Paşinyanın xüsusi nümayəndəsi Xankəndi bazarından qovuldu…-VİDEO
Ekskluziv
3123
05 Apr 2022 | 14:31

Paşinyanın xüsusi nümayəndəsi Xankəndi bazarından qovuldu…-VİDEO

Bu yaxınlarda Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən Qarabağda xüsusi səlahiyyətli nümayəndə təyin olunmuş deputat, bu ölkənin Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Edmon Marukyan Xankəndi bazarında sakinlərin etirazıyla qarşılaşıb. 
 
Moderator.az xəbər verir ki, bu barədə  “Tert.am” nəşri məlumat yayıb. 
Məlumatdan bəlli olur ki, bir neçə gün öncə Xankəndinə səfər edən Marukyan şəhərdəki bazara baş çəkib. Bazarda bir qrup qadın onun ətrafına yığışaraq ona Qarabağ və Paşinyan barəsində müxtəlif suallar verdikdən sonra isə təhqir etməyə başlayıblar. 
Həmin  insident zamanı fəallıq göstərmiş qadınlardan biri - bazarda işləyən Silva Danielyan
168.am nəşrinə söhbətində bu haqda danışıb.  Onun sözlərinə görə, öncə Marukyan əvvəllər müxalifətdə, daha sonra isə Nikol Paşinyanın yanında olmaqda suçlanıb. Daha sonra isə Paşinyanın “Qarabağı, Şuşanı, o cümlədən son günlər Fərrux dağındakı Daşbaşı yüksəkliyini “Azərbaycana satması”ndan danışan qadınlar onu bazardan qaçmağa məcbur ediblər.
 
Videoda aydın görünməsə də, Ermənistanda nəşr olunan “Fakt” qəzetinin yazdığına görə,
qadınlar Manukyanı əllərindəki əşyalarla vurublar. 
 
“Həmin qadınlar yığışıb onun başına it oyunu açıblar. Hətta əllərindəki əşyalarla onu kötəkləməkdən də çəkinməyiblər” – məlumatda belə deyilir.
 
Xatırladaq ki, Edmon Marukyan eyni zamanda “Çiçəklənən Ermənistan” partiyasının sədridir.

 

Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər