Rusiyada küçə musiqisi faciə ilə nəticələndi: 11 yaşlı oğlan güllələndi
Dünya
157
08:03, Bu gün

Rusiyada küçə musiqisi faciə ilə nəticələndi: 11 yaşlı oğlan güllələndi

Sankt-Peterburq sakini küçədə saksafon çalan 11 yaşlı oğlana atəş açıb. Həmin şəxs saxlanılıb.

Moderator.az-ın rg.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

Onun sözlərinə görə, xəsarət alan şəxs 11 yaşlı uşaqdır və ona 38 yaşlı kişi atəş açıb. Oğlan küçədə saksafon çalırmış və bu, yerli sakinin xoşuna gəlməyib.

"Küçə musiqiçisini "cəzalandırmaq" qərarına gələn şəxs öz mənzilinin pəncərəsindən ona pnevmatik silahdan atəş açıb", - deyə Volk qeyd edib.

Hazırda uşaq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ilə bağlı dəqiq məlumat verilmir. Müstəntiqlər silah tətbiq edilməklə törədilən xuliqanlıq maddəsi üzrə cinayət işi açıblar. Şübhəli şəxs saxlanılıb.

"Baza" "Telegram" kanalının məlumatına görə, atəş açan şəxs Mariinski Teatrının artisti olub və oğlanın saksafon ifası onu qıcıqlandırıb. Kanal iddia edir ki, pnevmatik tapançadan açılan atəş nəticəsində güllə oğlanın yanağına dəyərək çənəsində qalıb.

 

(oxu.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər