“Lavrovu tənqid etməyim mənə qarşı təqiblərə səbəb oldu” - Eldar Həsənovun son sözü...
Oxunub: 3963
22 Jan 2022 | 17:17
“Lavrovu tənqid etməyim mənə qarşı təqiblərə səbəb oldu” - Eldar Həsənovun son sözü...

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq baş prokuror, keçmiş səfir Eldar Həsənov son söz ilə çıxış edib.

Sabiq səfirin məhkəməsinə media nümayəndələri buraxılmadığından onun son sözünü vəkilləri Gununsesi.info-ya təqdim edib. 

İlk növbədə, qeyd edirəm ki, barəmdə olan cinayət işini və həbs edilməyimi özümə qarşı təqib, çox böyük qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirirəm. Tənqidə görə təqib olunmağımı düşünməyə əsas verən hallardan biri kimi qeyd edirəm ki, 10.07.2018-ci il və 02.02.2020-ci il tarixlərində Bakıda və Brussel şəhərində diplomatik nümayəndəliklərdə Azərbaycan Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevi və Xarici İşlər Nazirliyinin, səfirliklərin fəaliyyəti və diplomatlarla bağlı, diaspora, Gömrük Komitəsinin, Mədəniyyət Nazirliyinin fəaliyyətindəki nöqsanları, süründürməçiliyi, sui-istifadə hallarını faktlarla və sərt amma obyektiv və ədalətli şəkildə tənqid etmişəm. Hər iki qapalı iclasda mənim çıxışlarım iştirak edən şəxslərin alqışları ilə qarşılanıb. Çıxışımdan sonra tədbiri aparanlara mənə sualları olub-olmaması barədə soruşmuşam, sualları olmadıqlarını bildirərək “Çox sağ olun” demişlər. Bundan başqa, düşünürəm ki, mənim bəzi müsahibələrimdə Rusiya Federasiyası və onun xarici işlər naziri Sergey Lavrov barəsində ölkədə və xarici kütləvi informasiya vasitələrində yer almiş tənqidin tənqidi çıxışlarımın da təqib olunmağımda rolu olmuşdur.

Belə kijurnalist Aida Eyvazlının götürdüyü, 19 noyabr 2016-cı ildə dərc olunmuş müsahibəmdə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı faciəsi barədə belə demişəm: “Bu işğal planının tərtibindən həyata keçirilməsinə qədər rus hərbi birləşmələrinin iştirakı dəlillərlə, istintaq materialları ilə, məhkəmə qərarları ilə sübuta yetirilib…Azərbaycanın müstəqilliyinin əlindən alınması üçün süni bir problemin hazırlanması, sonradan bunun reallaşdırılması, tarixi torpaqlarımızın işğalı və Xocalı soyqırımının həyata keçirilməsi, bu işğalda rus silahlı qüvvələrinin iştirakı faktdır, sübutdur, dəlildir. .. Bu gün heç kimə sirr deyil ki, istər Ukrayna, istər Gürcüstan, istər Moldova və ya Qarabağdakı separatçılıqda Rusiyanın rolu var”.

Habelə, 2017-ci il yanvarın 21-də Moderator.az saytına verdiyim müsahibədə Sergey Lavrovun 2017-ci il yanvarın 17-si Moskvada keçirdiyi mətbuat konfransında dediyi: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın daxili işi deyil” tezisinə qarşı demişəm: “Aydın məsələdir ki, münaqişənin bir tərəfi Azərbaycan, digər tərəfi isə Rusiyanın öz müttəfiqi hesab etdiyi, son 25 ildə dəfələrlə təmənnasız və ya güzəştli qiymətlərlə silah ötürdüyü Ermənistandır. Bundan əlavə, 1990-cı illərin əvvəllərində Ermənistan işğalçı qüvvələrinə qarşı döyüşlər zamanı əsir götürülən hərbçilər arasında Rusiya zabit və əsgərləri də var. Bizim arxivlərimizdə də onların döyüşlərə necə və kimin əmri ilə qatıldıqlarına dair könüllü və səmimi etiraf ifadələri var. Rusiya-Ermənistan münasibətlərinin xüsusiyyəti heç kimə sirr deyil. Ayrı bir məsələdir ki, silahlı təcavüzə məruz qalmış ölkəmizin BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və ya kollektiv sürətdə özünümüdafiə hüququ var, bu hüququmuz kiminsə bəyanatı ilə məhdudlaşdırıla bilməz”.

Eldar Həsənov bildirib ki, 2017-ci ildə dedikləri İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı: “Görünür, nöqsanları adı və ünvanı ilə dilə gətirməyim kimlərinsə xoşuna getməyib. Əsl həqiqət isə bundan ibarət olub ki, söylədiyim tənqidlər Dövlətimizin və Prezidentimizin apardığı siyasətə ciddi xələl gətirən, kölgə salan hallara qarşı olub. Amma başqa məsələdir ki, kim bunu necə, hansı tərzdə məruzə edib, necə qərəzli məlumat verib?!

Azərbaycanın 78 səfirlik və diplomatik nümayəndəliyindən yalnız, bir səfirliyin- Avropada ən az büdcəsi olan, ayrılmış vəsaitə ən çox qənaət edib büdcəyə qaytaran səfirliyin əvvəlcə 5 illik, nəticə olmayanda 10 illik, qane etməyəndə 20 illik fəaliyyəti yoxlanılıb. Azərbaycanın məhkəmə və istintaq tarixində bənzəri olmayan, bu cür  məqsədli, qərəzli yoxlama, belə bir yanaşma olmamışdır!

Eyni yanaşmanın davamı olaraq, həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı mənə qarşı ayrıseçkilik münasibəti açıq formada sərgilənmiş, mənimlə eyni bir iş üzrə həbsə alınmış, məndən yaşca kiçik olan XİN-in əməkdaşları (Fərhad Molla-Zadə və başqaları) azmüddət sonra həbsdən azad edildilər, (Allah qapılarını açıq etsin) məhkəmənin yekununda isə azadlıqda qaldılar, halbuki, eyni iş üzrə mühakimə olan şəxslərdən ən yaşlısı- 67 yaş- mən olmuşam. Bu mənə qarşı olan ayrıseçkiliyin təsdiqidir. Mənə qarşı göstərilən qərəzli münasibət, hüquqlarımın pozulması və buna göz yumulması bütün cinayət prosesi boyu davamlı şəkildə özünü göstərmişdir”.

 

Keçmiş səfir daha sonra deyib: “Məhkəmə baxışında müdafiə hüququmun təmin olunmasının prosessual əsaslarından biri olan çəkişmə, tərəflərə bərabər şərait yaradılması prinsipinə ümumiyyətlə riayət edilmədi. Belə ki, məhkəmə istintaqı yalnız ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiq olunması ilə məhdudlaşdırıldı.

Prokurorluqda olduğu kimi məhkəmə baxışı zamanı da eyni taktika seçilərək, müdafiə tərəfinin sübutların əldə olunması üçün verdiyi çoxsaylı vəsatətlərə baxılması əvvəlcə qanunsuz və əsassız olaraq təxirə salındı, sonradan isə məhkəmə istintaqına prokurorluğun tələbi ilə son verdiyi gün- 27 dekabr 2021-ci il tarixdə heç bir əsaslandırma  aparılmadan, məhkəmə tarixində və təcrübəsində olmayan- bir cümlə ilə yox, bir kəlmə ilə rədd olundu.

Belə ki, məhkəmə 27 dekabr 2021-ci il tarixli iclasında həm həmin gün, həm də hələ oktyabr-noyabr aylarında verilmiş, lakin baxılmadan saxlanılmış 30-a yaxın vəsatətlərə baxıldığını bildirərək (bir çoxunu isə ümumiyyətlə xatırlaya bilmədi) müşavirəyə çıxdı və heç 5 dəqiqə keçmədən qayıdıb bir cümlə ilə bildirdi ki, vəsatətlər təmin olunmur.

Halbuki, verilmiş bütün vəsatətlər iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin olunmasına, mühüm əhəmiyyət kəsb edən faktiki halların müəyyən olunmasına və nəticədə mənim pozulmuş hüquqlarımın bərpa edilməsinə yönəlmişdir.

Xüsusən də, müstəntiqin XİN-dən götürdüyü, lakin mənim təqsirsizliyimi birbaşa sübut etdiyindən, qəsdən cinayət işinə əlavə edilməyərək prokurorluqda saxlanılan sənədlərin: o cümlədən, səfirlik üçün inzibati bina alınması üçün yerli əmlak şirkətlərinin verdikləri təkliflərin, humanitar layihələrin icrası ilə bağlı yerli hakimiyyət orqanlarının (meriya komissiyalarının) keçirdiyi tenderlərin sənədləri, protokolları, layihə-smeta sənədlərinin tələb edilməsinə dair vəsatətlər, habelə, görülmüş tikinti-abadlıq işlərinin yerində nəzarət qaydasında yoxlanılmasına dair vəsatət, ekspertizalar keçirilməsinə dair vəsatətlər, müstəntiqin apardığı yanlış hesablamaların üzə çıxarılması məqsədi ilə mütəxəssisin cəlb olunmasına dair vəsatət, Sarayevoda inzibati binanın alınması ilə bağlı ödənilmiş pulun aid olduğu şəxsə verilməsini təsdiq edəcək şəxslərin, Səfirliyin hasarının tikintisin aparmış şəxsin və bunu təsdiq edə biləcək şəxslərin: polis əməkdaşlarının, Səfirliyin texniki işçilərinin, Belqrad şəhərində alınmış inzibati binanın sahibi olmuş şəxslə mənim görüşüm zamanı tərcüməçi olmuş şəxsin, müdafiə tərəfinin təşəbbüsü ilə auditor rəyi vermiş şəxsin, 2010-2012-ci illər üzrə Səfirliyin fəaliyyətini yoxlamış yoxlaycının əlavə şahid kimi məhkəmədə dindirilməsi barədə və çoxsaylı digər vəsatətlər əsassız olaraq rədd olundu.

Qeyd olunanlarla yanaşı istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı mənə qarşı göstərilən ayrı seçkilik, tibbi yardım almaq hüququmun pozulmasında da özünü göstərdi.

Cinayət işində mənim əziyyət çəkdiyim xəstəliklərə aid kifayət qədər tibbi sənədlərin mövcud olması ilə yanaşı, məhkəmə prosesi zamanı halımın məhəkəmənin gözü önündə dəfələrlə pisləşməsi, bu səbəbdən iclaslarda fasilələrin verilməsi və məhz, buna görə də məhkəmə prosesi başlayan gündən təcili-tibbi yardım həkiminin nəzarəti ilə məhkəmə iclaslarında iştirak etməyim faktı özü-özlüyündə səhhətimin təhlükəli, kritik durumda olduğunun əyani sübutudur.

Mənim çoxsaylı xястяликлярин nəticəsində səhhətimin ağır olması, stasionar şəraitdə daimi ixtisaslaşmış həkim nəzarətində təxirəsalınmaz kompleks müalicə tədbirlərinin görülməsini tələb edir.  Bu barədə bir neçə ixtisaslaşmış həkimlərin rəyləri cinayət işinin materiallarında mövcuddur.

Mənim stasionar şəraitdə ixtisaslı müalicə almağımın təmin olunmasına dair Avropa İnsan Haqları məhkəməsinin də qərarları mövcuddur.Hətta, məhkəmənin özünün tanıdığı və tövsiyyə etdiyi həkim тərəfindən müayinə olunmağım və kompleks  laboratoriya təhlillərinin aparılmasına dair dəfələrlə verilmiş vəsatətlər baxılmadan, müzakirəyə çıxarılmadan əsassız olaraq təmin edilmədi.

Məhkəmə iclaslarında dindirilmiş şəxslərin ibtidai istintaq zamanı alınmış ifadələrinin elanı zamanı aydın oldu ki, bütün dindirmə protokollarında onların ifadələri müstəntiq tərəfindən qəsdən, qərəzli şəkildə təhrif olunmuş formada yazılmış, onların işlətmədiyi ifadələr protokolda yer almış (şahid Samir Həmidovun dediyi kimi “fantaziyalaşdırılmış),  bütün protokollarda guya, mənim gələcəkdə özümü qorumaq məqsədi ilə həmin şəxslərə “israrla”, “formal” olaraq nəyisə imzalatdırdığımı və sair bu kimi ifadələr eyni şəkildə təkrarlanmışdır.

Hətta, dindirmə zamanı müstəntiq ifadəni öz istədiyi kimi yazmaqdan ötrü psixoloji təzyiqlər göstərməkdən belə çəkinməmişdir. Belə ki, məhkəmədə şahid qismində ifadə verən Şahin Hacıyev müstəntiqin onu dindirərkən “deyəsən bayramı evdə keçirməyəcəksən” deyərək, onu həbs etməklə hədələdiyini və protokolu zorla imzalatdırdığını təsdiq etdi.

Bu onu təsdiq edir ki, dindirilmiş şəxslərin ittihamın əsas halları ilə bağlı protokollarda əks olunan ifadələri onların öz fikri deyil, istintaq orqanının qəbul etmək istədiyi qərarını qabaqcadan süni surətdə əsaslandırmaq üçün öz mülahizələridir”.

 

İttihamlarla bağlı danışan Eldar Həsənov bir sıra arqumentlərlə həmin ittihamları rədd edib.

Sabiq baş prokuror daha sonra məhkəmə heyətinə səslənib.

Hörmətli Məhkəmə,  Möhtərəm Hakimlər!

Üzümü sizə tuturam çünki, Siseronun dediyi kimi  mən də həmişə düşünmüşəm ki,  Hakim – danışan qanun, qanun isə  lal hakimdir!

 

Bəşər tarixində insan övladı daima hüquqla qadağan edilmiş əməlləri törətdiyinə görə cəzalandırılmışdır.

Amma nədənsə mən 13.08.2020-ci il tarixindən bu günədək yəni 17 ay 11 gündür ki, günahsız cəza çəkirəm!!

Azərbaycan dilində bir deyim var “suyu da üfürə üfürə içmək”. Bəli, mən 20 illik səfir fəaliyyətimdə suyu üfürə-üfürə içmişəm. Çünki fəaliyyətimə daimi olaraq lupa ilə nəzarət olunurdu. Bununla yanaşı fasilələrlə barəmdə yalanlar, böhtanlar, uydurmalar sifarişlə tirajlandı. Bu gün mənə verilən qondarma ittihamlar bir bəhanədir. Allah rəhmət etsin dahi Bəxtiyar Vahabzadəyə! Onun dediyi kimi:

“Talehim daş atdı, başımı yardı,

Buna daş neyləsin daş bəhanədir.”

Başıma gətirilənləri, 1 il 5 aydan artıqdır qanunsuz həbsdə saxlanılmağımı təhlil edirəm. Bu nə qəzəb, bu nə kin-küdurət, bu nə qəddarlıq, amansızlıq, bu nə qisasçılıqdır. Bunu edənlərə dur demək mümkün olmadı mı? Çox təssüf və təccüb edirəm! Görünür mən çox sadəlövh olmuşam:

  • Belə bir atalar məsəlimiz var : “Yalan ayaq tutar, yeriməz!” Təssüflər olsun ki, mənimlə bağlı bu gün yalanlar ayaq tutur, amma tarixdə heç vaxt yeriməyib və yeriməyəcəkdir!!
  • Taleyim məni sınağa çəkəndə mümkün olduğu qədər dözənlərdən olmuşam, özünü itirənlərdən yox!
  • Bu gün hər şeyin əbədi olduğunu düşünənlərə və o düçüncəyə inanlara Məmməd Arazın çox hikmətli “Dünya sənin, dünya mənim, dünya heç kimin” misralarını xatırlatmaq istəyirə

 

Bir daha bildirirəm ki, 13 avqust 2020-ci il tarixindən, yəni tutulduğum elə ilk günlərdən həbsimin əsl səbəbi mənə məlum oldu. Müxtəlif qapalı tədbirlərdə müstəqil düçüncəylə, faktlarla, obyektiv həqiqətlərə əsaslanan tənqidi çıxışlarım, KİV-ə verdiyim müsahibələr, dövlət əhəmiyyətli məsələlərlə bağlı məxfi qriflərlə yazdığım rəsmi məktublar, nəticədə guya mənim siyasi iddiada olmağım, guya müxalifət qurumları ilə əlaqə və əməkdaşlıq etməyim kimi yalan, uydurma, qərəzli və qisasçılıq məqsədi ilə verilmiş məlumatlar əsasında Bakıya çağırılaraq əsassız, qanunsuz və sifarişlə həbs olundum. AR DTX rəhbərliyinə konkret məsələlər göstərilməklə həmin məsələlərin  bütün imkan və vasitələrlə yoxlanılması barədə müraciət etdim. Həmçinin 10 iyul 2019-cu, 02 fevral 2020-ci ildəki Bakı və Brüssel şəhərində qapalı iclaslarda  etdiyim çıxışların stenoqramın, audio, videoların, son 5 ildə Dövlətimə məxfi qriflərlə göndərdiyim  məktubların AR XİN-dən alınaraq cinayət işinə əlavə olunmaqla yoxlanılmasını, habelə qeyd etdiklərimin hər birinə hüquqi qiymət verilməsinə dair vəsatətlərlə Prokurorluğun istintaq qrupuna müraciət etdim. Vəsatətim təmin olundu, həmin sənədlər XİN-dən tələb olunaraq prokurorluğun istintaq idarəsinə göndərildi. Bu məsələ ilə bağlı dəfələrlə istintaqın aparılmasının nə yerdə olduğu, nəticəsi barədə verilən sorğulara cavab verilmədi. Nəhayət cinayət işinin materialları ilə tanış olanda həmin sənədlərin 51 cilddən ibarət olan cinayət işinə əlavə olunmadığını aşkar etdim. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin keçirdiyi elə ilk iclasında eyni tələblə vəsatət verdim. Vəsatət isə rədd olunmadı amma baxılması təxirə salındı. 27.12.2021-ci il tarixində məhkəmə tarixində və təcrübəsində olmayan CPM-in tələblərini kobudcasına pozaraq məhkəmə vəkillərim və mənim tərəfimdən verilmiş 74 vəsatəti ümumiləşdirərək  bir cümlə ilə yox, bir kəlimə ilə rədd etdi. Mənim barəmdə aparılan məhkəmə istintaqı bax bu formada “tam”, “hər tərəfli” və “obyektiv” “araşdırılmışdır! Hüquq sistemimizin bu formada, belə işləməsi günümüzüəsl faciəsidir. Dövləüçün, cəmiyyəüçün, bu günümüz və sabahımıüçüən böyük təhlükə və faciə də məhz ədalətsiz məhkəmədir, günahsız insanlara qarşı edilən zülmdür!!

Yəni bu faciənin qurbanı bu gün mənəm, sabah sən, o biri gün başqa birisi….  İnsanlıq tarixi və təcrübəsi belə təhlükədəçıxış yolunu isə ədalətdə, demokratik hüquqi dövlətdə, qanunun aliliyindəədalətli ədalət mühakiməsində görmüşdür. Amma bu güçox təəssüflər olsun ki, mənimlə bağlı aparılan icraatda bunların heç birinin heç işartıları belə görünmür.

Hörmətli Məhkəmə!!

“Mənim günahım” varlığımla vətənimə xidmət etməyimdə, onun fədaisi olmağımda və sadəlövhlüklə inanmağımda olmuşdur.

“Mənim günahım” 20 il, 4 Avropa ölkəsinin hər birində sıfırdan başlamaqla 3 ölkəni strateji tərəfdaşlıq, 1 ölkəni isə dostluq tərəfdaşlıq səviyyəsinə çatdırmağımdır.

“Mənim günahım” öz təşəbbüsümlə, 2004-cü ildə ilk dəfə Azərbaycanın hüdudlarından kənarda Azərbaycandan dövlət-hökumət qurumlarının heç bir kəsin iştirakı və xəbəri olmadan özümün və ailə üzvlərimin köməkliyi ilə ilk dəfə Buxarest şəhərində 8.2 ha ərazisi olan TEY Parkında müstəqil Azərbaycanın Xilaskarı Heydər Əliyevin adının əbədiləşdirilməsinə və bu gün də həmin ərazinin H.Əliyev adına Xiyaban adlandırılmasına nail olmağımdır;

“Mənim günahım” çalışdığım 4 ölkədə xalqımızın Ümummilli Lideri Heydər Əliyev, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Nizami, Nəsimi, Füzuli, H. Cavid, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, B. Vahabzadə kimi tarixi şəxsiyyətlərini, görkəmli mütəfəkkirlərini, klassik ədəbiyyatımızı, mədəniyyətimizi və tariximizi tanıtmaq, sevdirmək olmuşdur;

“Mənim günahım” Xocalı soyqırımını 4 ölkədən birində, ermənilərin də təmsil olunduğu Rumıniya Parlamentində faciə kimi, ikincisi isə orda göstərdiyim fəaliyyətimə görə ittiham olunduğum BİH-nin yuxarı palatası- Senatda soyqırım adı ilə məhz soyqırım günü qətnamə qəbul edilməsinə nail olmağımdır;

“Mənim günahım” Buxarest şəhərində Müsəlman-Türk qəbiristanlığına yerli hökumətin qərarının alınmasına və istifadəyə başlamasına nail olmağımdır;

“Mənim günahım” Müqəddəs kitabımız Qurani-Kərimin ilk dəfə Rumın dilinə tərcümə edilib yayılması olmuşdur;

“Mənim günahım” Rumınıya Dövlət Universitetində Heydər Əliyev adına təqaüdün, Serbiya Musiqi Akademiyasında Üzeyir Hacıbəyov təqaüdünün təsis olunmağına nail olmağımdır;

“Mənim günahım” 275 illik tarixə malik olan Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasına, Azərbaycan Dilinin tədris proqramına salınmasına nail olmağımdır;

“Mənim günahım” hər bir azərbaycanlının, hər bir türkün pasportu olan, “Kitabi Dədə Qorqud” dastanının çalışdığım ölkələrin dilinə tərcümə etdirib, yayılmasına və təbliğ olunmasına nail olmağımdır;

“Mənim günahım” çalışdığım 4 ölkədə 130-dan çox Azərbaycan mütəfəkkirinin, dahi alimlərimizin, yazıçı və şairlərimizin əsərlərinin yerli dillərə tərcümə olunaraq təqdimat mərasimləri keçirilməsi, yayılması və təbliğinə nail olmağımdır;

“Mənim günahım” 2-ci Dünya Müharibəsi zamanı Polşadan Rumınıyaya gələrək qardaş Türkiyə səfirliyinin sonuncu mərtəbəsində yaşayıb yaratmış, Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin oradakı fəaliyyətini arxiv sənədlərindən bərpa etməklə xatirə lövhəsinin quraşdırlmasına nail olmağımdır;

“Mənim günahım” 2-ci Dünya Müharibəsində çalışdığım ölkələrdə həlak olmuş azərbaycanlıların müəyyən edilərək xatirə lövhələrinin quraşdırılmasına nail olmağımdır;

“Mənim günahım” Azərbaycan Səfirliyinin yerləşdiyi binadan başlayan küçəyə dahi şairimiz B.Vahabzadənin adının verilməsinə nail olmağımdır;

Çalışdığım 20 ildə sadaladığım və sadalamadığı eyni zamanda görülməsini özümə şərəf bildiyim işlərin, layihələrin, heç birinə təkrar edirəm heç birinə  Azərbaycan dövləti tərəfindən 1 manat vəsit ayrılmayıb,təklif olunanda da 1 manat qəbul etməmişəm!! Budur, Bunlardır “MƏNİM GÜNAHIM!!!!”

Səfir kimi çalışdığım 20 ildə lobbiçilik, diaspora, mədəniyyət, və son dövrlərdə də koronavirus pandemiyası ilə bağlı Azərbaycan Dövlətindən dəfələrlə təklif olunsa da 1 manat da olsun vəsait istəməmişəm, qəbul etməmişəm.

Bir məsələyə də münasibət bildirməyi özümə borc bilirəm. Sıralarında 20 il çalışdığım, XİN-ni zaman-zaman tənqid etsəm də, Azərbaycan Dövlət və Hökumət qurumları arasında öz peşəkarlığı, yüksək intellektual səviyyəsi, savadı ilə seçilən, bütün dövrlərdə öz vətəninə, dövlətinə, Prezidentinə sadiq olan, müqayisədə kifayət qədər mənəvi təmizliyə sahib olan bir qurumdur.

XİN-də hansısa bir səfirin mənimsəmə cinayəti haqqında düşünmək belə absurddur. Bir diplomatı yetişdirmək üçün hər bir xalqa, dövlətə illərlə vaxt lazımdır.

Hörmətli Məhkəmə!!!

Bu zal bu divarlar çox hakimləri, prokurorları, vəkilləri və təqsiləndirilənləri qarşılıyıb və yola salıb. Amma bəlkə də bu zal, bu divarlar mənim üzləşdiyim haqsızlıqları, qanunsuzluqları, ədalətsizlikləri, qeyri-humanist, mənəvi psixoloji işgəncələri, təqibləri görməyib, eşitməyib. Burada çox təəssüflər olsun ki, Amerikanların məşhur bir deyimi yerinə düşər: “ Önəmli deyil sən kimsən, önəmli odur ki, səni kim necə təqdim edir.”. Mən də kiminsə həqiqəti yox, nəyi necə dediyinin qurbanı olmuşam.

Böyük Nazim Hikmət demişkən:

Ədalət deyib çox aradım, çox hayqırdım, çox axtardım,  çox gözlədim, sonda bulduğum ədalətin yerinə onun məzarı oldu”.

Odur ki, sizdən cinayət işinin faktiki hallarına, sübutlara, dəlillərə, obyektivliyə əsalanan ədalətli bir qərar da gözləmirəm. Siz nə tapşırılıbsa onu da elan edəcəksiniz. Lakin bir məqamı diqqətinizə çatdırım ki, bəlkə müşavirəyə gedəndə xatırladınız. AR Konstitusiyasının 25-ci maddəsində qeyd edilir ki, “ Hakimlər müstəqildir və yalnız AR-nin qanunlarına tabedirlər”.

5 ay ərzində həyata keçirilən məhkəmə proseslərində mənim təqsirləndirilən şəxs kimi bütün hüquqlarım açıq-aşkar kobudcasına pozulsa da, bütün məhkəmə proseslərində Siz hakimlərə çox hörmətlə, ehtiramla davrandım. Verəcəyiniz ədalətsiz, sifarişli cəza nə qədər ağır olsa da yenə də sizə hörmətlə davranacam. Baxmayaraq ki, siz mənə Frans KafkanıMəhkəmə” romanındakı Yozefin həyatını yaşatdınız. Lakin nəzərinizə çatdırım ki, pozulmuş haqq və hüquqlarımın bərpası üçün sona qədər hüquqi müstəvidə mübarizəmi aparacam!

Möhtərəm Məhkəmə!

Yaşadığım 67 il ömrün nə az, nə çox 28 ilini Ulu öndər H. Əliyev və İ.Əliyev siyasi xəttinə, vətənimə, Azərbaycan Dövlətinə xidmətə sərf etmişəm. Mən bu siyasi xəttə yaltaqlıqla, məddahlıqla, sürünməklə deyil, qürurla xidmət etmişəm. Müstəqilliyimizin, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün bərpa olması üçün, hakimiyyətin əçətin, ən ağır günlərində, kimin harda olduğu tam bəlli olmayanda, sədaqətimləəməli fəaliyyətimlə, imzamla xidmət etmişəm!!!

Anadolu Türklərində belə bir deyim var: Dövlət heç vaxt, heç bir halda hizməti unutmaz!!!

Bilənlər bilir ki, bütün dövrlərdə müstəqil mövqeyimi, həqiqətləri, tənqidi fikirlərimi söyləmişəm. Hər kəsin sözünü kiməsə yox, gözünün içinə baxıb üzünə demişəm, imzamla təsdiqləmişəm. Bu gün mən bu xüsusiyyətlərimin qurbanı olmuşam. Təssüflər olsun ki, əsl həqiqətləri, doğruları isə məruzə edən, dilə gətirən yoxdur. Nəticədə mən bu gün qisas alınmaq üçün verilən şər, böhtan, uydurma, yalan və qərəz xarakterli məlumatların qurbanı olmuşam. Amma unutmayaq ki, hər şeyi görən, bilən Böyük Allah var!!!

Məruz qaldığım bütün haqsızlıqlara, qanunsuzluqlara, ədalətsizliklərə, ayrıseçkiliyə, mənəvi-psixoloji əzablara, təqiblərə görə prezident İlham Əliyevdən inciyə bilərəm, amma ona dönüçıxmaram, heç vaxt ona qarşı çıxanlardan olmaram.

Çünki mən yaşımın bu ahıl çağında, 28 illik sədaqətimə xəyanət edəsi deyiləm. Mənə veriləcək qanunsuz, ədalətsiz, cəzadan aslı olmayaraq mən nəvələrimə, nəsil- nəcabətimə, məni tanıyanlara belə miras heç vaxt qoymaram!

Digər tərəfdən bu göstərişi mənə cənab Prezident verdi, mən onun göstərişini icra etmişəm deyənlərdən də olmaram, heç bir vaxt da olmamışam. Nəzərə alsaq ki, son 28 ildə sıradan yox, müxtəlif rəhbər vəzifələrdə çalışmışan bir insan kimi heç kəsin bilmədiyi, eşitmədiyi lakin mənə məlum olan, mənim bildiklərim də yetərincədir. Bütübunlar da mənimlə qəbrə gedəcəkdir. Amma o da nəzərə alınmalıdır ki, bu qədər amansız-qəddar şəkildə qovulmaq da olmaz. İnanın ki, mən nə qovulmaq, nə də namərd olmaq istəmirəm!!!

 

Möhtərəm Məhkəmə!

Məhkəmədə iştirak edənlərin şahid olduğu kimi məhkəmə iclasları məhkəmə istintaqı başlayan gündən etibarən səhər saat 1000-dan məhkəmə iclası bitənədək təcili yardım maşının, onun tibbi personalının müşayəti ilə, bəzi günlərdə 2-3, hətta 4 dəfə səhhətimin ağırlaşması ilə əlaqədar təxirəsalınmaz tibbi yardımın göstərilməsi ilə həyata keçirilmişdir. Bu müddət ərzində bir çox hallarda, həkimlər məhkəmə iclasına getməyimi bir mənalı olaraq tövsiyə etməsələr də, mənim israrım tibbi sənədlərə qeyd olunmaqla, bütün məhkəmə iclaslarında nə qədər ağrılar keçirsəm də iştirak etmişəm.

Qısa da olsa sizə tarixi bir faktı xatırlatmaq istəyirəm: 1938-ci ilin elə yanvar ayında Sovet ordusunun polkovniki Mixail Yeqorov həqiqətlərdən bəhs edən bir raportu əsasında həbs olunaraq barəsində qanunsuz və ədalətsiz olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdır. Taleyin ironiyasına baxsaq görərik ki,  O da mənim kimi məhkəmə proseslərinə təcili yardım həkimlərinin müşayəti ilə gətirlərək və mühakimə  olunmuşdur. Lakin sonradan o həbsdə vəfat etsə də məhkəmədən 18 il sonra yəni 1956-cı ildə övladlarının şikayətləri əsasında Mixail Yeqorova bəraət hökmü  çıxarılanda ona qarşı bu qanunsuzluqları törədən müstəntiq Oleq Kuznetsov, ona cəza istəyən dövlət ittihamçısı İqor Vasilyev, qanunsuz hökmü çıxaran hakim Dmitriy Alekseyev təqaüddə olmaqlarına baxmayaraq hər biri 15 il azadlıqdan məhrumetmə cəzası almışlar. Ədalət gec də olsa zəfər çaldı!!!! Həyatda isə tarixin təkrarlanan təkərini  hələ heç kim dayandıra bilməmişdir.

Möhtərəm Məhkəmə!!!

  • Bundan əvvəl dediyim kimi, kimin haqlı olmağına, günahsız olmasına ədalətli qərarı Sizin verəcəyinizə qətiyyən inanmı Buna yaxın tarix qərar verəcəkdir. Mənim fiziki məhvimə yönəlmiş qəddar, qeyri-insani davranış o həddə çatmışdır ki, dözülməsi çox çətin olan dəhşətli ağrılarla yaşamağıma baxmayaraq, prokurorluq və məhkəmə tərəfindən 3 ay 12 gündür ki, mənim yanıma heç bir həkim buraxılmır, heç bir tibbi yardım göstərilmir. Baxmayaraq ki, səhhətimlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı mövcuddur.

XXI əsrin 21-ci ilində mədəni dünyada varmı 2-ci belə davranış, varmı belə növ işgəncə? varmı belə qeyri-humanistlik?

Baxın amansız münasibətin həddi o yerə çatmışdır ki, bundan əvvəlki, yəni 14.01.2022-ci il tarixində keçirilən məhkəmə iclasından əvvəl təcili yardım həkiminin mənim səhhətimdəki kritik vəziyyətlə bağlı məhkəmə zalına girməyimə etiraz etsə də, mən israrla məhkəmə iclasında iştirak edəcəyimi bildirdim. Həkim ən azından özünü qorumaq üçün bunları tərtib etdiyi arayışda qeyd etdi. Lakin həmin tibbi sənəd məhkəmə iclasından əvvəl alınmalı olduğu halda, məhkəmə iclası başa çatandan sonra müvəqqəti yaradılmış tibb otağında, mənim yanımda məhkəmə tərəfindən götürüldü. Bu da mənim AR Konsitutsiyasında təsbit olunmuş “Yaşamaq hüququm” “Tibbi yardım almaq hüququm”!? Mənə qarşı olan münasibətin dəqiq adını siz deyin, siz qoyun!!!!

Dünyada mənim də inandığım İlahi bir ƏDALƏT var! O, ən böyük gücdür! O, çarpanda həşeyi və hər kəsi yerlə yeksan edir!! Bunu heç kəs unutmasın!

 

Mən bu hüquqsuzluqlara, qanunsuzluqlara, işgəncələrə məruz qalmışam!!!

Mən bir dəfə bu zalda demişəm- Bu qədər əsassız, qanunsuz, sübutsuz, dəlilsiz, şahid ifadələri, bank-maliyyə sənədləri ilə təsdiq olunmayan, heç bir alqı-satqı müqaviləsində, humanitar layihələrrin kontraktlarında imzası olmayan qondarma ittihamlar verməkdənsə yaşadığım 5-ci mərtəbədəki evimə bir tankı, bir topu qaldırıb qoymaq çətinlik törədirdisə, onun maketini qoyub elə həmin hal şahidlərinin iştirakı ilə sənədləşdirmək daha “uyğun olardı”, daha “sübutlu” olardı nəinki bu qədər əziyyət çəkilərdi!!!

İndi isə buyurun söz Sizindir möhətərəm Məhkəmə!, mən isə haqqım olan bəraətimi tələb edirəm!!!

Gununsesi.info 

Oxşar xəbərlər
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:25, Bu gün
Forum başladı: İlham Əliyev mərasimdə iştirak edir -CANLI
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
07:47, Bu gün
ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub
07:46, Bu gün
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
07:25, Bu gün
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
07:13, Bu gün
İbtidai siniflər üçün yaz tətili başlayıb
07:00, Bu gün
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
06:55, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
06:37, Bu gün
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
06:16, Bu gün
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
GÜNLÜK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 12:58
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
30 Apr 2024 | 11:31
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
30 Apr 2024 | 11:25
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
30 Apr 2024 | 11:44
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
30 Apr 2024 | 11:22
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
30 Apr 2024 | 11:48
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 12:58
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
30 Apr 2024 | 11:31
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
30 Apr 2024 | 11:25
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
30 Apr 2024 | 11:44
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
30 Apr 2024 | 11:22
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
30 Apr 2024 | 11:48
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO