Arzu Səmədbəyli mütəfiqlərini qınadı
Oxunub: 4433
30 Dec 2013 | 08:58
Arzu Səmədbəyli mütəfiqlərini qınadı



Moderaor.az Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəylinin "Yeni Müsavat" qəzetinə müsahibəsini təqdim edir:

Dünya azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili ərəfəsində nəinki dünya azərbaycanlıları, nəinki Azərbaycanda yaşayan fərqli düşüncə və fikir sahibləri, hətta Milli Şura çətiri altında bir araya gəlmiş müxalifət təmsilçilərinin də birliyini, həmrəy olduğunu görməmək çox ağrılıdır. Situasiyanı Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli ilə dəyərləndirdik. Sabiq millət vəkilindən ilk olaraq başa çatmaqda olan 2013-ün yaddaqalan hadisələri barədə soruşduq:

- Bu ilin hadisələri sırasında şübhəsiz ki, mənim dairəmdəki Elşad Abdullayevin mandat bazarlığı haqda yaydığı videolar və “Gülərqeyt əməliyyatı” ilə bağlı proses öndə gəlir. Seçki ili olduğundan 2013-ün qaynar keçəcəyi bəlli idi. Həm də çox gərgin il oldu. İl İsmayıllı olayları ilə başladı. Əsgər ölümlərinə etirazlar, aprel aksiyaları və sonrakı dönəmdə müxalifətin seçki ilə bağlı toparlanması və düşərgənin bir araya gələrək vahid namizədi müəyyən etməsi istiqamətində səyləri də ilin hadisələrindən oldu. Təbii olaraq il çox gərgin keçdi. Seçkilər isə əvvəlki seçkilərdən heç nə ilə fərqlənmədi, saxtalaşdırıldı. Fərq yalnız bu oldu ki, əvvəlki seçkilərdə seçki adına imitasiya var idisə, bu seçkidə onu görmədik. Sanki bu, seçki yox, yenidən qeydiyyatdan keçmə prosesi idi. ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları Bürosunun seçki saxtakarlığı ilə bağlı ortaya qoyduğu faiz nisbəti də onu göstərir. İndiyə qədər Azərbaycandakı seçkilərdəki saxtakarlıq göstəricisi ilə bağlı 50 faizdən yuxarı rəqəm eşitməmişdik. Bu dəfə bu faktın da şahidi olduq. İndiyə qədər istər ölkənin daxilində, istər xaricdə müxalifətin qələbə qazanmamasının səbəblərindən biri kimi guya müxalifətin dil tapıb bir araya gəlməməsi, vahid namizəd müəyyən etməməsi, yaxud siyasi liderlərin ambisiyalarından geri çəkilməməsi və bir-birinə güzəştə getməməsi bəhanə kimi göstərilirdi. Bu seçkidə bütün bu variantlar aradan qalxdı. Seçkidə iştirak məsələsində fikir ayrılığı olan partiyalar da sonralar bir araya gəldi və seçkidə birgə iştirak qərarı verdi. Sonrakı nəticələr də hamıya məlumdur.

- Sizcə, uğursuzluğun, seçkinin ənənəvi nəticəsinin dəyişməməsinin əsas səbəbi nə oldu?

- Bu faktdır ki, qalibləri mühakimə etmirlər. Müxalifət bir araya gələndə gözlənilirdi ki, bunu istəyən xalq müxalifətin qələbə çalmasını arzulayan, amma özünün passivliyinə düşərgənin guya vahid namizəd ətrafında birləşməməsi ilə haqq qazandıran insanlarımız bütün bu bəhanələr aradan qalxdıqdan və qüvvələrin Cəmil Həsənli kimi ləyaqətli, cəmiyyətdə çox tanınan və hörmət olunan bir alimin ətrafında toparlanmasından sonra fərqli davranacaq. Amma çox təəssüf ki, böyük əksəriyyət yenə passiv qaldı, seçkidə iştirak edənlərin faizi 20 faizdən o yana getmədi.

Yəni yenə də bu xalqı səfərbər edib seçkiyə gətirmək mümkün olmadı. İllərdir seçkilərin saxtalaşdırılması və hakimiyyətin avtoritar üsul-idarə ilə xalqı bu duruma gətirməsi nəticəsində əhali seçkiyə aktiv şəkildə qatılmadı. Amma seçkiyə gələnlərin də böyük əksəriyyəti Cəmil Həsənliyə səs verdi.

- Seçkinin nəticələri artıq qəbul olunub. Ancaq qəribəsi odur ki, müxalifət ilin sonunda yenə də münasibətlərin sıfır nöqtəsinə qayıtmaqdadır. Nə baş verir, bölünməyən nələr var ki, qarşılıqlı ittihamlar səngimir?

- Biz Müsavat olaraq təklif etmişik ki, bir araya gələk, nüfuzlu ziyalılarımızdan biri, Milli Şura ideyasının həyata keçməsində əməyi olan, obyektiv, subyektiv səbəblərdən Azərbaycana gələ bilməyən Rüstəm İbrahimbəyovu yola salaq, Cəmil Həsənlini sədr seçək, ondan sonra oturaq bu vəziyyəti müzakirə edək.

Biz seçkilərdə qalib gəlsək belə, bunu reallaşdıra bilmədik. Xalqın böyük əksəriyyətini inandırıb seçkiyə gətirsəydik, bəlkə mənzərə bir az dəyişik olardı. Biz istəyirdik ki, geniş müzakirələr aparıb bu vəziyyətdən çıxmanın yollarını arayaq. Biz Rüstəm İbrahimbəyovun Milli Şuradakı fəxri sədrliyini qəbul etmədik, bunun da səbəbləri deyilib. Çox təəssüflər olsun ki, biz təpkilər gördük, Müsavatı guya Milli Şuranı dağıtmaqda, onun fəaliyyətini zəiflətməkdə suçlayan insanlar oldu.

- AXCP həm ittiham edir, həm də Müsavatla birləşmək qərarına sadiq olduğunu bildirir. Bunu necə başa düşmək olar?

- Söz və şüar kimi çox cəlbedicidir. Əgər biz normal əməkdaşlığı bacarmayacağıqsa, bu birliyə gedən yolda müttəfiq ola bilməyəcəyiksə, hələ birliyə qədər əməkdaşlıq və müttəfiqliyi normal bacarmayacağıqsa, havada necə birlik əmələ gələ bilər? O birliyin alınması üçün bir yerdə normal əməkdaşlıq etməlisən, müttəfiq olmalısan. Bu da artıq zaman tələb edir. Bu gün birlik şüarı əməkdaşlıqdan yayınma kimi görsənir.

- Bəlkə hansısa qüvvələr superpartiya yaradıb sonra onu parçalamaq layihəsi üzərində işləyir, bu, mümkün haldırmı?

- İndi elə bir dövrdür ki, kim nə sözü deyirsə, siyasi prosesdə aktiv olan insanlar tərəfindən dərhal doğru-dürüst yorumlanır. Bizim normal əməkdaşlığımız və iki təşkilatın müttəfiqliyi olmayacaqsa, bu birləşmə necə həyata keçirilə bilər? Bu ittihamlar, qarayaxmalar şəraitində necə birləşmək olar? Bu, mümkün deyil axı.

- Arzu bəy, Məclis sədri olaraq siz də ikitərəfli görüşlərdə iştirak edirsiniz. O görüşlərdə də bu sayaq ittihamlar səslənir, yoxsa üzbəüz müzakirələr ittihamsız keçir, yaxud olursa hansı arqumentlər gətirilir?

- Təbii ki, görüşlərin detallarını danışmaq fikrində deyiləm. Amma səmimi deyirəm ki, görüşdüyümüz bütün təşkilatlar və ziyalılarla, gənclərlə çox açıq müzakirələr aparılmasını təklif etmişik. Məncə, müzakirələr çox faydalı keçib və müzakirələrin davamı olacaq. Milli Şura var ikən bu müzakirələrin nəyə gərək olduğu sualı da yaranır. Ancaq Milli Şurada fərdlərin iştirakından söhbət gedir, partiyaların yox. Müsavat Məclisinin 160-dan çox üzvü var. Amma Milli Şurada 16 nümayəndəmiz var. Çox təcrübəli, savadlı, təcrübəli insanlarımız bu proseslərdən kənarda qalıb. Axı Milli Şura partiyalarüstü bir təşkilat deyil. Ona görə də biz Milli Şuraya daxil olan aparıcı qurumlarla ikitərəfli münasibətlərimizi nizama salmaq, aydınlıq gətirmək, əməkdaşlıq, müttəfiqlik etmək üçün danışmağı təklif etmişik. Milli Şuranın güclənməsində maraqlı olan hər kəs bu prosesi dəstəkləməlidir. Ancaq əks münasibət olacaqsa, əməkdaşlıq və müttəfiqlikdən boyun qaçırılacaqsa, Milli Şurada bizim səmimi birliyimiz necə baş tuta bilər? Bu, absurd görünür axı.

- Milli Şuranın fəaliyyətinə xitam verib yeni birlik düsturu üzərində düşünmək variantı barədə nə deyə bilərsiniz?

- Açığı, həm Milli Şurada qalmağın, həm də çıxmağın tərəfdarı olanlar var. Amma biz bütün bu məsələləri müzakirə edəndən sonra son nəticəyə gələcəyik. Müsavat olaraq biz bütün bu prosesdə səmimi və var gücümüzlə iştirak etmişik. Milli Şura prezident seçkiləri ilə bağlı qurulmuşdu. Qarşıdan isə bələdiyyə, parlament seçkiləri gəlir. Milli Şura indiki strukturu ilə bu seçkilərdə necə iştirak edəcək? Bu qurum vahid namizədin qəbul olunması üçün yaradılmışdısa, indi fərqli bir proses gəlir, bunu nəzərə almaq lazımdır.

- 2010-cu il parlament seçkilərində seçki qapını kəsdirdiyi anadək AXCP və Müsavat arasında vahid namizədlərin müəyyən olunması ilə bağlı mübahisə və müzakirələr aparıldı, bəzi dairələrdə hətta sonadək razılaşma əldə olunmadı. Belə olan təqdirdə Milli Şura çətiri altında qarşıdakı seçkilərdə razılaşma nə qədər real görünür? Bəlkə enerjinin əbəs xərclənməsindənsə, normal ayrılıq daha düzgün yol olardı.

- Bəy, siz də bizim bu proseslərdə aktiv üzvlərimizdənsiniz və 2010-cu ildəki seçki prosesinə də namizəd kimi qatılmısınız. Biz bu cür halları görmüşük və çətinlikləri bilirik. Amma mən sizi inandırıram Milli Şurada olan bir çox insanlar nə bu prosesdə olub, nə də çətinliyi görüb. Ona görə də bunun məsuliyyətinin nə demək olduğu bir az çətin anlaşılır. Biz isə məsuliyyətimizi də bilirik, prosesin hara getdiyini də. Biz etiraf edirik ki, hakimiyyət nəticələri saxtalaşdırsa belə, indiyə qədər almadığı zərbələri aldı. Hakimiyyətə qarşı indiyə qədər olmayan təpkilər var və bu, davam edir. ATƏT-in yekun rəyində də bu, bir daha təsbit olundu. Qarşıda hakimiyyəti heç də yaxşı proseslər gözləmir. 2015-ci ildə parlament seçkisidir, eyni zamanda qarşıda Avropa oyunları var. ATƏT-in yekun rəyində də vəziyyətin, Seçki Məcəlləsinin dəyişməsinin zəruriliyi bir daha təkrarlanır. İndiyə qədərki vəziyyətlə 2015-i adlamaq çox çətin olacaq. Bu, dünya ilə üz-üzə qalmaq deməkdir. Yəqin ona qədər bir çox şeylər dəyişəcək. Məlumatımıza görə, hətta proporsional sistemin bərpası və Konstitusiya dəyişikliyinə müəyyən hazırlıqlar gedir. Amma dəyişmə zorundadırlar, mütləq dəyişəcəklər. Belə bir şəraitdə hər bir məsələ ölçülüb-biçilməlidir. Hər mərhələ üzrə faydalı istiqamətdə işlər görülməlidir. Milli Şura var, hamı bir yerə yığışıb deyə, sanki arxayınçılıq yaranıb, ayda bir-iki dəfə yığışıb-danışdıq, ayrıldıq, məsələ bitdi... Bununla vəziyyəti dəyişmək mümkün deyil. Ona görə də bu narahatlıqları siyasi çevrələrlə, ictimai təşkilatlar, ziyalılar, cəmiyyətlə bölüşürük, partiya daxilində, Müsavat rəhbərliyində də müzakirələr davam edir. Eyni zamanda fikrimiz budur ki, Milli Şuraya daxil olan və olmayan insanlarla, ziyalılarla, ictimai rəy sahibləri ilə bu məsələləri müzakirə edib doğru-düzgün qərara gələk. Bizim məqsədimiz budur və buna görə bizi heç kim ictimai qınaq obyektinə çevirə bilməz. Cəmiyyət kimin nə dediyinin fərqindədir. Seçkidə iştirak da Müsavatın istəyinə və israrına uyğun olaraq baş verdi, vahid namizəd məsələsində də Müsavatın mövqeyinin doğruluğu ortaya çıxdı. İsa bəy vaxtilə Rüstəm İbrahimbəyovun riskli namizəd olduğunu və ehtiyat namizəd üzərində düşünməli olduğumuzu deyəndə də ittihamlara tuş gəlmişdik. Təsəvvür edin ki, biz seçkidə iştirak etməyəydik, o zaman ATƏT 58 faizlik pozuntu faktını hardan görəcəkdi? Hakimiyyət çox rahat şəkildə seçkini keçirəcəkdi  və onun qalibiyyəti çox da böyük şübhə doğurmayacaqdı. Seçkidə iştirak bu saxtakarlıqları üzə çıxartdı və hakimiyyəti beynəlxalq aləmdə çıxılmaz duruma saldı. Bütün bunlar Müsavatın israrı nəticəsində baş verib. Müsavat kimin nə deməsindən asılı olmayaraq doğru bildiyini deyir, prosesi aparır, bundan sonra da belə olacaq. Hərçənd Müsavata qarşı çamurlar atılır, ittihamlar irəli sürülüb. Amma bunlar əks effekt verir. Çünki cəmiyyət kimin kim olduğunu, nə məqsəd güddüyünü yaxşı bilir. İlk olaraq namizədliyini irəli sürən partiya başqanı öz namizədliyindən ümumi düşərgənin xeyrinə imtina edib və ziyalı namizədi dəstəkləyib. Təşkilat da var gücü ilə həmin namizədin seçki kampaniyasını aparıb. Bu fakt qəbul olunmalıdır, yoxsa ittihamlar, qarayaxmalarla heç yerə gedib çıxmaq olmaz. Bu vəziyyət də bizim işimizi ləngidir.

- Belə görünmürmü ki, bu gün müxalifətin hakimiyyət yox, elə müxalifət problemi var?

- Bəli, elə görünür. Allah rəhmət eləsin özünü yandıran Qarabağ qazisinə, dünyasını dəyişdi. Amma cəmiyyətdə bir hərəkət, tərpəniş yoxdur, varsa da çox passivdir. Əslində bir ölkədəki vəziyyəti dəyişə biləcək, hakimiyyətin dəyişəcəyinə səbəb ola biləcək hadisə  verib. Çox təəssüf ki, süstlükdür, bir neçə təşkilatı çıxmaq şərtilə, çox böyük kəsimdən ciddi reaksiya yoxdur. Bu da təbii ki, iqtidarın xeyrinə işləyir. Hakimiyyətin işinə yarayır. Bütün bu enerji bir yerə toplansa, hansı mərhələdə nəyi necə edəcəyimizi edə bilsək, daha sistemli mübarizə sərgiləyəcəyik və hakimiyyət də bu məsələlərə cavab verməli olacaq. Gördüyünüz kimi, hakimiyyət arxayın şəkildə Yadigar Sadıqova etmədiyi cinayətə görə 7 il iş istəyib. Bu insanı məhz fəallığına görə həbs ediblər. Yaxud seçkidən dərhal sonra Anar Məmmədlini tutub içəri atdılar. ABŞ-dan tutmuş, beynəlxalq təşkilatlara qədər çox ünvanlardan qınaqlar gəlir, hakimiyyət isə öz işindədir. Çünki cəmiyyətin təpkisi, müqaviməti lazımi qədər deyil. Məsuliyyəti təkcə müxalifətin üzərinə qoymaq olmaz. Yaxud bahalaşma əleyhinə mitinq oldu. Həmin gün Ukraynada - Maydanda mitinq gedirdi. Müqayisə olunmayacaq qədər fərq var idi. Ukraynada ayrı-ayrılıqda 3 təşkilat eyni amal uğrunda mübarizəyə qalxıb. Orda xalq ittiham etmir ki, siz niyə birləşmirsiniz. Bizdə isə insanlar nəinki Avrointeqrasiya, hətta öz büdcəsinə təsir edə biləcək bahalaşma qərarı ilə bağlı da etiraz səsini ucaltmır. Bunu görən hakimiyyət də arxayındır. Yəni xalqın bunu bilməsi lazımdır ki, hər kəs öz-özünə hesabat verməlidir ki, mən bu mübarizəyə nə verdim, vəziyyətin dəyişməsi üçün nə etdim. Hakimiyyət müqavimət, xalqın etirazını görmürsə, təbii ki, eyni siyasəti davam etdirir və gedir. Odur ki, hər bir insan özünə hesabat verməlidir.


Oxşar xəbərlər
23:38, Bu gün
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
23:37, Bu gün
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
23:07, Bu gün
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
22:56, Bu gün
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
22:55, Bu gün
Norveç Ukraynaya yardımı artıracaq
22:22, Bu gün
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
22:03, Bu gün
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
21:39, Bu gün
Sumqayıtda zavodda yanğın başlayıb
21:16, Bu gün
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
21:08, Bu gün
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
20:57, Bu gün
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
20:53, Bu gün
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
20:36, Bu gün
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
20:36, Bu gün
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
20:34, Bu gün
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
GÜNLÜK
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI