Yarımçıq yubiley portireti...
Oxunub: 1718
26 Nov 2020 | 12:34
Yarımçıq yubiley portireti...

YARIMÇIQ YUBİLEY PORTRETİ
USTAD KAMAL ABDULLANIN 70 YAŞINA...
Niyə yarımçıq?
Çünki bir yubiley yazısında Kamal Abdullanın ədəbi-bədii, elmi-publisistik yaradıcılığını, mədəni-ictimai fəaliyyətini tam miqyasıyla əhatə eləmək mümkün deyil...
Çünki onun bitkin portretini yaratmaq üçün ömür və yaradıcılıq yolunun dönüm-döngələrinə, dünyaduyumuna bələd olmaq, əsərlərinə dönə-dönə qayıtmaq, çoxsaylı elmi titullarını, təltiflərini, mükafatlarını, Yaponiyadan Amerikayadək onlarla ölkədə nəşr olunan əsərlərini, o əsərlər barədə qələmə alınan sanballı məqalələri xatırlatmaq lazımdı...
Çünki belə bir iddiada olmaq üçün dilin gizlinlərinə varmaq, mifləri və dastanları ələk-vələk eləmək, onun SÖZÜnün havasına girmək, söylədiklərinin altındakı MƏNAnı anlamaq gərəkdi...
Çünki son 30-35 ilin Azərbaycan elmi mühitini, ədəbiyyatını, mədəniyyətini, ictimai fikrini Kamal Abdullasız təsəvvür eləməyə çalışdım – hər sahədə nəzərə açıq-aşkar çarpan boşluqlar gördüm...
Ən azı, ötən əsrin 80-ci illərinin ikinci yarısını və müstəqillik dövrümüzü onun dilçilik və qorqudşünaslıq sahəsindəki araşdırmaları, poetik eksperimentləri, tərcümələri, esseləri, publisistik yazıları, hekayələri, romanları, yaratdığı mədəniyyət, bilik, yaradıcılıq fondları, ədəbiyyatımızın hüdudlarını genişləndirmək yönümündəki fəaliyyəti olmadan ağla gətirmək mümkün deyil...
İllah da öz ətrafında bənzərsiz ədəbi mühit yaratmağı bacarması, istedadlı qələm sahiblərinə əlindən gələn yardımı göstərməsi, yaranan sanballı əsərlərə ürəkgenişliyilə münasibət bildirməsi, ölkəmizdən kənarda belə, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın təəssübünü çəkməsiylə müstəqillik dövrü ictimai-mədəni tariximizə öz möhürünü vurub...

*
Ədəbi himayə sarıdan özümü bəxtli saya bilmərəm. Hətta şəxsi münasibətimiz olan qələm adamlarından bir çoxu hələ də məni şair hesab eləyir, ya da kitablarımın adını söyləməkdə çətinlik çəkir. Amma xalq yazıçıları Kamal Abdulla və Afaq Məsudun, görkəmli türkoloq, professor Əsgər Rəsulovun, bənzərsiz ədəbiyyatşünas, professor Bədirxan Əhmədlinin  (nəsildaşlarım Sabir Bəşirov, Zakir Məmməd, Rüstəm Kamal, Mehman Qaraxanoğlu, Xanəli Kərimli, Əlabbas, Nurafiz, Aslan Quliyev, Rafiq Hümmətin də eləcə) diqqətini uzun illərdir hiss eləyirəm, hər birinin yazılarım haqqında söylədiyi fikirlər mənim üçün çox dəyərlidir...
Kamal Abdulla “Yolçu” romanın haqqında yazanda bir-iki ümumi görüşdən başqa elə bir şəxsi ünsiyyətimiz olmamışdı, özü ədəbi mühitdən xəbər tutub oxumuşdu. Kitabı zövqünə bələd olduğu qələm adamlarının məsləhətilə oxumağa başlamış, hətta özüylə Almaniyaya səfərə gedəndə də götürmüşdü. Elə oradan da  gecənin bir məqamında zəng vurub elə ürəkgenişliyi və ürəkdolusu danışmışdı ki, həmin məqamda nəinki “Yolçu”nu qələmə almaqda, ümumiyyətlə, yazı-pozuyla məşğul olmaqda səhv eləmədiyim mənə gün kimi aydın olmuşdu. Sonra da o səfərdən dönər-dönməz məndən ötrü çox gözlənilməz, üstəlik, dəyərli olan“ Yol – xüsusi isim” adlı yazı qələmə aldı...
Ondan ötrü ədəbiyyat təkcə iş otağına qapanıb yazmaq, ayda-ildə bir dəfə oxucularla görüşmək deyil, fasiləsiz, uğur və uğursuzluqlarla zəngin olan prosesdir. Bəlkə elə buna görə də 2000-ci illər ədəbi nəslinə mənsub olan, ədəbi eksperimentlərində müəyyən qədər işıq sezilən gənc qələm sahiblərinin yazılarını izləməklə, bir çoxları barədə fikirlərini bölüşməklə, cürbəcür layihələr gerçəkləşdirməklə, “Yaradıcılıq fakültəsi” kimi eksperiment laboratoriyası yaratmaqla ədəbi mühitə canlanma gətirməsi təqdirəlayiq hadisələrdən idi. 
Eləcə də istedadlı cavanları yaxından-uzaqdan himayə eləmək, elmi-bədii təfəkkürüylə yaradıcılıqlarına müsbət təsir göstərmək Kamal Abdullanın qeyri-rəsmi missiyasına çevrilib. Bu missiyadan ağılla faydalananlar da, sui-istifadə eləyənlər də, görməzliyə vuranlar da oldu. Bütün hallarda, son onilliklərin ədəbi mənzərəsini onun gördüyü işlər olmadan təsəvvür eləmək çətindir...

*
Kamal Abdullanın bütövlükdə ədəbi və bədii yaradıcılığında heyrət döğuran kompozitiv nizam var: dilimizi həm araşdırıb (dilçiliklə bağlı tədqiqatları), həm də populyarlaşdırıb (“Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”); miflərimizi həm saf-çürük eləyib (“Kitabi-Dədə Qorqud” dastanıyla bağlı tədqiqatları), həm də mifin yazıya çevrilməsi yolunu göstərib (“Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”); dildə və bədii sözdə çatdığı məqamı özünəxas eksperimentlərlə (şeirləri, tərcümələri, hekayələri) ortaya qoyub, eyni zamanda da ədəbiyyatın yaşam yolunun xəritəsini cızıb (“Müəllif – əsər – oxucu”); ömründən ötən anları işıqlı kədərlə yada salıb (“Tarixsiz gündəlik”), həm də dünyaduyumunun bəxş elədiyi məqamları sanki təlaş içində qoruyub saxlamağa çalışıb (esseləri); nəhayət, bütün bu çoxcəhətli və çoxqatlı ədəbi-bədii təcrübəsinin nəticəsi kimi, sanballı pyeslərini və romanlarını üzə çıxarıb.
Onun özünəməxsus dil qatı ilə yanaşı, SİRR və YOL (bu fərqli kəlmələri “sirli yol”, “yolun sirri”, yaxud “sirrin yolu” kimi ifadələrdə də birləşdirmək olar) bütün yaradıcılığından qırmızı xətt kimi keçir: esselərində də, dramaturgiyasında da, hekayələrinin əksəriyyətində də, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”ndə də, “Unutmağa kimsə yox...”, “Sirlərin sərgüzəşti” romanlarında da müəllifdən çox sirlərin arxasınca yolu tutub gedən, qarşılaşdıqlarını Sözə çevirən səyyahı xatırladır. Bəlkə elə bu səbəbdən qələmə aldıqlarını  “...uzun və ağır gecələrdə narahat bir beynin – Yolun hərəkətinə inanmaq istəməyən həyat eşqinin səhərə, işığa uzanan niskili” adlandırır.
Məncə, ondan ötrü yaradıcılıq – şübhədən həqiqətə gedən SİRR dolu yoldu. Esselərinin birində, şübhəni, az qala, yaradıcılığın başlıca prinsipi sayır: “...Şübhə edənin gərək bir prinsipi, idealı olsun... Bütün şübhələr - sonraya, torpaq üstündə möhkəm dayanmağı öyrənəndən sonraya! Şübhə eləməyə gərək haqq qazanasan. Şübhə etmək səbatlıların işidir...” Məncə, elə bununla KAMAL ABDULLANIN SİRRİ çözülür: o əsərlərin kökündəki mətləblərdən şübhələnməsə, həqiqəti hər kəsdən əvvəl özü üçün aşkara çıxarmağa can atmasa, heç yazmaq fikrinə də düşməzdi..

*
Mən bilən, müasir mövzuda “İlişin qayıtmağı”, “Adaşlar”, “Ay işığı”, “Kamera teatrı”, “Üçrəng pişik balası”, “Bir yay axşamı”, “Sirri-zəmanə”, “Labirint”, “Pəncərə”, “Bir sevgi hekayəti”, “Qədiməli kişi və onun bülbülü”, “Köhnə məhlə”, “Tumsuz nar”, “Dünyanın ən ucaboylu karliki”, “Mənə uçmağı öyrət”... kimi gözəl əsərlər qələmə almış Kamal Abdullanınn nəsrinin də, dramaturgiyasının da bir fərqli cəhəti mifologiyaya və dastan poetikasına (həm də təkcə Azərbaycan mifologiyası və dastanlarına yox, bütövlükdə dünya mifologiyasına və dastançılığına)  mükəmməl bələdliyindədir. 
Elə bu səbəbdəndi ki, o, zamanları və məkanları uzaq dövrlərdən ustalıqla çəkin bizə yaxınlaşdıra (“Parisin seçimi”, “Xaron, mərhəmətli Xaron”, “Dəvə yağışı”, “Çəngəl çiçəyi”, “Gülü qah-qah xanımın nağılı”, “Qədim mayyalara cavab”, “Korneliusun ölümü”, “Platon, deyəsən, xəstələnib...” və s.) bilir. Elə bu səbəbdəndi ki, araşdırıcılar “Yarımçıq əlyazma” romanını Azərbaycan ədəbiyyatında mifə, eposa və tarixə intellektual-fəlsəfi bədii münasibətin ilk konseptual nümunəsi, ilk postmodernist təfsir təcrübəsi sayırlar, “Sehrbazlar dərəsi” romanı yalnız sufilərin həyatını deyil, məhz təsəvvüf qavramını və dünya modelini əks etdirən əsər kimi dəyərləndirilir,  “Unutmağa kimsə yox” romanının neomifoloji, kosmoqonik əsər, personajların adlarının, davranışlarının, xronotopunun mifoloji nüvəyə malik, süjetiçi münasibətlərin mifoloji məntiqə tabe olduğu, zamanların asanlıqla yerlərini dəyişdiyi, yuxu və tarixi gerçəklik bir-birini rahatlıqla əvəz elədiyi vurğulanır,  “Sirlərin sərgüzəşti” romanının müasir nəsr texnikasına xas iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anaxronik ardıcıllığı şəklində qurulduğu, oxucunu öz sirlərinin ağuşuna aldığı, onu sirrə vaqif elədiyi diqqətə çatdırılır.
Kamal Abdulladan ötrü ədəbiyyat əvvəlindən sonunacan yuxudu. “...Borxes deyir ki, ədəbiyyat idarə edilən yuxudur. Yuxular axı, idarə olunmur. Ədəbiyyat da yuxudur. Həyatda olmayan şeyin bir nöqtədən başqa nöqtəyə aparılmasıdır, təsviridir. Onu sən, müəllif idarə edir, bu da yuxudur. Kim deyə bilər ki, kiminsə yazdığı yuxu deyil? Hamısı yuxudur, uydurmadır. Olmayandır, ya olandır, bunun dəxili yoxdur. Ola bilər, olan hadisəni realist, sərt cizgilərlə təsvir eləmisən. Yenə də yuxudur. Yenə də uydurmadır. Olan hadisəni yazanda yenə də uydurmadır. Ədəbiyyatın mahiyyəti budur, sən uydurma adlı bir qabın içinə girirsən...” Günlərin birində də həmin yuxudan oyanıb, oxuculara uydurma, amma özünün belə inandığın təsirli əhvalat təqdim eləyirsən...
Ədəbiyyat, ondan ötrü, eyni zamanda, qanla, yaddaşla, dərin genetik kodlarla nəsildən-nəslə ötürülən informasiyadır. “...Bunu özümüz də çox zaman hiss edə bilmirik. Çox ola bilər ki, XVI-XVII əsrdə yaşamış və müəyyən bir hadisənin təsviri olmuş məqamı özümdən xəbərsiz içimdə yaşadıram. Amma o informasiya içimdə qapanıb qalmamaq üçün özümlə əməlli-başlı “mübarizəyə” qalxır. Bəlkə məni də aldadıb real həyata bədii “maska”da daxil olur. Çünki onu içimdən çölə çıxanda bədii vasitələrdən istifadə edir, ədəbiyyat dilinə çevirməyə çalışıram...” Əsərlərini oxuyanda o genetik kodları asanlıqla tutmaq olur, bəlkə də elə buna görə müəllif də, qələmindən çıxanlar da bizim üçün doğmalaşır. Professor Asif Hacılının təbirincə desək, “Kamal Abdullanın bədii sözü, ilk növbədə, azad və öz stixiyasında olan sözdür, özündən və özünü yaradan, özünü dərk edən sözdür, buna görə də dramatizmlə yoğrulmuş, mənaca gərgin, normativ ənənənin totallığı ilə mübarizədə olan və seçim imkanını təsbitləyən sözdür...”

*
Son onilliklərdə ədəbiyyatımızın öz hüdudlarını genişləndirməsində iki qələm sahibinin - Kamal Abdulla və Afaq Məsudun - xidmətləri danılmazdı. Son onilliklərdə ədəbiyyatımızın Rusiyadan Misirə, ABŞ-dan Yaponiyayadək dörd qitə ölkələrinə ayaq açması təqdirəlayiq hadisədi...
Dünyanın 20-dən artıq ölkəsinin oxucuları artıq Kamal Abdullanın əsərləri - “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və Unutmağa kimsə yox...” romanlarıyla tanış olublar, nüfuzlu, yazıçılar, ədəbiyyatşünaslar, tənqidçilər o əsərlər haqqında sanballı məqalələr qələmə alıblar, yaradıcılığı geniş araşdırmaların mövzusuna çevrilib, əminəm ki, “Sirlərin sərgüzəşti də tezliklə beynəlxalq müstəviyə çıxacaq  – bütün bunlardan söz açmaq üçün ayrıca bir yazı qələmə almaqdı...
Kamal Abdulla elmi və fəxri adları, rütbələri, təltifləri ilə yanaşı, xalqlar, mədəniyyətlər və ədəbiyyatlar arasında körpü yaratmaq sahəsində də diqqətəlayiq işlər görüb, bir sıra ölkələrdə Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib, nüfuzlu ədəbi mükafatlara layiq görülüb – bu da ayrıca bir yazının mövzusudu...
Şübhəsiz, bütün bunlar BÖYÜK ƏDƏBİYYAT ADAMInın taleyinə yazılan xoşbəxtlikdi...
Can sağlığı, yeni əsərlər, yeni uğurlarla USTAD!
                                                                               
Nəriman ƏBDÜLRƏHMANLI,
2020, 26 noyabr
Oxşar xəbərlər
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO