Cəbrayılın gələcəyi – Onu belə görmək istəyirik...
Oxunub: 1830
22 Jun 2021 | 00:35
Cəbrayılın gələcəyi – Onu belə görmək istəyirik...
Cəbrayıl təkcə faydalı qazıntı yataqları ilə zəngin olan ərazi deyil. Azərbaycan tarixində izi olan görkəmli şəxsiyyətlərin adlarını da əbədi yaşadan ərazidir. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Cəbrayılın işğaldan azad olunmasına Şuşa qədər xüsusi önəm verirdi. Onun bir çox çıxışlarında Cəbrayıl adı xüsusi vurğu ilə çəkilirdi. Çünki o, yaxşı bilirdi ki, Azərbaycan xəritəsində Cəbrayıl necə həssas bir ərazidir.
Mənim düşüncəmə görə Cəbrayıl rayonu bir çox cəhətdən dünya xəritəsində Azərbaycanın ən həssas nöqtəsi kimi işarələnib. Geoloji və siyasi baxımdan həmişə diqqət mərkəzində olan ərazi erməni vandalları tərəfindən Qarabağın ən qəddarcasına talana məruz qalmış bölgələrindən biridir. 10.000 hektarlarla meşə zonası məhv edilmiş, florası və faunası insanları kimi birmənalı şəkildə genosidə məruz qalmışdır.
Öz yaşıdlarım üçün deyirəm ki, taleyin bizə bəxş elədiyi ən böyük mükafat budur ki, biz Qarabağın və o cümlədən də, Cəbrayılın işğaldan azad olunmasını görə bildik. Bu həsrəti qəlbində, varlığında daşıyaraq dünyadan köçmüş qarabağlıların-cəbrayıllıların hər birinə rəhmət diləklərimizi əsirgəmirik.
Ali Baş Komandanın qətiyyətli mövqeyi və sərrast sərkərdəlik məharəti ilə qələbə sevincini yaşamaq qismətimizə düşdü. Azərbaycan ordusu zəfər yürüşü ilə xalqımızın həsrətinə son qoydu. Doğrudur, şəhidlər verdik, canının sağlamlığını itirən çoxlu sayda qazilərimiz var. 
Yeri gəlmişkən, dövlətimizin qayğısı ilə Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində Qarabağ müharibəsi-Cəbrayıl şəhidləri muzey filialının da yaradılmasına, zənnimcə, ehtiyac olacaq.
Cəbrayıl kifayət qədər abad olan şəhər, qəsəbə və kəndlərə malik bir rayon idi. Rayon ərazisinin bərbası məsələsi kifayət qədər müxtəlif rəyli ola bilər. Mən sadəcə öz düşüncələrimi qeyd edirəm. 90-dan yuxarı kənd, 4 qəsəbə və 1 şəhəri yenidən necə bərpa etmək məsələsində indi 80000 nəfərə yaxın rayon sakininin rəyi eyni ola bilməz. Hər halda, bu məsələdə ictimai rəy nəzərə alınmalıdır.
Mən "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinə xüsusi önəm verirəm.
Çox arzulayardım ki, Cəbrayıl şəhəri baş planı işlənməklə xüsusi layihə əsasında bərpa olunsun. Şübhəsiz, mərkəzi küçələr çoxmərtəbəli binalarla, ictimai obyektlərlə, inzibati strukturu əhatə edən obyektlərlə təchiz oluna bilər. 
Fərdi evlərin tikintisi və bu evləri müəyyənləşdirən küçələr sərt planla tənzimlənməlidi və bu zaman ayrı-ayrı ərazilərdə Cəbrayılın məhəllələrinin yenidən yerləşdirilməsi tarixi baxımdan mütləq nəzərə alınmalıdır: Mirzəcanlı məhəlləsi, Qalalılar məhəlləsi, Yarəhmədli, Qurbantəpə, Şahvələdli, Xələfli, İmambağı, Xudaverdili, Xubyarlı...  və s.(hansı məhəllənin adı yadıma düşməyibsə, qeyd etməmişəmsə, oxuculardan üzr istəyirəm).  
Burada uzun müddət diqqətdən kənarda qalan bir məqama da diqqəti cəlb etmək istərdim. Söhbət məşhur Cəbrayıllı tayfasından gedir. Bu tayfa haqqında etnoqraf Ənvər Çingizoğlu geniş bilgi verə bilər. Cəbrayıllı tayfasının qalıqları var. Şıxlar kəndində yaşayan Abasqulu uşağı özlərini Cəbrayıllı tayfasının varisləri bilirlər. Cəbrayıl Ata adı bizim üçün mühüm əhəmiyyət kəsb etməlidir. Zənnimcə, insanlar nisbətən dədə-baba məhəllələrinə uyğun yerləşdirilsə narazılığa çox az yer qalar. 
Cəbrayıl şəhəri kifayət qədər zəngin tarixə və çox dəyərli tarixi abidələrə malik bir bölgənin mərkəzi idi. Cəbrayılın tarixini İsam dövrü ilə bağlamaq təkcə mübahisəli deyil, həm də kobud səhvdir. Düşmənlərimiz də elə bunu istəyir. Soltan Əhməd adı islamdan bəriki dövrə xasdır. Cəbrayıl Ata adını tarix özü bizim üçün qoruyub. Arxeoloqlar və tarixçilər Cəbrayıl məqbərəsini asanlıqla tədqiq edər və abidənin qədim Albaniya dövrünün  sakini, yadigarı olduğunu sübut edərlər. Ona görə də birinci növbədə Cəbrayıl şəhərinin adının sahibi olan Cəbrayıl Ata (V-VII əsrlər) məqbərəsi xüsusi dövlət qayğısı ilə bərpa olunmalı və Cəbrayıl ərazisinin turist marşrutuna daxil edilməlidir. Heç də Cəbrayıl Ata məqbərəsindən geri qalmayan Ağoğlan məbədi də (Şahvələdli kəndindən yuxarıda), Qurbantəpəsi, Soltanəhməd hamamı, Qaradaş kimi tarixi abidələr də xüsusi dövlət qayğısı ilə işarələnməli, bərpa olunmalı, Cəbrayıla gələn turistlərin marşrutuna daxil edilməlidir. 
Kəhrizlər və bulaqlar haqqında danışmazdan əvvəl Cəbrayıl şəhəri üçün həyat mənbəyi olan 4 kəhrizin adını bəri başdan çəkmək istərdim: Hüseynağa kəhrizi, Məhəmməd bəy kəhrizi, Çinar kəhrizi və Ağsaklar kəhrizi. Bu kəhrizlərin hər biri həm qədim dövrlə, həm də Qarabağ tarixi ilə bağlıdır. Xüsusilə, Hüseynağa və Məhəmməd bəy kəhrizləri Qarabağın Cavanşirlər nəslinin yadigarı kimi Cəbrayılda yaddaşların əzizi idi. Demək, ilk övbədə Cəbrayıl şəhərinin abadlığı naminə bu 4 kəhrizin həyata qaytarılmasından başlamaq daha vacibdir. Bəli, Cəbrayıl ərazisi məşhur bulaqlar və kəhrizlər məkanı idi. Biz işğal zamanı dərk etdik ki, həmin sular xalqın çox dəyərli sərvəti olmaqdan başqa, adlarına və işlənmə texnikalarına görə tariximiz üçün xüsusi əhəmiyyət daşıyıb. Cəbrayılda 112 adlı kəhriz və bəlkə bundan da çox adlı bulaqlar var idi. Şübhəsiz, düşmən bu kəhrizləri barbarcasına məhv edib. Baxımsızlıqdan bulaqlar quruyub. Ona görə də 112 kəhrizin (bu barədə mən əvvəllər mətbuatda geniş şəkildə yazmışam; hər bir kəhrizin adı, yerləşdiyi yer, su tutumu və s. barədə) hər biri tarixi abidə kimi bərpa olunmalıdır. Bu sırada, şübhəsiz, adlı bulaqlar da xüsusi əhəmiyyət kəsb edir.
Mənim düşüncəmə görə, Xudafərin su qovşağının və Qız Qalası su qovşağının tikintisi ilə bağlı olaraq həmin ərazilərə yerli sakinlərin qayıtması mümkün deyil. Həmin ərazilər Aşağı Xələfli (Xələfli qəsəbəsi), Xudafərin qəsəbəsi, Qumlaq kəndləri və Qumlaq qəsəbəsini əhatə edirdi. Ona görə də bu yaşayış məskənlərinin tarixi iş yerləri və həyat şəraitləri dəmir yol xətti ilə bağlı olduğundan Diri dağının şimal üzündə - Gəyən düzündə Xudafərin adlı qəsəbə (bəlkə də şəhər) salmaq daha məqsədəuyğun olardı.
Yeri gəlmişkən, Diri dağının xüsusi tarixi abidələr məkanı olduğunu da burada yaddan çıxarmaq olmaz: Qız Qalası, Qurbaninin məzarı, Mazannənə türbəsi və yaxınlıqdakı məqbərə. Digər tarixi abidələr də var. Mən, xüsusilə, bərpası vacib olan abidələrin adlarını qeyd edirəm. Bu sırada, əlbəttə, Qurbaninin abidəsi və məqbərəsi haqqında ayrıca düşünməliyik. Yəqin ki, Maralyan kəndində ilk saz tutub sazla söz deyən maralyanlı Aşıq Pərinin qəbirüstü abidəsi də unudulmayacaq.
Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət kəsb edən Xubyarlı türbələri, Şıxlar türbələri, Şıxlarda şəhərgə ərazisi, Dağ Tumasda Başıkəsik künbəz, Sirikdə Tey qalası, Çələbilər kəndindəki məscid- məbədlər, Hacı Qaraman türbəsi və həmin ərazilərdəki digər abidələrin bərpası, turist marşrutuna daxil edilməsi bir çox cəhətdən əhəmiyyətlidir. Hələ Minbaşılıdan tutmuş Hovuslu, Qalacıq kəndlərini keçməklə vadi boyu az qala möhtəşəm Sirik istirahət düşərgəsinə qədər düzülmüş kurqanlar eradan əvvəl 3-5-ci minilliklərin yadigarları hansı qonağın, turistin qəlbini həyəcana gətirməz. Sirik meşələri, bulaqları, təbiəti dünyanın kurort yerləri ilə rəqabət gücündə deyilmi...
Cəbrayıl ərazisində Divlər sarayı adlanan təbii-arxeoloji abidə var idi. Bu abidə əslində mağara abidədir və heç şübhəsiz, Azıx mağarası ilə yaşıddır. Elə həmin abidənin adına Divlər mağarası da deyirdilər. Quşçular kəndinin üstündə - Qızılqaya adlanan zirvədə siklop (siqion) tikililəri də məşhur idi. Xüsusilə bu abidələrin nəzarətə götürülməsi, bərpası, turist marşrutuna daxil edilməsi Cəbrayılın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edərdi. 
Mənim doğulduğum Xələfli kəndi Cəbrayıldan cənub-qərb istiqamətində, dağların zirvəsində yerləşirdi. Rayoun mərkəzindən 8 km-lik məsafədə olsa da, iqliminə görə, dəniz səviyyəsindən yüksəklik baxımından Araz qırağı ərazidən çox fərqlənirdi. Kəndimiz Kiçik Qafqaz sıra dağlarının Qarabağ silsiləsinə aid olan Gordubaba və Xələf dağlarının arasında yerləşirdi. Çoxlu adlı bulaqları vardı: "Korbulaq" (bəlkə Gur bulaq) suyu ilə kəndin bağ-bağat, tərəvəz əkinlərini təmin edirdi. Gecə vaxtı az qala bir 1 km-lik məsafədən bulağın şırıltısı eşidilirdi. Təhnəsi, novu hardansa uzaqlardan gətirilmiş qiymətli daşlarla ərsəyə gəlmişdi. "Kor bulaq"dan yuxarı güneydən xüsusi boru ilə çəkilib gətirilmiş İbrahimli məhəlləsinin "Güney bulağı", məşhur "Vəli bulağı" da suyunun keyfiyyətinə görə çox dəyərli hesab olunurdu. Bu bulaqların da, bərpa olunmaqla  istifadəyə qaytarılması vacibdir.
Xələfli kəndində ikinci məşhur bulaq bizim evimizin də lap yanında olan bulaq - "Şirvan bulağı" adlanırdı. Ən azı 300 illik tarixi vardı. Təhnəsi, novu və əhatəsi üçün qara, şumal, yonulmuş qiymətli daşlar Qarabağın harasındansa buraya car-carla daşınıb gətirilmişdi. Novu əhatə edən daşlar, təhnənin özü, novun qabağına düzülmüş üzlük daşlar iri sal qara mərmərlərdən ibarət idi. İndi bu bulaqları necə tarixi abidə hesab etməmək olar? Adları var idi, uzaq və zəngin keçmişləri var idi, daşlar üzərində sənətkar əlinin izləri var idi. "Mirin qozu", "Mirzə suyu" bulaqları da əvəzolunmaz maddi sərvətlərimiz sırasındadır. Artezian quyuları vurmaqdansa bulaqları həyata qaytarmaq daha vacibdir.
Üzü Tatar və Quşçular kəndlərinə gedən yolun üstündə məşhur "Şəkər  xatun" bulağı adı dastanlar bəzəyi abidə bulaq idi. Həmin bulağın tarixi ilə səsləşən əfsanəni əsas tutaraq bir poema da yazmışam. Yaxud müalicəvi əhəmiyyəti olan məşhur "Cingir bulağı". Şahvəllidə idi. Mineral bulaq haqda  bir əfsanə-hekayə də yazmışdım. Bu olub 1980-ci illərdə. Bəli, tarixi uzaqda axtarmaq lazım deyil. Nə isə...
Xələfli kəndinin mərkəzində "Xələf piri" adlanan ziyarətgah yəqin ki, orada doğulub böyüyənlərin heç birinin yadından çıxmayıb. Düşünürəm ki, həmin ziyarətgah-məqbərə də bərpaya möhtacdır.
Təkcə Xələfli kəndinin yox, bütün Qarabağın, o cümlədən, Cəbrayılın qəbiristanlıqları da dağıdılıb. Yəqin ki, bu barədə əlaqədar təşkilatlar da düşünəcəklər. Ən azı, həmin qəbiristanlıqlarda erməni vandallarının əməllərini ifşa edən sadə yaddaş abidələri də qoyula bilər.
Bir daha mübahisəli olacaq məsələyə qayıtmaq istərdim. "Ağıllı kənd" layihələri dərələrdə, vadilərdə, 3-4 evdən ibarət olan kəndləri birləşdirmək baxımından faydalı olardı. Yenə də məhəllə, qonşuluq, qohumluq münasibətləri baxımından yerləşdirmə sakinlər üçün daha münasib olardı. Əlbəttə, vəziyyət düzəldikcə, şərait yaxşılaşdıqca, insanların şəhərdən axınını təmin etdikcə tavanalı insanlara ata-baba mülklərinin yerində yay-yaylaq evləri, bir sözlə, dədə-baba mülklərinin bərpası üçün də şərait yaradılması mümkün hesab oluna bilər.
Cəbrayıl saz-aşıq yurdunun tarixi beşiyidi. Azərbaycanın ilk saz-qopuz tutan sənətkarı Dirili Qurbanidir. Və onun tarixi məkanı Diri dağında Qız Qalası yaxınlığındakı Diri kəndidir. Təsadüfi deyil ki, sənətkar öz adında Dirili sözünü yaşadır. Biz Dirili Qurbani deyirik.
Cəbrayılda Diri dağı əbədiyaşarlıq məskəni hesab olunurdu. Buradakı qədim yaşayış məskənlərinin, "Şirə Daşı"nın qədim bağlarının çoxəsrlik yaşı vardır. Ümumiyyətlə, Diri dağı ən gözəl, ən dəyərli turist marşrutu ola bilər.
Cəbrayıl rayonunda işğala qədər Diridağ folklor ansamblı fəaliyyət göstərirdi. Şahvəlli kəndində tanınmış mədəniyyət işçisi Hüseyn Əliyevin rəhbərliyi ilə Çahargah muğam ansamblı yaradılmışdı. Həmin ansambl vaxtılə SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanları ilə təltif olunmuşdu. Cəbrayıl rayon Mədəniyyət Evinin nəzdində dram yaradıcılıq evi, o cümlədən, Çinar rəqs ansamblı, Abbasovlar ailə ansamblı fəalliyət göstərirdi. Böyük Mərcanlı kənd Mədəniyyət Evinin nəzdində fəaliyyət göstərən İstedad birlikləri, Xalça muzeyi, Xələfli kənd klubunun Tərəkəmə rəqs ansamblı da kifayət qədər məşhur idi. Düşünürəm ki, bu ansamblların fəaliyyətinin bərpası tarixi-etnik yaddaşın oyanışına çox kömək edə bilər.
Artıq yuxarıda qeyd etdim ki, Cəbrayıl erməni işğalına qarşı iki müharibədə şücaətlə döyüşüb. Bu qəhrəmanlığın ikinci cahan savaşından gələn varisliyi də vardı. Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov və Qarabağ müharibəsinin şəhidləri, qaziləri və eləcə də, 44 günlük savaşın qəhrəmanları ilə bağlı xüsusi mədəniyyət mərkəzi, muzey də yaratmaq olar. Bu muzeyin nəzdində Cəbrayılın qəhrəmanlıq tarixini əks etdirən mətbuat və kitab nəşrlərinin nümunələri toplana bilər. Və bu, qəhrəmanlıq tariximizin zəngin kitabxanasına çevrilər. Bu yer yeni nəsil üçün tarixi öyrənmək baxımından əsl ziyarətgah olar. 
Ümumiyyətlə, Cəbrayılın tarixini əks etdirən muzeydə Azərbaycan tarixində xüsusi yeri olan şəxsiyyətlərin həyat və fəaliyyətlərini əks etdirən guşənin yaradılması varislik baxımından xüsusi əhəmiyyət kəsb edərdi. İşğal dövründə Cəbrayılın və əlbəttə, həm də Qarabağın azadlığı uğrunda qələm çalmış sənətkarların əsərləri də Cəbrayılda bir araya gətirilə bilər. Burada, xüsusilə, ayrı-ayrı kəndlərlə bağlı tarixi yerlər və abidələr haqqında danışa bilmədim. Yaxşı olar ki, hər bir kəndin yetirməsi olan ziyalı doğulub-böyüdüyü ərazinin tarixi yerləri, abidələri haqqında özü məlumat versin... 
Mən Cəbrayılın gələcəyini çox parlaq görürəm. İnanıram ki, Ali Baş Komandan və prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bütün Qarabağlılar kimi biz də tarixi yurdumuzla bağlı vüsalın şirinliyinə qovuşacağıq.
 
21.06.2021
 
Əli Rza Xələfli
(Əzizli Əlirza Zal oğlu)
Qabaqcıl Maarif xadimi, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Səməd Vurğun adına və Şahmar Əkbərzadə adına ədəbiyyat mükafatları laureatı, “Kredo” qəzetinin baş redaktoru
Oxşar xəbərlər
23:07, Bu gün
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
22:56, Bu gün
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
22:55, Bu gün
Norveç Ukraynaya yardımı artıracaq
22:22, Bu gün
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
22:03, Bu gün
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
21:39, Bu gün
Sumqayıtda zavodda yanğın başlayıb
21:16, Bu gün
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
21:08, Bu gün
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
20:57, Bu gün
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
20:53, Bu gün
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
20:36, Bu gün
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
20:36, Bu gün
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
20:34, Bu gün
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
GÜNLÜK
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
29 Apr 2024 | 23:46
Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib
00:33, Bu gün
Peruda avtobus uçuruma düşüb, 20-dən çox adam ölüb
00:10, Bu gün
ADNA terrorundan 15 il ötür
06:14, Bu gün
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
05:00, Bu gün
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
08:19, Bu gün
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
06:36, Bu gün
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
07:22, Bu gün
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI