Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
Oxunub: 2793
04 May 2024 | 13:18
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
Gürcüstanda "Xarici təsir haqqında" qanun layihəsi ilə bağlı yaşanan gərginlik davam edir. Bir neçə gündür ki, bu layihə ətrafında siyasi polemikalar, bəyanatlar, müxalifətin aksiyaları, aksiyalarda toqquşmalar, həbslər yaşanır. Qanun layihəsi artıq ikinci oxunuşda da qəbul edilib və 2 həftədən sonra bununla bağlı yekun səsvermənin keçirilməsi nəzərdə tutulur.
 
Bəs, bu qanun layihəsində nə var ki, belə təlatüm yaradıb? "Xarici təsir haqqında" qanun layihəsinə əsasən, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər.
 
Qanuna əməl etməməyə görə inzibati cərimə ilə yanaşı, 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur.
 
Hakim "Gürcü Arzusu" partiyası, partiyanın parlamentdəki fraksiyası və hökumət üzvləri qanun layihəsinin qəbul olunmasında sona qədər qətiyyətli görünür.
 
"Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili qanunun qəbulunu onunla əsaslandırır ki, hazırda xarici maliyyədən Gürcüstanda xeyriyyə işlərindən daha çox QHT-lərin özlərini gücləndirməsi, bu yolla onların gələcəkdə hakimiyyətə gətirilməsi, yeni inqilabın planlaşdırılması üçün istifadə olunur.
 
Ölkənin əsas müxalif partiyası olan "Vahid Milli Hərəkat" partiyası və Qərb ölkələri isə "Xarici təsir haqqında" qanun layihəsinə qarşı çıxır, onu Gürcüstanda demokratiyaya zərbə adlandırır, vətəndaş cəmiyyətinin hakimiyyəti tənqid etməməsi üçün susdurmaq metodu sayır. Bu zaman istər müxaliflər, istərsə də Qərb mediası qərarın Rusiyanın təsiri ilə qəbul edildiyini iddia edirlər.
 
Gürcüstanda mütləq əksəriyyət QHT və digər təşkilatların Qərbdəki müxtəlif maliyyə institutlarından, fondlardan maliyyələşdiyi sirr deyil. İqtidar isə qərarı vətəndaş cəmiyyəti və QHT sektorunda xarici maliyyə mənbələrinin şəffaflaşdırılması hesab edir.
 
Aydın məsələdir ki, qanun layihəsinin qəbul edilib-edilməməsi Gürcüstanın daxili işidir. Məsələnin qəribə olan tərəfi Qərb ölkələrinin "Xarici təsir haqqında" qanun layihəsinə kəskin reaksiyası və etirazıdır.
 
ABŞ və Avropa İttifaqı müstəqil dövlətin demokratik yolla seçilmiş siyasi hakimiyyətinin qəbul etmək istədiyi qərarın ləğv edilməsinə çalışır və bunu gizlətmir. Hətta bunun üçün siyasi və diplomatik təzyiqlər, iqtisadi sanksiya xəbərdarlıqlarından da istifadə olunur. Sanki Qərb təşkilat və qurumlara nəzarətsiz maliyyə vəsaitləri göndərilməsinə nəzarət olunmasını istəmir.
 
Halbuki Gürcüstan hökumətinin məqsədi yalnız ölkə xaricindən maliyyələşən QHT-in maliyyə mənbələrinin şəffaflığını təmin etməkdir.
 
Buna cavab olaraq Gürcüstan hakimiyyəti, xüsusən "Gürcü Arzusu" partiyası ciddi təzyiqlər altındadır. Aprelin 26-da ABŞ Senatının 14 senatorunun Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı açıq məktubunda qanun qəbul ediləcəyi təqdirdə Vaşinqtonun Gürcüstanla bağlı siyasətini nəzərdən keçirməli, Gürcüstan rəsmilərinə sanksiya tətbiq etməli olacağı barədə xəbərdarlıq bu təzyiqin sadəcə bir detalıdır.
 
Amma rəsmi Tbilisi də geri çəkilmək niyyətində deyil və ölkənin daxili işlərinə qarışmağa cəhdlərə adekvat addımlar atır.
 
Maraqlıdır ki, proseslər Gürcüstanın cəmi 4 ay əvvəl Avropa İttifaqına üzvlüyə namizədlik statusu alması fonunda baş verir.
 
Bu kontekstdə Qərb-Gürcüstan xəttində keçmişdə baş verən bəzi hadisələr də hazırkı gərginlik fonunda yavaş-yavaş üzə çıxır. Belə ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib. Kobaxidze 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini də əlavə edib.
 
Bu, Qərblə Gürcüstan arasında münasibətlərin heç də hamar olmamasından xəbər verir. 2003-cü ilin noyabrında gerçəkləşən "Qızılgül inqilabı"ndan bu yana 20 ildən çoxdur ki, avrointeqrasiya yolu tutan Gürcüstan cəmiyyəti bu müddətdə müəyyən məyusluq yaşayıb. Bu sırada istər 2008-ci ildə Rusiya ilə "5 günlük müharibə" zamanı Qərbdən bəyanatlardan savayı heç bir dəstək almaması, istər Cənubi Osetiya və Abxaziya regionlarını geri qaytarması üçün Qərbdən ciddi dəstək görməməsi, istərsə avrointeqrasiyanın sosial durumun ciddi şəkildə yaxşılaşmasına təsir etməməsi var.
 
Seçkilər yolu ilə formalaşan hökumətin fəaliyyətinə, ölkə qanunvericiliyinə müdaxilə də bu illərdə müşahidə olundu. Avropa Gürcüstan üçün Rusiya bazarını, şimal qonşusu ilə ticarətdə qazandığı dividendləri əvəz edə bilmədi.
 
Digər yandan, məsələyə paradoksallıq verən amil Gürcüstanda "Xarici təsir haqqında" qanun layihəsinin arxasında "Rusiya izi" axtaran ABŞ-ın özündə də analoji qanunun olmasıdır. 1938-ci ildə qəbul olunmuş "Xarici Agentlərin Qeydiyyatı Aktı" (Foreign Agents Registration Act - FARA) qanunu xarici hökumətləri və Amerika siyasətində xarici fiziki və hüquqi şəxsləri təmsil edən xarici agentlərdən öz fəaliyyətlərini və maliyyə mənbələrini açıqlamağı tələb edir.
 
Qanun Rusiya və Gürcüstanda bu yöndə qəbul edilmiş qanunlarla müəyyən hüquqi aspektlərdə və detallardakı fərqləri çıxmaq şərti ilə eyni mahiyyəti daşıyır. Göründüyü kimi, bu nümunədə ikili standartlar, "mənə olar, sənə olmaz" prinsipi özünü ən qabarıq şəkildə büruzə verir. Nəinki ABŞ, xarici agentlərlə bağlı müvafiq qanunverici aktlar bir çox Qərb ölkələrində də qəbul edilib.
 
Gürcüstandakı vəziyyəti narahatlıqla izlədiklərini, "Xarici təsir haqqında" qanun layihəsinin müzakirəsindən sonra etirazçılara qarşı zorakılığı pislədiklərini açıqlayan Fransa da belə qeyri-səmimi və riyakar ölkələrdən biridir.
 
Belə ki, Gürcüstana qanun layihəsi ilə bağlı çağırış edən Fransanın özündə də oxşar layihənin qəbulu final mərhələsinə daxil olub. Ölkənin Aşağı Palatasının qəbul etdiyi, Senatın isə bu ay təsdiqləyəcəyi gözlənilən, "xarici təsirlərin qarşının alınması haqqında" qanun layihəsi öz radikallığı ilə seçilir. Layihədə Fransada lobbiçilik, kommunikasiya və ianə toplamaqla məşğul olan bütün əcnəbilərdən xüsusi yaradılmış xarici agentlərin reyestrində qeydiyyatdan keçmək tələb olunur. Şəxsi məlumatları, fəaliyyəti və qurduğu əlaqələr barədə informasiya verməyən fiziki şəxsləri 45 min avro cərimə, yaxud 3 ilə qədər həbs cəzası gözləyir.
 
Göründüyü kimi, öz ölkələrində QHT sektoruna xaricdən gələn maliyyə mənbələrinə dördgözlə nəzarət edən, bu sahədə məhdudlaşdırıcı və cinayət məsuliyyəti nəzərdə tutan qərarlar qəbul edən Qərb postsovet ölkələrində analoji qanunların qəbul olunmasına aqressiv reaksiya verir, QHT-nin maliyyə mənbələrinin şəffaflığı üçün atılan addımlara anti-demokratik don geyindirir, ölkənin daxili işlərinə açıq müdaxilə edir və bunu heç gizlətmir də...
 
ABŞ-ın Gürcüstandakı səfiri, xanım Robin Danniqan da mayın 2-də hədə tonunda yaydığı bəyanatında Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina etdiyini bildirib, bunun yolverilməz olduğunu deyib.
 
Xanım diplomat vurğulayıb ki, səfirlik bu yaxınlarda Gürcüstan hökumətinin ali səviyyəli üzvlərini ABŞ-ın ən yüksək səviyyəli liderləri ilə strateji tərəfdaşlıq və ABŞ-ın yardımları ilə bağlı istənilən narahatlıqları birbaşa müzakirə etməyə dəvət edib, Gürcüstan tərəfi isə bu dəvəti qəbul etməyib.
 
Səfir Gürcüstan hökumətinin son həftələrdə ölkəni Avro-Atlantik gələcəyindən uzaqlaşdıran seçimlər etdiyini qeyd edib, hakim partiyanın "Xarici təsir haqqında" qanun layihəsini irəli aparmaqda qətiyyətli görünməsindən təəssüfünü dilə gətirib.
 
Daha sonra 32 ildə Gürcüstan üçün etdiklərini sadalayan xanım səfir bəyan edib ki, gürcü xalqına və Gürcüstanın gələcəyinə - daha çox sülh və rifah gətirəcək Avropalı gələcəyinə olan güclü öhdəliliklərini dəyişmək niyyətində deyillər.
 
"Bizim sərmayə və proqramlarımızın bəhrəsini görən hər bir gürcü bunu bilir", - deyə səfir Danniqan qeyd edib. Xanım səfirin bəyanatından belə nəticəyə gəlmək olar ki, bu illər ərzində Gürcüstan üçün etdiklərinin əvəzində hazırkı hakimiyyət Qərbin iradəsindən kənar hər hansı addım ata bilməz.
 
ABŞ-ın Gürcüstanda "Xarici təsir haqqında" qanun layihəsindən dərin narahatlıq duyduğunu Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi də bəyan edib.
 
"Biz bu qanunvericilikdən - onun müxalif fikirləri və söz azadlığını boğmaq baxımından nə edə biləcəyi barədə çox narahatıq. Orada (Gürcüstanda) canlı vətəndaş cəmiyyəti var", - deyə cənab Kirbi vurğulayıb.
 
ABŞ tərəfinin bu açıqlamaları ilə bağlı Gürcüstan XİN-in bəyanatı isə bəzi məsələlərə işıq salır. Gürcüstan XİN-in bəyanatından Gürcüstan Baş nazirinin ABŞ-a getməkdən niyə imtina etdiyi aydın olur. Belə ki, ortada Vaşinqtonun "Xarici təsir haqqında" qanun layihəsinə baxılmasını dayandırmaq tələbi varmış.
 
"Gürcüstanın Baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Bu şərt qarşılığında səfərin həyata keçirilməsi isə qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib", - deyə Gürcüstan XİN-in bəyanatda deyilir.
 
Göründüyü kimi, ABŞ və Qərb hər hansı ölkənin, indiki halda isə Gürcüstanın onun orbitindən çıxması ilə razılaşmaq istəmir.
 
Xatırlatmaq yerinə düşər ki, Gürcüstanda "Qızılgül inqilabı"ndan sonra keçirilmiş seçkilər istər ABŞ, istərsə də Qərb ölkələri və institutları tərəfindən demokratik, ədalətli hesab olunub. Gürcüstanda seçkilərin saxtalaşdırıldığı barədə onlardan hər hansı bəyanatlar eşidilməyib. "Gürcü Arzusu" partiyası da məhz xalqın iradəsi ilə seçkilərdə qalib gəlib və hazırda hakimiyyətdədir. ABŞ və Qərbin davranışlarından isə belə anlaşılır ki, onlar gürcü xalqının iradəsinə, seçiminə də hörmət etmək niyyətində deyilər, əksinə, öz maraqları naminə xalqların, ölkələrin seçimini tapdalamağa hazırdırlar. /APA/
 
Oxşar xəbərlər
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
Magistraturaya qəbul imtahanında ölkə birincisi bəlli oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17 May 2024 | 17:52
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 17:47
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 17:44
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17 May 2024 | 17:41
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17 May 2024 | 17:39
Ramin Əliyev saxlanıldı
17 May 2024 | 17:35
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
17 May 2024 | 17:31
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17 May 2024 | 17:28
Koreyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTOLAR
17 May 2024 | 17:26
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:22
Ayda 376 manata mənzil almaq istəyənlərin nəzərinə: Seçim turunun vaxtı açıqlandı
17 May 2024 | 17:21
Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ
17 May 2024 | 17:19
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17 May 2024 | 17:15
Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO
17 May 2024 | 17:10
Həmid Həmidovla “Danışaq?” layihəsi: Peyvəndlər, cəfəng diaqnozlar, təhlükəli xəstəliklər - VİDEO
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 17:03
Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 16:52
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
17 May 2024 | 16:48
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
17 May 2024 | 16:44
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
17 May 2024 | 16:40
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
17 May 2024 | 16:35
"İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir" - Umayra Tağıyeva
17 May 2024 | 16:31
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
17 May 2024 | 16:29
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb
17 May 2024 | 16:25
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
17 May 2024 | 16:24
"Buna görə çox peşmanam"
17 May 2024 | 16:20
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
17 May 2024 | 16:19
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
17 May 2024 | 16:15
Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik etdi - FOTO
17 May 2024 | 16:12
Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi
17 May 2024 | 16:10
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
GÜNLÜK
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 09:35
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
17 May 2024 | 10:10
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
17 May 2024 | 10:00
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
17 May 2024 | 09:29
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:18
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
17 May 2024 | 10:04
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
17 May 2024 | 09:22
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
AYLIQ
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
17 May 2024 | 11:35
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
17 May 2024 | 09:35
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
17 May 2024 | 10:10
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
17 May 2024 | 10:00
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
17 May 2024 | 09:29
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
17 May 2024 | 11:05
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
17 May 2024 | 10:18
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
17 May 2024 | 10:04
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
17 May 2024 | 09:22
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu