Şou-biznes
3546
17 Nov 2021 | 19:00

"O Səs Türkiyə" musiqi yarışmasında münsifləri heyran edən ifaçımız: “Bu yarışmaya təkcə özünü sınamaq istəyənlər qatılmır”

 

 

Azərbaycan şou-biznesinin ən çox tanınan opera müğənnisi Ülvi Qılınc yeni addımı ilə Türkiyədə də diqqət çəkməyi bacarıb. Sənətçi Türkiyənin dünyaca məşhur "O Səs Türkiyə" musiqi yarışına qatılıb. Elə ilk səhnə performansı ilə diqqətləri üzərinə çəkən Ülvi Tv8-də yayımlanan müsabiqədə iştirak edib. Layihədə İtalyan musiqisi ifa edən Ülvi Qılınc münsiflər heyətlərini təəccübləndirməyi bacarıb.

 
Moderator.az-a təəssüratlarını bölüşən Ülvi Qılınc onun bu layihədə iştirakının böyük maraqla qarşılandığını bildirib:

 

"Münsiflər heyətlərinin diqqətinə səbəb olmaq, həm də insanların əhvalını, halını xoş etmək gözəl hissdir. "O Səs Türkiyə" musiqi yarışmasına təkcə özünü sınamaq istəyənlər qatılmır. Bu yarışmadan Türkiyənin ən məşhur ifaçısı İrəm Dərici çıxıb, hazırda Türkiyənin ən məşhur ifaçısıdır. O, müğənni olaraq müsabiqəyə qatılıb. Türkiyənin ən məşhur müğənnisinin  İsraildə keçirilən “X Factor” musiqi yarışında çıxışından sonra düşündüm ki, nə mənası var ki, məşhur oldun yoxsa qeyri məşhur. İştirak etdiyim layihədə çıxış videom 2-3 gün ərzində izlənmə rekoru qırıb. Demək ki, mən də bir maraq doğurmuşam. İstəyim birinci olmaqdır”. 

İfaçının mahnı yarışmasında məhz İtalyan mahnısı ifa etməsi sosial şəbəkələrdə birmənalı qarşılanmamışdı. Mövzu ilə bağlı danışan Ülvi Qılınc qeyd etdi ki, o arenada  Qarabağa aid mahnı oxuya bilməzdi: 


“Bu şou xarakterli verilişdir. Bu layihədə səsələndirəcəyimiz mahnıları özləri seçirlər. Mən bu layihədə ifa etmək üçün 5-6 mahnı təklif etdim. 


Əgər Azərbaycan diasporası bu işlə məşğul olsaydı, məni beynəlxalq tədbirlərə, konsertlərə göndərsəydilər o zaman bu istiqamətdə mahnılar səsləndirərdim.  “O Səs Türkiyə” şou xarakterli olduğu üçün bu mahnı seçildi. Burada sən mahnını deyil, performansını göstərirsən. 
 Qarabağa aid mahnı deyirsiniz, biz o mahnıları indi Qarabağda səsləndirməliyik. Hansı ki, bu işə bizdə Mədəniyyət Nazirliyi baxır. Məni kim Qarabağa dəvət etdi ki, mən getmədim? Bütün müğənniləri yığıb apardılar... Mənim ana tərəfim Şuşadandır, İbrahim Xəlil xanın soyundanıq. Mənim səsim də genetik olaraq oradan gəlib”.

 


 
Xəyalə Rəis 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər