Qafqazda yeni nizamın arxitektoru: Azərbaycanın qlobal strategiyası və onun konseptual əsasları
Oxunub: 1379
25 Jan 2021 | 16:00
Qafqazda yeni nizamın arxitektoru:  Azərbaycanın qlobal strategiyası və onun konseptual əsasları
Regional aktor: Azərbaycanın yaratdığı geostrateji reallıqlar və imkanlar

Beynəlxalq hərbi mərkəzlərin uzunmüddətli fəaliyyət planının nəzəri-konseptual tədqiqat obyektinə çevrilən, genezisi, milli və qlobal məkana hərbi-geostrateji sirlərinin yalnız bir hissəsi məlum olan Vətən müharibəsinin siyasi mərhələsinin dinamik gedişatı Azərbaycanı regionun yenidən dizayn edilməsi, Qafqazın geosiyasi vəziyyətinin və təhlükəsizlik arxitekturunun inşasında fenomenal, vahid iradənin açıq ünvanına çevirməkdədir. Geosiyasi rəqabət və geoiqtisadi maraqlar zəminində regional inkişaf axınının məcrasını insan, enerji, maliyyə resursları, iqtisadi potensialı, siyasi, hərbi iqtidarı, təkmil və müstəqil xarici kursu ilə dəyişmək xüsusi geosiyasi missiyasının uğurla tamamlanması məhz bu dəqiq ünvana özünəxas praqmatik və milli maraq normaları çərçivəsini müəyyənləşdirməyə imkan verir. Xüsusilə də qlobal nizamda tektonik, qütblərarası dalğalanmaların təsirindən kənarda, Azərbaycan regional düzəndə strateji baxımdan geosiyasi münasibətlərin xarakteristikasına birmənalı olaraq aktiv icraçı nüfuzu ilə yön verməkdədir. Hərb sənəti və döyüş etikası ilə beynəlxalq konyekturda yeni geosiyasi status qazanan və dünyaya post-müharibə reabilitasiyası və reinteqrasiyası təqdim edən bir ölkənin yaratdığı yeni geosiyasi şərtlər qlobal gücləri Qafqaz siyasətində müəyyən obyektiv korrektələr reallığı qarşısında qoyub.

Müharibəni identikliyinin ayrılmaz hissəsi olaraq qəbul edən bir xalq siyasi-hərbi yüksəlişi ilə münaqişənin sonsuz və idarə edilə bilməyən bir axına çevrilməsinə qarşı dünya hərbi nəzəriyyəsinə alternativlər bəxş etməklə, onun dağıdıcı funksiyasının əksinə siyasi, sosial ədalət, humanizm, pozitiv sülh kimi mexanizmlərini təqdim edərək yeni dialoq platformaları formalaşdırır. Hərbi strategiya aspektindən sistemli fəaliyyət sahəsi və milli xarakteri ilə özünəqədərki traktatları kölgədə qoyan 44 günlük yekun mərhələnin siyasi və mədəni yüksəlişi indi regionun xilaskarı rolunda iqtisadi, ideoloji, siyasi məqsəd və hədəfləri istiqamətində irəliləməkdədir. Şərq reallığında “zəif ordu” stereotiplərini cəmi 44 gündə yox edən Vətən  savaşında Azərbaycanın təkrarsız qalib obrazı bir tərəfdən hərbi diplomatiyada sürətli inkişaf tendensiyasının praqmatik təzahürüdürsə, digər tərəfdən hərbi komandanlığın sərkərdəlik məharətinin nəticəsidir. Azərbaycanın ərazi bütövlüyü kimi prinsipial məsələdə uğurlu qələbəsində milli siyasi liderlik fenomeninin təminedici roluna ictimai rəydə ifadəsini tapan yüksək inam bir daha işıq salır. Vətən müharibəsindən öncə rəhbəri ilə yumruq kimi bütövləşən bir xalqın Ali Baş Komandanının Azərbaycanın vahidliyinin təminatında güc amilinə söykənməsinə qəti və dərin inamı (93,1%) bu gün hərbi qələbəmizin isti izlərini siyasi meydana uğurla daşımaqdadır (Bax Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan Baromteri” jurnalının on üçüncü buraxılışı - Ermənistan-Azərbaycan münaqişəsi Vətən Müharibəsindən əvvəl və sonra adlı analitik hesabatda: //stm.az/uploads/be9b5-qarabag.pdf..pdf). Məhz ictimai inam mühitinin əsaslarının etibarlı və sarsılmaz olduğu ölkə rəhbərinin güclü ordu quruculuğu siyasəti, geosiyasi mühiti düzgün dəyərləndirilməsi, düşmən üzərində son dövrlərdə qələbələrin əldə edilməsi, eləcə də bir sıra ölkələrlə uğurlu hərbi əməkdaşlıq kimi siyasi və praktiki təşəbbüsləri ilə bir daha əyani təsdiqini tapır. Açıq etiraf etmək lazımdır ki, 90-cı illərdə torpaqlarımızın ardıcıl işğalı ilə nəticələnən məğlubiyyət mobil dövlətçiliyin və sistemli ordunun olmaması ilə yanaşı, hakimiyyətlə xalq arasında dərin uçurumun ağrılı nəticəsi idi. Bunun əksinə olaraq Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoyan Azərbaycan Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi - xalq-prezident birliyi, dövlətinin güclü ordu quruculuğu və hərb siyasəti, eləcə də Azərbaycan dövlətinin reallaşdırdığı güclü daxili və xarici siyasət oldu. Ümumxalq mübarizəsi ərazi bütövlüyünün bərpası və “məğlub xalq” sindromunun aradan qalxması milli-mənəvi, hərbi-siyasi mahiyyətindən əlavə dövlətimizin regional və qlobal mövqelərinin güclənməsi ilə münaqişənin həllinin uzanmasında maraqlı olan tərəflərin mənfur planlarını alt-üst edən bir tarixi özündə ehtiva edir. Bəli, dövlət idarəçiliyində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti, geosiyasi təlimləri ilə regionda güc balansını dəyişmək iqtidarına hakim İlham Əliyev imzalı 10 noyabr bəyanatı 21-ci yüzilliyin hərb tarixi və savaş sənətinin epoxal traktatı olaraq dəyərləndirilə bilər. 

Tarix və müasirliyin vəhdətində ölkənin milli maraqlarının xarici siyasətlə harmonik balansının memarı, nəinki Azərbaycanın, regionun Birinci Komandanının Qarabağın azadlığı ilə geosiyasi dinamikada yeni çağırışların işığında milli maraqlar sisteminin mütəşəkkil quruluşuna yönəlik siyasi və diplomatik qərarları yeni dövrün dövlət strategiyasının əsas inteqrasiya hədəflərini təşkil edir. Qarabağ sferasından geosiyasi məkanın iqtisadi, siyasi, strateji müstəvilərinə əhatələnən xarici siyasətimizin yeni üfüqləri növbəti qələbə anonsunun əsas substratlarını özündə daşıyır. Baxın, Mədəniyyət Nazirliyinə baş şəxsin təyin edildiyi gün qlobal nəzər nöqtələrinin tanrı nəzərində əbədi yüksəlişi ilə bizə bəxş edilən mədəni pay-taxt Şuşaya və beynəlxalq hava limanı qərarı ilə ilk iqtisadi mərkəz təməli atılan Füzuliyə cəlbi, zəmanəsinin rəhbər şəxsi, görkəmli diplomatı İlham Əliyevin uzunmüddətli perspektivlərə və geniş manevr imkanlarına əsaslanan çovektorlu, dünyada və regionda transmilli geoiqtisadi inkişaf strategiyasının yeni mərhələsidir. Yeri gəlmişkən, regional güc dövlətinin hərbi, diplomatik qələbəsini tamamlayacaq növbəti yüksəlişində vaxtilə Azərbaycanın mədəni qurumunun rotasion xilasına əsaslanan çevik siyasətinin rolunu daha öncələr bölüşmüşdük (Bax əvvəlki məqalədə: //stm.az/publications/meqaleler/eliyevin-medeni-inqilabi-qarabagin-infoqrafik-xilas-modeli). Bununla yanaşı, Vətən savaşına qədər ölkədə adekvat digər kadr islahatlarının məramının yetişməkdə olan hərbi-siyasi şəraitə və Azərbaycanın strateji maraqlarının qorunmasına müsbət təsir edəcəyinə dair gözləntilərin özünü doğruldacağı birmənalı idi (Bax Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycan Baromteri” jurnalının on üçüncü buraxılışı - Ermənistan-Azərbaycan münaqişəsi Vətən Müharibəsindən əvvəl və sonra adlı analitik hesabatın 24-25-ci səhifələrində: //stm.az/uploads/be9b5-qarabag.pdf..pdf). BMT-dən sonra, Azərbaycanın azad ərazilərində erməni milli-mədəni talanına qarşı “mədəni” missiyasından uzaq YUNESKO-nu tarix irs qarşısında qoyan ölkə rəhbəri strateji, rasional təfəkkürü ilə milli ərazi məsələlərində yeni nizam modelinə paralel, dövrünün baş ideoloqu kimi dəyişən formasiyada proseslərin siyasi-diplomatik mərhələlərinə dair starteji alternativlər və uğurlu nümunələr təqdim edir. 

Azərbaycanın dünyaya məhz beynəlxalq hüququ rəhbər tutan milli siyasətinin əsasları üzərindən regional güc rolunu təqdim etməsi onun Qafqazda sülhün təminatçısı missiyasına daha geniş aspektdə baxmağa və ən əsası regionun yeni arxitekturunun Qarabağla vahid baxış modeli əsasında inşasına bir dəvətdir. Geosiyasi konteksti siyasi-diplomatik fəaliyyətdən ötə mahiyyət daşıyan bu milli strateji planlama özündə təkcə regionun geosiyasi mənzərəsini dəyişəcək ornamentləri daşımır, birbaşa milli zonadan Avroatlantik strukturlara əhatələnən xarici siyasət konsepsiyasının inteqrasiya hədəflərində hüquqi baza rolunu oynayır. Yeni ictimai-siyasi mərhələdə konseptual əsası Qarabağla vahid baxış modeli üzərində qurulan Azərbaycan xarici siyasətinin regional və beynəlxalq komponentləri praqmatizmə söykənir və inteqrasiya hədəflərinin mədəni, siyasi, iqtisadi, beynəlxalq strateji perspektivləri proaktiv mülahizələrə əsas verir: 

- İşğaldan azad edilən ərazilərdə nəqliyyat, logistika zonalarının formalaşması Qafqazın nəqliyyat və logistika mərkəzi kimi Azərbaycana geostrateji üstünlüyünü və geoiqtisadi maraqlarını təmin etməyə imkan verəcək;

- Azad ərazilər üzrə nəqliyyat layihələrində lojistik mövqeyinə, ən əsası isə Yuxarı Qarabağla kommunikasiya roluna görə əlverişli bölgələrə üstünlük verilməsi (Füzuli, Laçın və ya Kəlbəcər) ölkənin gələcək geoiqtisadi mövqeyinə dair starteji qənaət formalaşdırır ki, məhz bu iki fakt Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasında və turizm potensialında təminedici rol oynayacaq;

- Azərbaycanın bölgə dövlətləri ilə qonşuluq siyasətinin regional komponentləri kimi sabitlik və təhlükəsizlik amillərinin önə çıxması qarşıya qoyulmuş inkişaf strategiyasına sosial, iqtisadi təminat qazandırmaqla yanaşı, regionda yeni səmərəli əməkdaşlıq nümunələrinin təməlini inşa edəcək.

Azərbaycan məhz beynəlxalq statistik hərbi yüksəlişi sayəsində milli ərazi məsələsinin həlli ilə müxtəlif labartoriyalarda münaqişəli ocaqlara dair sirkulyasiya edilən regional və xarici risklərin çevik absorbsiyasına nail olaraq qlobal kontekstdə maraq və hədəflərini yeni çağırışlara inteqrasiya yolunda dayanıqlı geosiyasi status əldə edir. Çünki müstəqil siyasi, hərbi mövqe geosiyasi perspektiv üçün əsasdır, ki, Azərbaycan regional güc və milli sərhədlərindən kənarda da qlobal inteqrasiya xəttinə dair mühüm siyasi təminatlar əldə edir:

-  Siyasi və diplomatik mərhələnin milli maraqlarımıza uyğun gedişatını şərtləndirən regional və yeni əməkdaşlıq formatları yekun sülh müqaviləsinin gələcək hüquqi təminatına mühüm əsaslar yaradır;

- Dünya hərb tarixinə töhfəsi ilə beynəlxalq konyekturda qazandığı geosiyasi statusu Azərbaycana uzlaşma adası missiyası rolunda qlobal dinamikaya təsir imkanları qazandırır;

- Geostrateji üstünlük yeni regional və beynəlxalq əməkdaşlıq pespektivlərində Azərbaycanın əsas investor və ticarət tərəfdaşı kimi  dünyada qlobal miqyasını şərtləndirəcək;

- Münaqişəli məsələləri şərtləndirən siyasi dayaqların çöküşü ənənəvi ittifaqlarda yeni reformları (çoxtərəfli əməkdaşlıqları) zəruri edəcək ki, nəticədə regional və qlobal problemlərin həllində dönüş yaranacaq;

- Geoiqtisadi perspektivlərin işığında Azərbaycanla Türkiyə arasında birbaşa tranzit imkanları ikitərəfli iqtisadi əlaqələri və ticarət dövriyyəsinə müsbət təsir edəcək;

- Geostrateji taktiki əsasları və imkanları ilə dünya təcrübəsində öyrənilən Vətən savaşı ölkəmizin geosiyasi statusuna təsir etməklə yanaşı, keçilən uğurlu yolda regional təhdidləri preventiv əsaslarla dəf edən strategiyanın memarı kimi Azərbaycanla perspektivli hərbi-siyasi əməkdaşlıqlara inam mühitini stimullaşdıracaq. 

Bütün bunların paralelində, sözsüz ki, yeni nizamda ölkələrin əsas dayanıqlıq indekslərindən biri də hərbi-siyasi əlaqələr olacaq. Bölgədə geoiqtisadi təşəbbüslər və inteqrasiya siyasi, iqtsadi münasibətlərin paralelində Azərbaycanın hərbi-siyasi əlaqlərində ənənəvi əməkdaşlıqlarla yanaşı, yeni perspektivləri də şərtləndirir. Xüsusilə də Türkiyə ilə qarşılılıqlı əlaqələrin formalaşmaqda olan konfiqurasiyasında hərbi-siyasi əməkdaşlığın məzmun və forma vəhdəti Azərbaycanın NATO-ya inteqrasiya xəttində gələcək strateji bazis olaraq dəyərləndirilə bilər. Çünki beynəlxalq təhlükəsizlik strukturları ilə yeni geosiyasi perspektivdə yaxından əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm xətlərdən birini təşkil edir. 

Hərbi-strateji müstəvidən iqtisadi-siyasi mərhələyə keçid mexanizmi və onun konseptual əsasları 

Qafqazda yeni nizamın arxitekturunun baş ideoloqu İlham Əliyevin nəticəyönümlü və keyfiyyət üstünlüklərinə əsaslanan diplomatiyası və məntiqli xarici siyasətinin izahı yeni diplomatik dövrdə hərbi-strateji müstəvidən iqtisadi-siyasi mərhələyə keçid mexanizmi ilə ölçülür. Baza prinsiplərinin sxematik təsviri və konseptual qoyuluşu geostrateji interaktiv paraqdimaya əsaslanan nəhəng strategiya qlobal konfiqurativ modelə əsaslanır. Qarabağ üzərindən hərbi-siyasi nizamın dinamik gedişatına tranformasiya edilən strategiya regionda dayanıqlı etimad mühitinə qarşı bütün normativləri aşan, regional və qlobal komponentləri bir-birini tamamlayan, nəhayət siyasi-iqtisadi qlobal məkanlara inteqrasiyanı stimullaşdıran mahiyyətindən ötə, müstəqil və milli siyasi vektorlara istənilən kənar diqtə və təhdidləri neytrallaşdıran preventiv xüsusiyyətlərə malikdir. Xarici siyasi kursunu geosiyasi reallıqlarla uğurla uzlaşdıran, hücumçu diplomatik taktikası ilə regional və qlobal hədəflərinə nail olan, praqmatik xarici siyasətində varislik prinsipinə və Şərq amilinə əsaslanan, Qarabağ məsələsinin hərbi yolla həlli ilə regionun geosiyasi mənzərəsini dəyişərək beynəlxalq münasibətlər sisteminə yeni dəyələr bəxş edən vahid Azərbaycanın qurucusu regional liderlikdən beynəlxalq liderliyə doğru dəyişən rolunun fövqündə fenomenal təfəkkürü ilə geosiyasi perspektivlərin kontekstində, regionda təzahür edən konkret xarici risklərin idarə edilməsinə dair konstruktiv çərçivə təqdim edir. Hər iki prizma nöqteyi-nəzərindən xarici diplomatik fəaliyyətin mərkəzində dövlətin geosiyasi və geoiqtisadi maraq hədəfləri dayanır ki, bu da yeni dövr xarici siyasətin konseptual əsaslarını müəyyənləşdirməyə imkan verir. 

Qafqazda regional idarəçilik və sülhün koordinatoru rollarının vəhdətində Azərbaycanın geosiyasi xarakteristikası üzərindən bölgəyə yeni siyasi, sosial, iqtisadi təməl vəd edən mexanizm dinamik balansı, geoiqtisadi inkişaf tempini və yeni əməkdaşlıq dəyərlərini şərtləndirir. Bölgədə sülh, sabitlik, təhlükəsizlik meyillərinin diqtə zərurətini bölüşməklə ardıcıl və sistemli inkişafa əsaslanan geostrateji inkişaf formulu qarşılıqlı əməkdaşlıq platformalarının perspektivini ifadə edir. Milli maraqlara əsaslanan xarici strategiyanın təməl prinsiplərinin dəyəri regional təhlükəsizlik və qlobal inkişafa töhfə ilə yanaşı, bölgədə davamlı iqtisadi inkişafa açdığı yeni multipolyar imkanlarla ölçülür. Regionun sabit və sülh aktoru Azərbaycanın dünyada beynəlxalq münasibətlər sisteminin geostrukturunda mühüm yer tutan bu iki meqatrendə qlobal miqyasda istinad etməsi Qafqazın fövqəli olaraq planetar nüfuz yüksəlişindən ötə mərama - bölgənin rəqabətqabiliyyətli qütbü iddiasına əsaslanır. Qlobal formasiyalara nüfuz imkanına malik olan strategiyanın determinantı yeni regional və beynəlxalq münasibətlər sistemidir. Təbii ki, qlobal çağırışlara cavab verən regional rəqabət mühitini inteqrasiya və sosial-iqtisadi zəminlərin qlobal dəyərləndirilməsi şərtləndirəcək. Qarabağ hərbi və siyasi nizamı ilə bir tərəfdən qlobal geosiyasətə yeni məzum çalarları gətirərkən, digər tərəfdən də geosiyasi məkanların Qafqaza baxış bucağında əsas nizamlayıcı aktora çevrilməkdədir. Domino effekti, yəni davranış və vərdişlərin zəncirvari reaksiyası baş verir. Qarabağ sferasında hərbi yüksəlişin zəncirvari geosiyasi effektləri qlobal gücləri Qafqazda yeni nizama uzlaşmaya səsləyir. Strateji ticari-iqtisadi dəhlizlərin qovşağına çevrilən Azərbaycanın praqmatik və qlobalmiqyaslı strateji təşəbbüskar kimi geosiyasi və mədəni imici bir çox regional və qlobal oyunçuları yeni mərhələdə qarşılıqlı səmərəli əməkdaşlıq prinsipinin tərəflərinə çevirir. Beləliklə, regionda yeni nizam geoiqtisadi inkişaf perspektivlərinə dair alternativsiz siyasət təqdim edən Azərbaycan və ən güclü geosiyasi aktor Türkiyə ətrafında qərarlaşır.

Geosiyasi və geoiqtisadi dinamikanın işığında bəhs edilən strategiyanın ana konseptini qlobal xarakteri və metasəviyyəsi ilə Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq konfiqurasiyası təşkil edir. Bu birliyin qlobal geostrateji mərkəzlərə birmənalı alternativ xarakteri tarixin mərhələli sınaqlarından uğurla və qazancla çıxan iki türk dövləti üçün adekvat haldır. Tarix boyu müstəqil siyasi dayaqları ən kafi asılılıq şərtindən belə uzaq olan iki coğrafi vəhdətin təkcə regionda deyil, eləcə də dünyada vahid tam halında yüksəlişi bütün kənar qlobal təsirlərə və müdaxilərə qarşı duruş gətirən alternativsiz sistem halına gəlməkdədir. Bu çoxbucaqlı birliyin geosiyasi cəhəti qlobal formasiyada mövcud status-kvonu risklərdən xilasa və preventiv uzlaşmaya çağırış ilə səciyyələnir, geostrateji mahiyyəti isə çoxtərəfli iqtisadi-siyasi əməkdaşlıq parametrləri ilə ölçülür. Bir sözlə, xarici siyasətinin prioritetində qarşılıqlı qonşuluq siyasətinə əsaslanan Azərbaycanın regional və qlobal inkişafa meyilli yeni xətti müasir dövrün çağırışlarına cavab verən geoiqtisadi kommunikativ perspektivlərlə zəngin inteqrasiya arealına malikdir. Şərq və  Qərb arasında əsas qovşaq nöqtəsi, beynəlxalq əhəmiyyətli dəhlizlərin mərkəzi dövlətinin ərazi vahidliyinin bərpası ilə regional iqtisadiyyatın əsas lokomotivi olaraq sürətli qlobal inteqrasiya xəttində uzaq perspektivlərə dayanması dövlətin prinsipial strateji kursunun, xalqın rəhbərinə, dövlətinə inamının və birmənalı dəstəyinin nəticəsidir. Çünki müharibə dövlətin və xalqın vətəni uğrunda hazırlığını ehtiva edirsə, qələbə də bu milli vəhdətə inamın ifadəsidir. Sosial Təqiqatlar Mərkəzinin Vətən müharibəsindən öncə keçirdiyi ümummilli sorğuda Azərbaycan dövlətinin (94,4%) və xalqının (94,8%) müharibəyə tam hazırlığının ifadəsinə dair xalqın mütləq rəyi bir daha buna işıq salır. Bir qədər siyasi obrazda ifadə etsək, keçmiş Dağlıq Qarabağ probleminin nizamlanmasındakı gerçək nizama Çorçil reallığı ilə baxmaq kifayət etdi. Yeri gəlmişkən, keçmiş münaqişənin həllindəki həqiqəti öz ünvanından kənarda axtaran bütün siyasi Avropa “dəyərləri”çox uzaqda deyil, elə öz Qərbində zəif düşdükcə, tarixi irsinə sahib çıxan müstəqil milli dövlətlər Şərqində möhkəmlənir. 

Yeni xarici siyasət konsepsiyası: geosiyasi çağırışlar kontekstində 

Regional nizamın yaradıcısı, Avrasiyanın geostrateji mərkəzi Azərbaycan geoməkana açılan yeni üfüqləri və qlobal çağırışları ilə bölgədə dinamizmi dəstəkləməkdədir. Yekun sülh prosesinin gedişatına xarakterik praqmatik və ardıcıl xarici siyasətin qanunauyğun nəticəsi konkret zaman və şərait çərçivəsində strateji regional və qlobal hədəflərə dair mühüm siyasi əsaslar yaradır. Təsadüfi deyildir ki, dünya siyasətinin güc mərkəzləri Azərbaycanın beynəlxalq təhlükəsizlik arxitekturunun ayrılmaz halqası olduğunu qəbul edir və beynəlxalq münasibətlər sisteminə yeni dəyərlər təqdim edən bir dövlətin müstəqil dinamik xarici siyasəti ilə hesablaşırlar. Dünya siyasi arxitekturasının çağırışlarına cavab verən dinamik və praqmatik kurs regional və beynəlxalq əlaqələrdə yeni strateji prioritetləri və geosiyasi çağırışları da şərtləndirir. Xüsusilə də Azərbaycan-Türkiyə strateji konfiqurasiyasının qlobal miqyası transregional gedişata yeni geosiyasi parametrlər gətirməklə siyasi-iqtisadi proseslərin intuitiv inkişafına zəmin formalaşdırır. Siyasi nizamın geostrukturu sabitlik, təhlükəsizlik və inkişaf baxımından regional əlaqələrdə yeni mərhələnin başlanması ilə daha çox xarakterizə edildiyindən ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətə dəvət edən yeni əməkdaşlıq modellərini dəstəkləyir. Regional münasibətlər sisteminin yeni mərhələsində iqtisadi maraqlar balansını təmin edəcək struktural formul bölgənin təhlükəsizlik müqavimətini də artıracaq. Göründüyü kimi, geoiqtisadi maraqlar kontekstində təhlükəsizliyə xidmət edən və yeni geosiyasi çağırışlara çevik reaksiya verən xarici siyasət müasir dövrün tələbidir. Məhz bunun nəticəsidir ki, kifayət qədər dinamik və intensiv xarakteri, bütün sahələrdə identikliyi, regional və qlobal miqyasda sabitliyə xidməti sayəsində Azərbaycan dünya tərəfindən müstəqil xarici siyasəti ilə öz maraqlarını təmin edən dövlət olaraq tanınır. 

Yekun sülh üçün xarakterik bu strateji xəttin geosiyasi proyeksiyası yeniləşən formasiyada siyasi müstəqilliyimizi və milli dövlət maraqlarımızı ən ali dəyər olaraq təqdim edir. Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyünün həllində dünya tarixinə unikal yenilik və nümunələr bəxş etməklə yanaşı, beynəlxalq hüquqa əsaslanan qanuni nizam alternativi təqdim etdi. Regionun fundamental geosiyasi və geoiqtisadi təhlükəsizlik sisteminə təkan verməsi ilə bu sistematik alternativ münaqişələrin həllində produktif təsiretmə mexanizminə malik olmayan ATƏT və digər Avropa təsisatlarının iflasına dair mühüm hüquqi əsasdır. Beynəlxalq təhlükəsizliklə birbaşa bağlantısı olan dövlətlərarası münaqişələrdə hüquqi tənzimləmə mexanizminə əsaslanmayan təsisatların süqutu dünyada konfliktlərin azalmasına, beynəlxalq təhlükəsizliyə əhəmiyyətli təsir göstərəcək. Bu gün beynəlxalq hüquq normalarının tətbiqindəki ikili və subyektiv yanaşmalar dünyada qarşıdurmaların və konfliktlərin adekvat səbəblərindən biridir. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpasında yaratdığı presedent dünyada suveren əsasda qlobal beynəlxalq təhlükəsizliyə bir çağırışdır. Türkiyə qarşılıqlı münasibətlərin formalaşmaqda olan konfiqurasiyasında regional maraq və təhlükəsizliyə istənilən təhdidlərə qarşı çevik müqavimətin tənzimləyicisi qüvvəsidir. Türkiyənin konstruktiv geosiyasi rolu və siyasi prosesə adekvat diplomatik təmsilçiliyi son zamanlar ATƏT-in Minsk qrupunun siyasi prosesə qaytarılması ilə bağlı lokal cəhdləri neytrallaşdırmaqla bərabər, sülhməramlıların nəzarətinə olan ərazilərə inteqrasiya prosesində bütün mümkün kənar risklərin idarə edilməsi baxımından preventiv əsaslıdır. 

Yekun olaraq Qafqazda yeni nizamın arxitektoru kimi Azərbaycanın transregional məkanın yenidən inşasında əsaslandığı strateji mexanizm regional maraq və təhlükəsizliyə qarşı istənilən risk hədlərinə proaktiv təyinatlıdır, real ehtiyat siyasi-iqtisadi təsir imkanlarına və adekvat çevik manevr sferasına malikdir.

Aygün Yusibova
Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?