“Azərbaycan xalqının yanındayıq”
Qarabağ
3253
17 Nov 2021 | 20:54

“Azərbaycan xalqının yanındayıq”

 

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. 

 

Bununla bağlı Anadolu Yayıncılar Dərnəyinin rəhbəri Sinan Burhan Moderator.az-a açıqlamasında Azərbaycan xalqına baş sağlığı verərək Qarabağın əzəli Azərbaycan torpaqları olduğunu və nə olursa olsun bu reallığın dəyişmədiyini bildirib:


“Azərbaycan Ermənistan sərhədində baş verən insident bizləri də məyus etdi. Bu ixtişaş nəticəsində 7 şəhidimiz torpağa tapşırıldı. Bu bizi çok üzdü... Görünən odur ki, Ermənistan və onların arxasındakı qüvvələr bu müharibəni yenidən başlatmaq istəyirlər. Ancaq onu da bilsinlər ki, Qarabağ Azərbaycan, Azərbaycan da Qarabağdır. Qarabağ Türkiyə, Türkiyə də Qarabağdır. Düşmən nə edirsə etsin, bu reallıq dəyişməyəcək. Qarabaq Azərbaycanın bir parçasıdır, dünən də belə idi, sabah da belə olacaq.

Azərbaycan 30 ilə yaxındır işğal altında qalan torpaqlarını 44 gün içərisində geri aldı. Bununla da türkün gücünü və qətiyyətini göstərdi. Azərbaycan yalnız deyil və olmayacaq. Qardaş ölkə olaraq acınızı paylaşır, şəhidlərimizə Allahdan rəhmət diləyirik. Azərbaycan xalqının yanındayıq, dualarımız sizinlədir”.


Xəyalə Rəis
 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər