“Xaraba şəhər, kəndlərimizin bərpasında  erməni əsirlərdən yararlanmaq gərək...” 
Gündəm
4964
17 Dec 2020 | 16:25

“Xaraba şəhər, kəndlərimizin bərpasında  erməni əsirlərdən yararlanmaq gərək...” 

“Erməni əsirlərdən işğaldan azad olunmuş ərazilərimizdə minaların təmizlənməsində də yararlanmaq mümkündür...”

Bu fikri Moderator.az-a açıqlamasında sabiq deputat Maksim Musayev səsləndirib.

“Bilirsiz,  hazırda “Ermənistan” deyilən Qərbi Azərbaycan, İrəvan torpaqlarında böyüyüb başa çatmış, erməni millətçilərinin xislətinə dərindən bələd olmuş  bir insan kimi deyirəm: biz onlara qarşı bəzən çox yumşaq davranırıq, onlarla xislətlərinə uyğun rəftar etmirik. Bu da zaman-zaman baş tutmuş qələbələrimizdən sonra yenidən məğlubiyyətlərə düçar olmağımıza gətirib çıxarır” - deyən tanınmış ictimai xadim gözlənilməz təkliflə çıxış edib.

“Erməni tərəfin də etiraf etdiyi, media və sosial şəbəkələrdə də yayılan məlumatlara görə, Azərbaycan ordusu son günlər  mütəmadi olaraq silahlı müqavimət göstərməyə çalışan onlarla ermənini əsir götürür.  44 günlük savaşda əsir düşən ermənilərdən bir qismini təhvil verdik. Amma zənnimcə, tələsdik.  Əvvəla, əlimizdə ciddi tutarqa mövcuddur; rəsmi məlumatlara görə, erməni əsirliyində 4 mindən çox soydaşımız, itkin və girovumuz var. Onlar qaytarılıbmı? İkincisi, işğalçı ermənilər 30 ilə yaxın müddətdə torpaqlarımızdakı əksər yaşayış məntəqələrini dağıdaraq xarabazara çevirib. Şəhər və kəndlərimizi bərpa etmək üçün Ermənistan bizə 100 milyarda yaxın kompensasiya ödəyəcəkmi?  Gerçəklikdə yox... Ona görə də əsir kimi saxlanılan və dövlət hesabına təmin olunan ermənilərdən şəhər və kəndlərimizin bərpası zamanı görülən işlərdə istifadə etmək lazımdır. II Dünya müharibəsi mənim uşaqlıq illərimə təsadüf edib.   Ermənistanda alman əsirlərinin müxtəlif tikinti işlərində işlədilməsinin şahidi olmuşam... Məlum faktdır ki, Azərbaycanda Mingəşevir SES-in, eləcə də Bakıdakı hökumət evinin tikintisində də alman əsirlərinin gücündən istifadə olunub. Burada təəccüblü bir şey yoxdur... Kimsə desə ki, bu, insan haqlarına-filana ziddir, soruşmaq olar ki, bəs bu günədək 25-30 il ərzində “Metsamor” AES-də, Kəlbəcərdəki Zod qızıl yatağında və s. azərbaycanlı əsirlər işlədiləndə qayda-qanun, insan haqları niyə yada düşmürdü...” -deyə sabiq deputat sual edib.

“Digər bir ciddi məsələ isə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi məsələsidir ki, ermənilər bizim yerimizə olsa, bu işdə də əsirlərdən istifadə edərlər.  Əvvəla,  Ermənistana şərt qoymaq olar ki, əsirlərinin azad olunmasına istəyirsənsə,  on min hektarlarla ərazimizin minalanma xəritələrini bizə ver. Bu halda həmin əsirlərin qohumları da hökuməti məcbur edər ki, həmin xəritələri Azərbaycana versin. Əks halda erməni əsirlərdən minaların təmizlənməsində də işçi qüvvə kimi yararlanmaq olar”- deyə M.Musayev  bildirib.

Sultan Laçın 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər