“Dedi ki, səni ayaqdan tutmuş sinənə qədər çəkib göstərməliyəm”
Mədəniyyət
Oxunub: 4862
17 Sep 2013 | 12:34
“Dedi ki, səni ayaqdan tutmuş sinənə qədər çəkib göstərməliyəm”

Populyar müğənni Röya Ayxan “Qafqazinfo”ya müsahibəsində şəxsi həyatı və yaradıcılığı ilə bağlı maraqlı açıqlamalar verib.  Moderator.az həmin açıqlamanı təqdim edir:

- Türkiyə şou-biznesinə qoşulan müğənnilərimizin əksəriyyəti müvəffəqiyyət qazanmadı. Röyanı orada sevdirən nə oldu?

- Mən də sizə belə bir sual verirəm. Hansı müğənni Türkiyə şou-biznesinə normal şəkildə qoşuldu və sevilmədi? Gəlin kişi kimi danışaq. Belə də yazın. Mən gedib gələnə kimi kim gedib yaxşı pul buraxıb mahnı yazdırdı? Musiqinin dili yoxdur, biz ingilis dilində başa düşmürdük, amma sevə-sevə Maykl Ceksona qulaq asırdıq. Mənə dostlarım həmişə deyirdi ki, səs tembrin türklərə yaxındır, başqalarını qəbul etməmələrinə baxmayaraq, səni sevəcəklər. Fikirləşdim ki, bu işə başlayacam, müğənni, jurnalist tayfasının mənə olan münasibətinə baxacam, əgər məni bəyənib sevsələr, işimi davam etdirəcəm. Ona görə “Göndər” mahnısını və klipini hazırladım. Yerimdə addımlamaqdansa, yeni işə imza atmağı üstün tutdum. Özümü çox üstün və ağıllı qadın sayıram. Mən hər qızın etmədiyi və edə bilmədiyi işləri görürəm, arzuları həyata keçirirəm. Mahnı efirə gedəndən sonra türklər məni sevdi, mənə gözəl sözlər dedi, o zaman başa düşdüm ki, mən doğru addım atıram. Münasibətimin necə olmasından asılı olmayaraq buradan gedən müğənniləri dəstəkləyirəm, onlar da bizimkidir, onların dırnağını başqa millətə dəyişmərəm. Əvvəl bizim haqqımızda türklər pis fikirləşə bilərdilər, çünki formalaşmamışdıq, inkişaf etməmişdik. İndi haqqımızda çox gözəl fikirdədirlər, bizi çox sevirlər. Türkiyədə bu sənətə pul buraxanlar fikirləşməsin ki, orada bizi sevmirlər, işləri alınmayacaq. Artıq biz onların sənətçilərini qəbul edirik, onlar bizi qəbul edirlər. Mən kiməsə acıq vermək, kimsə edib ondan sonra edim, kimsə etməyib ondan öncə edim deyə türk şou-biznesinə qatılmamışam. Hər şeyi Röya adına, özüm üçün edirəm, Azərbaycan adına işləyirəm, məni başqa heç kim maraqlandırmır. Orada deyirlər “Bu nasıl ses?”, “Bu nasıl kadın?”, qürur hissi keçirirəm və düşünmürəm ki, orada məni pul baxımdan da aldatmayıblar.

-Bəzi müğənnilər gedib ziyana düşür. Türkiyə şou-biznesinə sərf etdiyiniz pulu qazana bildinizmi? Röya ziyana düşmədi?

- Mənim sənətimə buraxdığım pul Azərbaycanda dövr edir. Yaxşı oğul istəyirəm ki, birinci öz vətənində qalxsın. Öz vətənimdə hər şeyi etdim, bir çalışqan qadın, övlad, ana kimi başqa yerlərdə də tanınmağa haqqım var. On gün sonra bütün işlərə start veririk. Bir il mahnılar hazırladıq, hal-hazırda Gülşəndən mahnı hazırlanır, Əflatundan aldığım mahnı artıq startdadır, Gökhan Təpədən, İsgəndər Paytaşdan mahnı olacaq. Artıq oradakı sevgini gördükdən sonra dayanmayacam.

- Orada sizi “Azərbaycanın Rihannası” adlandırdılar, ona bənzətdilər...

- Bu adı normal qarşıladım. Məni Rihannaya bənzədən jurnalistlərlə görüşdüm və onlara dedim ki, bilirsiniz, Rihannanın yaşı mənim yaşımın yarısı qədərdi. Hər müğənninin öz ifa tərzi, öz stili var. Sadəcə onlar Azərbaycandan mənim kimi müğənni, qadın gözləmirdilər, şoka düşmüşdülər. “Göndər” klipim çəkiləndə dedilər qorxmursan bunu efirə verməyə, söz-söhbətlər artacaq. Rejissorla danışanda dedim ki, sənə imkan yaradıram, elə bir klip çək ki, tam gözəlliyi göstər, incəsənət qurban tələb edir, nə qədər açıq çəksən də, insanlarla təmasımı yaxınlaşdırma, məni ucuz bilməsinlər, bahalı bilsinlər, yaxından görsələr də, əlləri çatmasın və biz bunu bacardıq. Rejissor dedi ki, sizdə silikon deyilən bir şey yoxdur, ayaqdan tutmuş sinənə qədər çəkib göstərməliyəm. Kim nə deyir desin, şou-biznesdə açıq-saçıq geyinmək məndən başqa heç kimə yaraşmır.

- Bəlkə, xalq artıq sizi belə qəbul edib.

- Düşünmürəm ki, məni açıq-saçıq geyimlə qəbul edirlər. Sadəcə mən paltarı təqdim edə, üzərimdə daşıya bilirəm. Əsəbiləşib söyüşlə dava edirəm. Başqası mənim kimi edəndə düşünürəm ki, vay bunda nə pis çıxdı? Çox sevinirəm ki, Vaqif Gərayzadə kimi sənətdə atam olub, ona görə mən çox ağıllıyam. Həyatda səhvlərim çox olub, Allaha qurban olum, səhvlərimə görə özüm cavab verəcəm, nə sən, nə internetdə oturub məndən yalan yazanlar, təhqir edənlər, adlarını, özlərini gizlədənlər mənim əvəzimə cavab verməyəcək. Mən görün necə işlər görürəm ki, onlar ata-analarının qoyduğu adlardan keçirlər.

-Sizin ailə həyatınız tamaşaçılara maraqlıdır. Sosial şəbəkədə həyat yoldaşınızın “Boşandıq” zarafatı da söz-söhbətə səbəb oldu.

- Yeni ailə quranda belə söz-söhbətlərə görə dava düşürdü. İndi ikimiz də oxuyub gülürük. Əvvəllər “boşanmaq” sözündən qorxurduq, artıq qorxmuruq, ailə üçün bu faciədir. Hər hansı dava düşsə, bezsəm, gedib boşana bilərəm. Bu vəziyyəti camaat yaratdı, artıq boşanma söhbəti adiləşib bizim üçün. Bu ailə üçün yaxşı şey deyil. Ailəm haqqında çox danışmaq istəmirəm, sonra müzakirə obyektinə çevrilirik.

- Müsahibələrinizin birində bildirmisiniz ki, yoldaşım dedi “Göndər” klipi efirə getsə, səni boşayacam...

- Anar klipin kadrlarını görmüşdü və dedi efirə getsə, səni boşayacam. Hamı mənə xəbərdarlıq etdi. Dedim gözləyin, mən hər şeyi necə dəlisov və fərqli edirəmsə, bu işim də alınacaq. Mən bütün sənətçilərə uğurlar arzulayıram, əziyyət çəkirik. Bu sənətdə acığa iş görənlərə də sözüm var. Allah acığı sevmir. Mənə acığa iş görmək düşmür, bunu yanımda çalışanlar da, yanımdan gedənlər də bilir. On beş gün oxumasam, bu millət məni unudacaq. Ona görə yaxşı işlər görüb, yadda qalmalıyıq.

- Röya ana olandan sonra dəyişdi”¦

- Sən anasan?

- Xeyr

- İnşallah ana olarsan, bilərsən. Mən böyümüşəm, kim ana olursa, mənim kimi olur, amma dəyişməmişəm. Yenə əvvəlki kimi çılğın və şıltağam, deyib-gülməyimdən, zarafatımdan qalmaram, mırtlarım öz yerindədir (Gülür).

- Övladınıza yetərincə vaxt ayıra bilirsinizmi?

- Övladıma normal vaxt ayıra bilirəm. Burada dərsə gedir, ona görə onu Türkiyəyə apara bilmirəm. Amma çalışdığım qədər övladımla birlikdə vaxt keçirirəm.

- Sentyabrın 27-si konsert verəcəksiniz. Tamaşaçıları konsertdə nələr gözləyir?

-Tanınmış otellərin birində 1 saatlıq çıxış edəcəm, daha sonra DJ səhnəyə çıxacaq. Orada beş nəfər musiqiçi ilə performans göstərəcəyik. Heydər Əliyev adına sarayda verəcəyim konsertin məşqi sayılacaq. O konserti dekabrda verməyi düşünürəm. İstəyirəm o konsertdə xarici ölkələrdən də dostlarım olsun, başqa musiqiləri də təqdim edim, buna hazırlaşıram. O qədər işlərim olur, deyirəm bunu edim konsert verim, sonra fikirləşirəm o biri işimi edim konsertdə təqdim edərəm. Disk üzərində işləyirəm, altı aydı mahnılarımı radiolara vermirəm, hamısını disk üçün saxlamışam.

- Türkiyədən sonra hansı ölkənin şou aləminə qatılmağı düşünürsünüz?

- Vaqif Gərayzadə düşünür ki, mən ruslar üçün tembr baxımdan çox maraqlı olaram. Yaltada “Söylə” mahnısını ifa etmişdim, çox maraqla qarşılamışdılar. Orada işə Valeri Miladze ilə başlamaq istəyirəm.

- Ötən həftə yeni “Çarəsiz xəstəlik” mahnınızın sözləri üstə dava düşdü. Bu haqda məlumatınız var?

- “Çarəsiz xəstəlik” mahnısının sözləri Leylinin, musiqisi Pərviz Mahmudovundur. Söz yazarlarının arasında internetdə söz-söhbət olur. Mən qarışmıram. Bu yaxınlarda Abbas Bağırovdan “Dastanlar yazalım” adlı mahnı götürmüşəm. Sözləri Abbasa və Nurullah Çaçana, musiqisi Abbasa məxsusdur. Sonra bildim ki, Ramal İsrafilov da oxuyub, amma albomuma salacam.

- Bir müddət əvvəl Hüseyn Abdullayevin mahnısını ifa edəcəyinizi bildirdiniz. Amma sonra mahnıdan xəbər çıxmadı?

- Mən vasitəçiyəm, necə ki, sən mənimlə xalq arasındakı vasitəçimsən. Kim yaxşı mahnı yazarsa, o mahnını oxumasam, ölərəm. “Sənə görə” mahnısından sonra yaxşı mahnı təqdim etməyib, etsə oxuyacam.

- Gənc müğənnilərdən Röya kimləri bəyənir?

- Mən ad çəkməkdən çəkinmirəm. Təzə-təzə oğlanlardan qardaşım xoşuma gəlir. Qardaşım olduğu üçün demirəm, bu qədər insanın əlindən tutdum, bilmirdim qardaşımın o cür səsi var, bu yaxınlarda İsmayılı təqdim edəcəm, şou-biznes hazır olsun. Günay İbrahimli ilə yaxın dostdurlar, gəncdirlər, bir-birilərinə kömək edirlər. İsmayılın “Şarm” qrupu ilə fotosessiyası olub, eşidəndə ki, Günay ona kömək edib çox sevindim. Gənc ifaçıları çox bəyənirəm, amma çox ucuz, bir aylıq mahnı oxuyurlar. Halbuki, çox gözəl səs tembrlərı var. Əvvəl biz çabalayırdıq, mənə qızıl hədiyyə verirdilər, lombarda qoyurdum, gəlib Faiq Sücəddinovdan mahnı alıb oxuyurdum ki, repertuarımda olsun. Bir dəfə Eldar Mansurovdan mahnı istədim. Elə qiymət dedi ki, düşündüm bu pulu heç vaxt qazana bilmərəm. Mənəm, İradədir, Tünzalədir birlikdə səhnəyə çıxan insanlarıq. İndikilər bir aylıq mahnı oxuyurlar. Ona görə adlarını çəkmək tezdir. Mənim adımı çəkən olmayıb, hətta indi də risk edib çəkmirlər, düzünü deməyə qorxurlar.

- Röya hər zaman ürəyində olanı dilə gətirib. Bəlkə, Röyanı xalqa sevdirən mahnılarından əlavə bu səmimiyyətidir?

- Məni sevirlər, səbəbini bilmirəm. Məni sevsinlər, əziyyət çəkən, bütün normal və anormal çətinliklərə dözən qızam, həm kişiyəm, həm qadınam, işçilərim var, maaş, çörək verirəm, elə-belə insan sayıla bilmərəm.

-Prodüserlər mərkəzi açmaq istəyirdiniz. Bəs necə oldu?

- Prodüserim Kənana dedim xəbər yay, kim prodüser olmaq istəyir müraciət etsin. Səksən nəfər gəldi, yetmiş doqquzu dedi nə qədər qazanırsınız, onları maraqlandıran pul idi. Bir nəfər isə artıq bizlə çalışır, adı Timadır, saytlarımı o açır, onu hazırlayırıq. İstəyirəm ətrafımızda yaxşı qızlar, oğlanlar olsun. Şou-biznesdəki bütün yaxşı işçilərə mən dərs keçmişəm. Onlar orada-burada başlarını girləyir, deyirlər, mən filankəsə görə adam olmuşam. Onlar qınından çıxıb, qınını bəyənmirlər. Kiminin adını, kiminin stilini dəyişdirmişəm, bütün yolları öyrətmişəm. Bunları dansalar, Allah onlara qənim olar, elə danan vaxtlarda da qənim olur.

- Geyimlərinizi seçərkən nələrə diqqət edirsiniz?

- Geyimləri özüm alıram. Bir balaca fanatım vardı, indi böyüyüb stilimi bilir. Ona zəng vururam, deyirəm dükana nə gəlib göndər. O da fəsilə uyğun ala biləcəyim paltarları göndərir. Ayağımdakı ayaqqabını heç kim düşünməz ki, mən geyinərəm. Ayaq ölçüm 38-dir. Bu ayaqqabı 37-dir, güclə geyinib böyütmüşəm. Hər stili sevirəm, ona görə qarderobumda hər cür paltar var.

- İstər media əhlinə, istər haqqında şayiə yayanlara, yazanlara son sözün nədir?

- Mənim onlara heç vaxt son sözüm olmayacaq. Çünki onların da əvvəli və axırı yoxdur. Nə qədər əlimdə mikrofon var, səsim gəlir, onlar da həmişə olacaqlar. Boş yerə özlərini yorurlar, məni heç nə ilə durdura bilməyəcəklər. Başqa işlə məşğul olsun.

Oxşar xəbərlər
19:19, Bu gün
Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı
19:18, Bu gün
Rəqqasə Fatiməni məhkəməyə verdilər
19:10, Bu gün
Bakı metrosunda ölüm hadisəsi olub
19:09, Bu gün
KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib
19:03, Bu gün
Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb
18:56, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:47, Bu gün
Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
18:45, Bu gün
Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
18:42, Bu gün
Prezidentin Almaniya səfəri Qərbin Azərbaycana münasibətində nəyi dəyişəcək?
18:31, Bu gün
Miri Yusifin arvadının səs yazısı yayıldı - AUDİO
18:27, Bu gün
Biləsuvarda ərzaq mağazasının anbarı yanıb
18:24, Bu gün
Yuxuda danışırsınızsa, DİQQƏTLİ OLUN
18:21, Bu gün
Milli Müdafiə Universitetində Pakistanın hərbi təhsil üzrə nümayəndələri ilə görüş keçirilib
18:17, Bu gün
Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - FOTO/VİDEO
18:09, Bu gün
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
18:05, Bu gün
Fransaya Şolts KARTI - Makronu sıradan çıxartmaq üçün Bakıdan DƏQİQ ATIŞ
18:02, Bu gün
Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib
17:59, Bu gün
Rusiyada gənc qız başqasının yük maşınına minərək onu insanların üstünə sürdü
17:55, Bu gün
Orenburqda daşqınlardan zərərçəkmiş yüzlərlə ev söküləcək - VİDEO
17:51, Bu gün
İdmançımız Avropa çempionatında finala yüksəldi
17:47, Bu gün
ABŞ səfirliyi: Şuşada baş verən hadisə bizi kədərləndirdi - VİDEO
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər şahid qismində istintaqa dəvət edilib
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb