Xankəndində diri-diri ürəyi çıxarılmış şəhidin Qırxqız yaxınlığında qisası necə alındı?..
Oxunub: 5612
22 Aug 2022 | 19:07
Xankəndində diri-diri ürəyi çıxarılmış şəhidin Qırxqız yaxınlığında qisası necə alındı?..
Azərbaycan oğullarının Qırxqız oylaqlarında hayları lərzəyə salmış igidlikləri...
 
“Atam ermənilərlə qeyri-bərabər döyüşdə patronu qurtarmasına və ağır yaralı olmasına baxmayaraq, ayağa qalxıb qəddini əymədən ermənilərin üzərinə gedir…”
 
“Ermənilər Xankəndi xəstəxanasında Miryusif Orucovun ürəyini diri-diri sinəsindən çıxarıb xəstəxananın palatalarında və həyətində gəzdirib göstərərək “Türkün ürəyinin böyüklüyünə bir baxın – Qarabağın böyük ürəyi olan bir igidini öldürmüşük” deməklə qürrələnirlər…”
 
Azərbaycan ordusunun bu ilin avqustun əvvəlində keçirdiyi uğurlu “Qisas” antiterror əməliyyatı nəticəsində azad etmiş olduğu Qırxqız yüksəkliyi ətrafında, eləcə də Laçın və Xocalı rayonlarının  yaxınlıqdakı yaşayış məntəqələrində Birinci Qarabağ savaşında da işğalçı haylarla döyüşlər və qarşıdurmalar baş verib. Təpədən-dırnağa silahlı olan separatçı və işğalçılara qarşı uzaqbaşı, ov tüfəngləri ilə döyüşən soydaşlarımız vətənimizin bu dilbər guşələri uğrunda neçə-neçə şəhid verib. 23 dekabr 1991-ci  ildəki Meşəli qətliamınadək bu yurdlardakı Azərbaycan türklərinin yaddaşında daha çox qalan olaylardan biri də Meşəlinin sayılıb-seçilən oğullarından  Miryusif Kərim oğlu Orucovun 1989-cu ilin avqustunda kəndin müdafiəsi zamanı hay terrorçuları tərəfindən qətlə yetirilməsi və onun qisasının alınması olub. Bundan  bir il sonra - 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan və o vaxtkı məlumatlara görə içərisində 40-a yaxın erməni terrorçusu, silah-sursat və qanunsuz hərbi birləşmələr üçün pul vəsaiti olan “Yak-40” təyyarəsi qəzaya uğrayıb...
 
1988-cu ildən bəri keçmiş Əsgəran rayonunun erməni quldurları ilə dolu kəndlərinin əhatəsində qalan Meşəli kəndinin taleyi ilə maraqlanan, onların müdafiəsi və ərzaq təchizatı üçün əlindən gələni edən dövlət xadimi - Azərbaycan SSR-in sonuncu və müstəqil Azərbaycan Respublikasının ilk ədliyyə naziri Əlisaab Orucov özünün “Mübarizəmiz Qarabağdadır”  kitabında Miryusif Orucovun şəhid edilməsi, 23 dekabr 1991-ci ildə hayların törətdiyi qətliam, əsir düşmüş Meşəli sakinlərinin başına gətirilənlər və s. haqqında bəhs edib.
 
Keçmiş Dağlıq Qarabağın digər məntəqələrinin, o cümlədən Xocalının, Meşəlinin, Şuşanın Malıbəyli, Quşçular kəndlərinin və s. Azərbaycan ordusunun gəlişini gözlədiyi bir vaxtda aktuallığını nəzərə alaraq bəhs edilən kitabdan bu mövzudakı ən əhəmiyyətli epizodları nəzərinizə çatdırırıq.
 
Meşəli kəndində o vaxtlar baş vermiş hadisələr, eləcə də sabiq ədliyyə naziri Əlisaab Orucovun Laçın rayonunun Fərraş kəndində şəhid Miryusif Orucovun yas mərasiminə gəlməsi haqda şəhidin oğlu Kərim Orucovun xatirəsi “Mübarizəmiz Qarabağdadır” kitabında  "Nahaq qan yerdə qalmaz" yarımbaşlığı altında belə qələmə alınıb:
“Mən o vaxtlar, ermənilərin gizli və yarıaşkar azərbaycanlıları doğma vətənləri olan Qarabağdan sıxışdırıb çıxarmaq istədikləri bir dövrdə, Rusiyanın Tümen şəhərindəki ali hərbi məktəbdə təhsil alırdım. İldə iki dəfə məzuniyyətə çıxıb vətənə gəlirdim. Məzuniyyətdə olduğum vaxtlar bu hadisələrin həm şahidi olurdum, həm də yaxınlarımdan, xüsusən də atamdan o haqda eşidirdim. Atam ermənilərin həmişə bizim çörəyimizi yeyib sonra bizə güllə atdıqlarını deyirdi. Hələ bu hadisələrdən xeyli əvvəl, 1985-1986-cı illərdən başlayaraq ermənilərin demokratiya pərdəsi altında gizli işlər görmələrini, pul yığdıqlarını deyir,  onların Qarabağda nəsə bir iş törədəcəklərini bildirirdi. Bunun səbəbini o, Qarabağ ermənilərinin son vaxtlar çox pullanmalarında və ölkə(SSRİ-də) rəhbərliyində yaranmış ermənipərəst mövqeyin güclənməsində görürdü...
 
Bizim aramızda Dağlıq Qarabağla bağlı söhbətlərimiz, müzakirələrimiz çox olurdu. Bu söhbətlər bir gənc - gələcəyin zabiti kimi mənim, eləcə də qardaşlarımın vətənpərvər ruhda böyüməyimizə çox kömək edirdi...
 
Atam dünyagörüşlü bir insan olmaqla yanaşı, az-çox siyasi gedişləri izlədiyindən vəziyyətin olduqca çətin olacağını qabaqcadan hiss edirdi. Lakin işin bu yerə gəlib çıxacağını heş ağlına belə, gətirməzdi. O deyirdi ki, erməniləri pul yoldan çıxarıb, ancaq son nəticədə onlar heç nə əldə edə bilməyəcəklər...
Mən ilk dəfə haqqında çox eşitdiyim, ancaq üzünü görmədiyim Əlisaab müəllimi 1989-cu ilin avqust ayında atam Miryusif  keçmiş Əsgəran rayonunun Meşəli kəndində(hazırda Xocalı rayonuna daxildir-S.L.) şəhid olduqdan sonra doğma kəndimiz - Laçın rayonunun Fərraş kəndində keçirilən yas mərasimində gördüm. O zaman da məzuniyyətə gəlmişdim...
 
Atam Meşəli kəndində ermənilərlə qeyri-bərabər döyüşdə, patronu qurtardıqdan sonra yaralı vəziyyətdə düşmənin əlinə keçib. Ermənilər onu işgəncə verməklə öldürmüşdülər...
 
Bu yerdə Kərim Orucovun Moderator.az-a açıqlamasında atasının şəhid olması haqda ətraflı söhbətini nəzərə çatdırmaqla da hay terrorçularının nə dərəcədə vəhşi və qaniçən olmasını vurğulamağı vacib bilirik:
 
“Atam ermənilərlə qeyri-bərabər döyüşdə patronu qurtarmasına və ağır yaralı olmasına baxmayaraq, ayağa qalxıb qəddini əymədən ermənilərin üzərinə gedir. Və bu zaman namərdlər onu yaxalaya bilirlər. Məlum olur ki, düşmən onun arxasınca gələrək döyüşə atılmış Meşəlidən olan Bəxşeyişi də əsir götürüblər. Ermənilər onları maşına oturdanda atam Bəxşeyişə “Qorxma, dözümlü ol” deyir, amma özünün yaralı olduğunu ona bildirmir. Yalnız xeyli getdikdən sonra qan pencəyindən bayıra sızır və Bəxşeyiş onun sinəsindən ağır yaralandığını anlayır... Onları əvvəlcə Əsgərana aparırlar. Xankəndindəki 10139 saylı sovet rabitə hərbi hissəsinin komandirinin arvadı, Əsgəran xəstəxanasının təcili yardım şöbəsində həkim işləyən Lena Mixayentina atamın yarasını sağaltmaq mümkün olmasında və onun Ağdama aparılmasının vacibliyində nə qədər təkid etsə də, onun sağ qalmasını istəməyən ermənilər atamı Xankəndinə aparırlar. Oradakı vilayət xəstəxanasında isə ona heç bir tibbi yardım göstərmir, əksinə, əzab və işgəncə verməyə başlayırlar. Atamın ürəyini diri-diri sinəsindən çıxarıb xəstəxananın palatalarında və həyətində gəzdirib göstərərək “Türkün ürəyinin böyüklüyünə bir baxın – Qarabağın böyük ürəyi olan bir igidini öldürmüşük” deməklə qürrələnirlər. Bu  qaniçənliyi, vəhşiliyi edən guya həkim andı içmiş, həkim adına şərəfsizlik gətirən erməni həkim xəstəxananaın cərrahiyyə şöbəsinin müdiri Valeri Ukasyan olub”.
 
Qayıdırıq “Mübarizəmiz Qarabağdadır” kitabına:
 
“Atam Miryusifin meyitinin ermənilərdən alınmasında qohumlarımızla yanaşı, çox vətənpərvər bir insan kimi Əlisaab müəllimin də böyük rolu olmuşdu. 1989-cu il avqustun 6-da şəhid edilmiş atamın nəşini iki gündən sonra, yəni avqustun 8-də kəndimizə - Fərraşa gətirdilər və orada dəfn etdik... Dəfn zamanı Əlisaab müəllim çox ürək yanğısıyla çıxış etdi və üzünü Məlik babama tutub: “Miryusifin qanı yerdə qalmamalıdır, onun qisası qısa bir müddətdə alınmalıdır. Qoy, düşmənlərimiz bilsinlər ki, nahaq qan yerdə qalmır”- dedi. Məlik babam da öz növbəsində Əlisaab müəllimə söz verdi ki, Miryusifin qisası onun “40” mərasiminədək alınacaqdır. Əlisaab müəllim kənd camaatına və yasda iştirak edən Laçın, Şuşa, Xocalı, Ağdam və digər bölgələrin əhalisinə müraciət edərək ölkə(SSRİ) rəhbərliyinə arxayın olmamağı, torpaqların müdafiəsi ilə özlərinin məşğul olmalarını tövsiyə etdi. O, “ölkə rəhbərliyinə arxayın olmayın” dedikdə camaatı göydə Allaha, yerdə isə öz vətənpərvər oğullarına arxalanmağa çağırırdı. Onun əsas ideyası yerlərdə camaatdan kiçik partizan dəstələri təşkil etməklə düşməndə qorxu və vahimə yaradıb onları torpaqlarımızdan uzaqlaşdırmaq məqsədinə xidmət edirdi. Çünki o dövrdə açıq hücuma keçmək mümkün deyildi. Ona görə ki, Qarabağda yerləşdirilmiş sovet qoşunları və ölkə rəhbərləri buna imkan vermirdi... 
 
Məlik babam Əlisaab müəllimə atamın qisasını alacağına söz verdiyinə görə bu işə hazırlaşmağa başladı. Qohumların çoxu və eləcə də biz bu işdə iştirak etmək istəyimizi bildirsək də, babam buna razılıq vermədi... 
 
Nəhayət, babamla bərabər bu tədbiri həyata keçirmək üçün babamın əmisi oğlu Səfəralı Sevdimalı oğlu Novruzov(Ağdam rayonunda yaşayırdı), atamın dostu – əslən laçınlı olan və o vaxt Ağdamın Əhmədavar kəndində yaşayan Tapdıq əmi(el arasında ona Uzun Tapdıq deyirdilər), atamım əmisi nəvəsi - Meşəli kəndində yaşayan Əli Mürsəl oğlu Mehrəliyevin iştirak etmələri qərara alındı. Əməliyyat Əlisaab müəllimin dediyi kimi, olduqca gizli saxlanılmalı idi. Çünki bu məsələdə heç kimə etibar etmək olmazdı...
 
Məlik babam danışırdı: 
“Bu qisasi həyata keçirmək üçün Meşəli kəndinin qonşuluğunda ermənilərin sıx yaşadıqları ən böyük  kənd olan Badara kəndinə getməyi planlaşdırdıq. Əli Meşəlidən olduğundan həmin ərazini və həmçinin o kənddəki erməniləri yaxşı tanıyırdı... Bizim hansısa yoldan keçən ermənini öldürmək fikrimiz yox idi. Biz, ermənilərin torpaqlarımızı işğal etməkdə onlara yol göstərən və rəhbərlik edənlərdən biri Badarada yaşayan ermənilərin xüsusi hörmət bəslədiyi və Miryusifin ölümündə bilavasitə əli olan badaralı Rubeni axtarırdıq ki, alınan qisas Miryusifin  adına və ruhuna layiq olsun. Ona görə də Badara kəndi ətrafında bir neçə gün pusquda duraraq onun yoldan keçməsini gözlədik. Gözlədiyimiz məqam gəlib yetişdi və gördük, o tərəfdən iki atlı gəlir...
 
(Davamı var)
 
Qələmə aldı: Sultan  Laçın
 
Oxşar xəbərlər
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib