\"Biz Heydər Əliyevin liderliyi ilə cəmi 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olmuşduq...\"
Oxunub: 4671
24 Sep 2020 | 13:59
\

Son vaxtlar həm bəzi partiya funksionerləri, eyni zamanda cəmiyyət tərəfindən də Hakim Yeni Azərbaycan Partiyasında islahatların vacibliyi barədə  çağırışlar səslənməkdədir. Yeni Azərbaycan Partiyasının fəal qurucularından biri, sabiq deputat və keçmiş icra başçısı Maksim Musayev  Moderator.az əməkdaşı ilə  YAP-ın keçmişi, bu günü, gələcəyi barədə geniş söhbət edib.

- Maksim müəllim, mərhum Heydər Əliyevlə çiyin-çiyinə partiyanın yaradılmasında böyük zəhmətlər çəkdiyini iddia edən bir şəxs kimi YAP-dakı islahatlar, onların konkret nələrdən ibarət olmalı olduğu haqda nə deyə bilərsiz?

- YAP-da hazırda islahatlar aparmaq çox çətin məsələdir. Çünki partiya vaxtilə “durğunluq dövrü” adlandırılan Brejnev dövründəndən pis bir durğunluq keçirir... YAP-ın yeni qurultayı təşkil olunmalı, qurultaya nümayəndələr seçilməli, həmin nümayəndələrin, ən azı, 60-70 faizi gənclər olmalıdır. Həmin gənclərin əksəriyyəti milli ruhlu, vətənpərvər, dövlətçiliyi sevən, konstitusiyamıza, qanunlarımıza hörmət edən, əli təmiz, dili təmiz, rüşvət və korrupsiyadan qorxan, çəkinən adamlar olmalıdır. Qurultay  əgər normal Siyasi Şura seçə bilərsə və Siyasi Şura da  öz növbəsində İdarə Heyəti seçərsə, onlar  hansı formada yeni iş metoduyla işləmək gərək olduğunu müəyyən edər... Amma əgər mərhum Heydər Əliyev başda olmaqla YAP qurucularının müəyyən etdiyi strateji yoldan, qarşıya qoyulan ali məqsədlərdən, verilən tövsiyələrdən kənara çıxılacaqsa, heç  bir islahatdan söhbət gedə bilməz... YAP, nəhayət, özü-özünü saflaşdırmağa doğru getməlidir. YAP-ın rəhbərliyində və yerli təşkilatlarında tənqid və özünütənqid, demək olar ki, yaddan çıxıb.  Hətta partiyanın banisi Heydər Əliyevində bu sahədəki tövsiyələri unudulub. YAP-çılar sanki tənqiddən qorxurlar, tənqid adı eşidəndə titrəyirlər... 

- Yəni YAP-ın aparıcı üzvləri partiya iclaslarında da bir-birini də tənqid edə bilmir?

- Xeyr, əsla. Çünki əksəriyyəti bataqlığın içində olduğundan bir-birinin yanında da gözükölgəlidirlər. Əgər biri o birisinə desə ki, sənin 20 villan var, filan banklarda neçə milyon pulun var. Dərhal o da sualla cavab verəcək ki, bəs özününkülərdən niyə danışmırsan, sənin varidatın bəlkə mənimkindən də çoxdur.. Odur ki, bunlar biri-biri ilə razılığa gəliblər ki, sən mənim paxırımı, zibilimi açma, mən də səninkini açmayım.

- Son illər və aylarda, demək olar ki, hamısı YAP üzvü olan bir sıra yüksək və orta vəzifə sahibləri, o cümlədən nazirlər, icra başçılarının işlərində, xalqla, vətəndaşla davranışlarında yol verdikləri nəinki xəta və nöqsanlara, ağır cinayətlərə, korrupsiya, rüşvətxorluq, vəzifədən sui-istifadə hallarına  görə tutduqları postlardan azad olunması, bəzilərinin hətta həbs olunması hakim partiyada islahat və kadr yenilənmələrinin vacibliyini gündəmə gətirib.  Yəqin ki, artıq YAP lideri olaraq Respublika Prezidenti İlham Əliyev də iş qrafikinin çox məhdud olmasına, əsasən Qarabağ məsələsi ilə məşul olmasına rəğmən bu haqda düşünməkdədir.

- Bilirsiz, son onilliklərdə ölkədə həm aşağılarda, həm də yuxarılarda çox qəribə bir tendensiya yaranıb.  Hardasa  azca çətin bir problem yaranan kimi, hamı  Prezidentə üz tutur... Heç hakim partiyaya – YAP rəhbərliyinə bir müraciət edən yoxdur ki, onlar  da xalqın problemləri ilə maraqlansınlar. Məgər cənab Prezidentin vaxtı, imkanı var ki, hər rayonda hansısa icra başçısının, digər rəhbər məmurun nə işlə məşğul olduğunu, kimdən nə verib-aldığını öyrənə bilsin? Bunları partiyanın mərkəzi aparatı və rayon şöbələri bilməlidir. YAP-ın İcra Katibliyi, Siyasi Şurası, İdarə Heyəti, nəzarət qrupları var... Bunlar işləməli və YAP sədrinə hesabat verməlidir. Axı, siz dediyiniz kimi, demək olar ki, bütün icra başçıları, nazirlər, digər yüksək vəzifəli məmurların hamısı YAP üzvləridir. Bunların işlərinə partiya tərəfindən nəzarət olunmalı, nöqsanları, günahları müəyyən edilməli, cinayətə meyl edənlər bundan çəkindirilməli, yeri gələndə partiya cəzaları tətbiq edilməlidir... Heç Prezident Administrasiyasının şöbələri də bütün  problemləri həll etməyə çatdıra bilməz... Gərək partiyanın da şöbələri işləsin... Çünki Administrasiyanın əsas əməkdaşlarının sayı, uzağı, 150-200 nəfər olar, amma partiyanın 700 minədək üzvü var... Siyasi Şuradan, İdarə Heyətindən tutmuş hər bir sıravi üzvədək partiya fəallaşmalıdır... Amma təəssüf ki, bunlar Prezidentə heç bir kömək göstərmirlər.

Üzümü  partiyanın aparıcı şəxslərinə tuturam. Sizlərin hazırda özünüzün, rayon şöbələrinin qərargahlarının kabinetlərinə girirsən, adam heyran qalır... Mən Kremldə də olmuşam, orda da belə yüksək səviyyəli dəm-dəsgah görməmişəm. Prezident, dövlət sizin üçün hər cür şərait yaradıb, zəhmət çəkin, işləyin də... Yoxsa başqa şeylərdi sizin məqsədiniz? Bu minvalla ölkəmizin o ağır günlərində minbir əziyyətlə yaradılmış partiyanı pis vəziyyətdə qoyursunuz axı... Ona görə də dözmək olmur bunlara... Kimsə yaxşı iş görməyib qürrələnəndə adama çox pis təsir edir... Budurmu sizin gördüyünüz işin nəticəsi? Yaxşı iş olanda qürrələnərsiniz, bir balaca pis işlə rastlaşanda, niyə belə olmasının səbəbini soruşanda cavab verirsiz ki, cənab Prezidentin tapşırığını gözləyirdik. Məgər əliəyri, tamahkar partiya üzvünə doğru yol göstərmək üçün cənab Prezidentin birbaşa göstərişinə, tapşırığına ehtiyac var?..

Biz indi Konstitusiyanın tələblərinə əsasən YAP-ın  demokratik quruluşa töhfələr verməsindən danışmalıyıq. Ancaq gerçəklik odur ki, çoxsaylı YAP-çı məmur ordusu cərgələrində baş verənlər bu haqda bəhs etməyi çətinləşdirir. Qanunların aliliyinin ölkədə təmin edilməsində partiyamızın rolu yalnız  tənqidə layiqdir. İqtidar partiyası qanun keşiyində duran partiya olmalı və öz üzvlərinə qanunçuluqda  nümunə olmalıdır. Təəssüf ki, qanun pozuntusu olan dövlət və hökumət qurumlarında aparıcı vəzifələrin əksəriyyətində YAP üzvlərinin olması heç kəsə sirr deyil. İşdəki, vəzifədəki nöqsanlara görə YAP-dan kənarlaşdırma isə, demək olar ki, yoxdur. KİV-də yalnız 2-3 aparıcı YAP-çı çıxış edir. Onlar da eyni fikirləri söyləməklə tamaşaçılarda antipatiya yaradırlar.

Sanki gənc nəslə  paxıllıq edilir. İstedadlı gəncləri küncə sıxanlar var... Demokratik idarətemə sahəsində  partiyanın rolundan danışmaq da qeyri-mümkündür. Müxalifət müxtəlif formada  tənqidlər edəndə bəzən YAP-çılar bunun qarşısında aciz qalırlar. Niyə? Ona görə ki, bəzilərinin başı yalnız özlərinə, var-dövlət yığmağa qarışıb....  Partiyadaxili nəzarət sistemi də yox dərəcəsindədir... Hər YAP üzvünün tapşırılmış sahəyə cavabdehliyi nəzarətdən uzaq olduğundan  hər bir şəxs öz istədiyini edir, dövlətin cibi ilə öz cibinə fərq görmür. Bu da təbii ki, respublikadakı ictimai-siyasi duruma mənfi təsir göstərir... 

Hazırda respublika üzrə bələdiyyələrdə yaranmış qeyri-müstəqil idarə üsulunun müəllifi elə rəhbərlikdəki YAP  üzvləridir. Bələdiyyələr bu və ya başqa yolla yerli icra hakmiyyətlərinə, konkret olaraq icra başçılarına tabe etdiriliblər. Konstitusiyamızın 4-cü bölməsinin 9-cu fəslini kobudcasına  pozan məhz vəzifələrdəki YAP üzvləridir. İcra hakimiyyətləri  qanunsuz olaraq bələdiyyə başçılarının iclasa çağırıb tapşırıqlar verir. Onları danlayır və hətta bəzən təhqir də edirlər.  Bələdiyyə seçkiləri isə faktiki olaraq icra başçıları tərəfindən bələdiyyə sədrlərinin təyinatıdır... Sovet dövründəki kolxoz sədri, baş çoban seçkiləri də indiki bələdiyyə seçkilərindən demokratik keçirilirdi... Bu, yerli özünüidarəetməyə hörmətsizlikdir və antikonstitusyon bir davranışdır. Onları edənlər də yerli icra hakimiyyətlərində əyləşən, konstitusiyadan, qanunlardan xəbərsiz bisavadlardır. Onları dövlətçiliyimizə xəyanətkarlar da adlandıra bilərik... Mən parlamentdə bələdiyyələr  haqqında 19 qanun maddəsinin qəbulunda bilavasitə iştirak etmişəm və bəzilərinin də müəllifiyəm. Orada belə antidemokratik davranışlar haqda heç nə yazılmayıb.  

- Bəs Heydər Əliyev və YAP-ın sizin kimi fəal qurucuları partiyanı gələcəkdə necə görmək istəyirdi?

- YAP rəhbərliyində, İdarə Heyətində bir silkələnmə, təmizlənmə aparılmalı, tövbə etməli olanlar tövbə edib rəhbərlikdən kənarlaşdırılmalıdır... YAP-da tövbə komissiyası yaradılmalıdır... Həmin komissiya da partiyanın qurucularından, klassik üzvlərindən ibarət olmalıdır... Günahkar YAP-çıların tövbəsini onlar qəbul etməlidir. Hansının artıq tövbəsi də qəbul olunmursa, onlar birdəfəlik bayıra atılmalıdır. Bunların çoxunun artıq “istifadə müddəti” də keçib.

Dərindən düşünəndə Heydər Əliyevin, onun silahdaşları olan bizlərin çəkdiyi əziyyətə insanın heyfi gəlir... Biz 1992-1993-cü illərdə heç bir ciddi maliyyə bazası-filan olmadan cəmi-cümlətanı 150 nəfərlə hakimiyyət dəyişikliyinə nail olduq. Cəmi 7 ay ərzində Heydər Əliyevin Naxçıvandan gəlib hakimiyyətə yiyələnməsinə şərait yaratdıq. Amma 7 ay ərzində iqtidara gələn YAP-ın 27 ildir hakim olduğu ölkə hələ də inkişaf səviyyəsinə görə Sinqapura belə, çata bilmir. Niyə? Kimdir günahkar? Günahkar partiya rəhbərliyinə yerləşmiş həmin o anti-YAP mövqeli qruplardır. 

- İndiyədək heç olubmu ki, hansısa yüksək və ya orta vəzifəli şəxs  işində yol verdiyi nöqsanlara görə  partiyadan azad edilsin?

- Xeyr. Bayaq dediyim kimi, belə bir hal eşitməmişəm. Kimisə nöqsanlarına görə tənqid etsinlər. Kiməsə islah olunmaq üçün vaxt versinlər. Digərini müəyyən formada cəzalandırsınlar. Məsələn, töhmət versinlər. Məni son 20 ildə partiyanın iclaslarına dəvət etmirlər. Çünki bilirlər ki, mən tribunaya çıxıb partiyada baş verən neqativ halları çılpaqlığıyla açıb göstərəcəm.

- Müxalifətin neçə on illərdir YAP-ı kəskin tənqid etməsinə münasibətiniz necədir?

- Bütün problemlər kimi müxalifətin fəallaşması da YAP rəhbərliyində olanlardır. Hətta bunlar bəzən özləri Prezidentin gözünə girmək üçün cəmiyyətdə süni problemlər yaradıb sonra guya onu həll edirlər. Və daha sonra da dövlət başçısına məlumat verirlər ki, məsələn, müxalifət filan məsələyə qarşı aksiya keçirmək istəyirdi -susdurduq. Halbuki, özləri şərait yaradıb həmin müxalifətin etirazına. Bilirsiz, YAP rəhbərliyindəkilər özləri öz fəaliyyətsizlikləri ilə müxalifətə faktlar verirlər. Müxalifət də bunları əlində dəstəvuz edib kütlələri ayağa qaldırır. Sən özün faktlara, problemlərə şərait yaratmasan, müxalifət səsini qaldıra bilərmi?

Sultan Laçın
Oxşar xəbərlər
11:00, Bu gün
Tehranın Azərbaycanla bağlı daha bir QORXUSU budur - ŞOK AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək