlar dağa tərəf xeyli irəliləyərək atəş açdılarsa da, yerimizi dəqiq bilmədiklərinə görə bizi vura bilmədilər və biz Miryusifin qisasını alıb sağ-salamat kəndə qayıtdıq...” 
Məlik babam dünyasını dəyişən günədək(2006-cı ildə vəfat edib) elə hey Əlisaab müəllimin necə böyük ürək sahibi olmasından, xalqın adamı olmasından, qoçaqlığından heyrətamizliklə danışardı... 
 
Məlik babam söyləyirdi:
 
“Miryusifin qisasını alandan bir neçə gün sonra Bakıya getdim. Əlisaab müəllimlə görüşmək üçün onun işlədiyi Ədliyyə Nazirliyinə yollandım. Qəbul otağındakı işçisinə onunla görüşmək istəyimi bildirdim. Çox çəkmədi ki, məni Əlisaab  müəllimin otağına dəvət etdilər. O, ayağa qalxıb böyük hörmətlə məni qarşıladı. Xeyli söhbətdən sonra Miryusifin qanını necə almağımı danışmağı xahiş etdi. Mən də ona hadisəni əvvəldən axıra kimi danışdım. O, Miryusifin qanı yerdə qalmadığına görə o qədər sevinirdi ki, hətta sevincdən gözləri yaşardı.  O, mənim nə çətinliyimin olması ilə maraqlandı. Bakıda qalacaq yerimin olub-olmamasını soruşdu. Mən isə ona heç bir narahatçılığımın olmadığını və qalacaq yerimin olduğunu bildirdim. Sonra Əlisaab müəllim sürücüsünə tapşırdı ki, məni hara lazımdır, ora çatdırsın. Biz sağaollaşıb ayrılanda da o, mənə minnətdarlığını bildirdi. Elə bil, qisası alınan mənim yox, onun əzizi idi. Sonra Əlisaab müəllim Miryusifin qırxına gələndə ona həmin hadisəni təkrar danışdım...” 
 
Mənm heç yadımdan çıxmaz, rəhmətlik şəhid qardaşım Rafiq indiki Neft Akademiyasında oxuyarkən onun Səttarxan adına zavoda işə düzəlməsi, zavodun yataqxanasında yerləşməsi və pasport qeydiyyatına düşməsi üçün şəxsən zavod rəhbərliyindən Əlisaab müəllimin xahiş etməsi, sonradan da Rafiqin təhsili ilə mütəmadi maraqlanması, onun necə qayğıkeş insan olmasından, bizim ailəyə qarşı xoş münasibətindən xəbər verirdi. Onun  belə münasibəti yalnız bizim ailədə yox, bizim kimi talelələri Qarabağla bağlı olan minlərlə ailədə hiss olunurdu. Bir çoxları Əlisaab müəllimin bizim ailəyə etdiyi köməkliklərə görə elə bilirdilər ki, o, bizim doğma əmimizdir... 
 
Yadımdadır, 1990-cı ilin avqustun 8-də - atamın ölümünün birinci ildönümündə də Əlisaab müəllim və onunla birlikdə o vaxtlar Laçın rayon partiya komitəsinin 1-ci katibi işləyən Xanlar Məmmədov, rayon icraiyyə komitəsinin sədri Səlim Səlimov,  o vaxt Azərbaycan SSR  Daxili İşlər Nазирliyinin idarə rəisi olan Ramil Usubov və digər rəsmi şəxslər vertolyotla bizə gəldilər. Başsağlığı verib yaşayımızla maraqlandılar. Bizə həm mənəvi, həm də maddi köməklik göstərdilər. Həmin ərəfədə -avqutsun 1-də -dumanlı-çənli bir gündə  ermənilərin “bayevik”lərlə(yaraqlılar-S.L.) dolu olan “Yak-40” təyyarəsi Fərraş kəndinin üzərindəki Qırqız dağının zirvəsində qayaya dəyərək qəzaya uğramışdı... Əlisaab müəllim və Məlik babamla birgə Fərraş kəndi sakinlərindən bir dəstə adam atlara minib təyyarənin qəzaya uğradığı yerə qalxdı. Təyyarənin yalnız quyruq hissəsi Qırxqız dağının Fərraş kəndi tərəfindəki zirvəsində qalxmışdı. Digər hissəsi isə Qırxqızın o biri tərəfinə keçmişdə Əsgəran, hazırda Xocalı rayonuna daxil olan Meşəli kəndi yaxınlığına düşmüşdü. Maraqlıdır ki, şahidlərin sözlərinə görə, 40-a yaxın erməni yaraqlısının meyiti də məhz  həmin əraziyə, yəni atam Miryusifin düşmənlər tərəfindən ölümcül yaralandığı meşəliyə səpələnmişdi... Sanki Allah yazdığı bu qədərlə də torpaqlarımıza işğal niyyəti ilə gələn bu erməni quldurlarından şəhidlərimizin, o cümlədən şəhidliyindən bir il ötən atamın qisasını almışdı...” 
Moderator.az-dan haşiyə:
 
Araşdırmamızdan o da bəlli olur ki, işğalçı niyyətli ermənilər bəhs edilən “Yak-40” təyyarəsinin “yas”ını bu günədək saxlayırlar. Özlərinin etirafına görə, uçağın komandiri “tamahkarlıq edərək” təyyarəyə normaya uyğun 30 sərnişindən əlavə, 13 nəfər də götürüb. Və təyyarə, bu, həmçinin pilot və Xankəndindəki dispetçerlərin səhvləri ucbatından Qırxqız dağının Fərraş və Meşəli kəndlərinə yaxın 2853 metrlik zirvəsinə çırpılaraq içərisindəki əksəriyyəti hay yaraqlısı olan 46 nəfərlə  birgə məhv olub. İşğal illərində də haylar həmin dağa gələrək qəzada gorbagor olanlarını yad edirmişlər...
 
Bəzi azərbaycanlı şahidlərinə sözlərinə görə, qəza yerində təyyarədə Xankəndindəki separatçı və terrorçular üçün aparılan silah və külli miqdarda pulların yanmış qalıqları da olub... 
Rəşadətli ordumuz bu il avqustun əvvəlində Qırxqız zirvələrini azad etdikdən sonra "Yak-40"-ın toqquşduğu qayalıq ərazi də ordumuzun birbaşa nəzarətinə keçib. İnşallah, tezliklə Meşəli kəndini də azad edərik...
 
Söhbətinin sonunda Kərim Orucov  qeyd edir:
 
“Bir daha deyim ki, atamın il mərasimindən keçən sonrakı dövrdə də Əlisaab müəllim bizi tək buraxmadı, daim vəziyyətimizlə maraqlandı, həmişə bizə dəstək oldu...”
 
Moderator.az-ın araşdırmasından bəlli olur ki, sabiq ədliyyə naziri Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” kitabına daxil edilmiş “Nahaq qan yerdə qalmaz” başlıqlı bu epizodun qəhrəmanının hekayətə şəriklik edən böyük oğlu Kərim Orucovla yanaşı, digər oğullarının taleyi də torpaqlarımız uğrunda mübarizə ilə bağlı olub. 
 
Kərim Miryusif oğlu Orucov Rusiyada Tümen Ali Hərbi Məktəbini bitirib və sonra elə Rusiyada işləyib. Lakin torpaqlarımızın işğalı xəbərinə dayana bilməyərək vətənə dönüb və döyüşlərə atılıb. Baş leytenant rütbəsində Laçın rayonunun müdafiəsində döyüş zamanı ağır yaralanıb. Hal-hazırda birinci qrup Qarabağ əlilidir.
 
Ortancıl oğul  Rafiq Miryusif oğlu Orucov Neft Akademiyasında 2-ci kursda oxuyarkən könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollanıb. 1993-cü ilin fevralın 10-da leytenant rütbəsində Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndinin müdafiəsində döyüşərək qəhrəmancasına şəhid olub və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Kiçik oğul - Tofiq Miryusif oğlu Orucov  1993-cü ildə ali hərbi məktəbə daxil olub.  Vətənpərvər, savadlı və zəkalı bir zabit kimi  yetişən Tofiq  2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşlərində və nəhayət, 44 günlük Vətən müharibəsində çox böyük döyüş yolu keçib. Kəlbəcərin alınmasında mühəndis işlərini layiqincə yerinə yetirib. Bu da ordumuzun Kəlbəcərə asanlıqla daxil olmasına şərait yaradıb. "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Hazırda polkovnik rütbəsində istefadadır.
 
Miryusif Orucovun hazırda 74 yaşı olan məcburi köçkün Ziba Orucova son illərədək Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanasında məskunlaşıb 
Yalnız bu yaxınlarda oğlu Kərimə Qarabağ əlili kimi verilmiş evə köçüb. 
 
Maraqlıdır ki, Miryusif Orucovun  atası Mehralıyev Kərim Oruc oğlu da həyatını 1941-45-ci illər müharibəsində döyüşərək itirib.
 
Sonda onu da nəzərinizə çatdıraq ki, gələn yazılarımızda Əlisaab Orucovun 23 dekabr 1993-cü il Meşəli qətliamı ilə bağlı olan xatirələrindən də bəhs edəcəyik...
 
Təqdim etdi: Sultan Laçın
 
Oxşar xəbərlər
19:54, Bu gün
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”