İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
Analitika
Oxunub: 1367
27 Apr 2024 | 17:28
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
Ermənistanın ikinci prezidenti Robert Koçaryanla baş nazir Nikol Paşinyanın "ulduzu deyəsən heç vaxt barışmayacaq". 2018-ci ildə Sorosun dəstəyi ilə hakimiyyətə yiyələnən Nikol hər vəchlə 2008-ci ilin mart hadisələrinin acığını çıxmaq üçün və siyasi opponentini zərərsizləşdirmək üçün müxtəlif üsullara əl atıb. Koçaryan da öz növbəsində ölkədəki qarışıqlıqdan, xaosdan istifadə etmək, xalqı küçələrə tökmək, hakimiyyəti devirmək üçün dəfələrlə şansını sınasa da, atdığı ox daşa dəyib.
 
Elə 2021-ci ildə keçirilən parlament seçkilərində ciddi məğlubiyyətə uğradıqdan sonra bir müddət öz “qınına” çəkilən eks-prezident sadəcə sərsəm bəyanatlarla kifayətlənməli oldu. Son günlər isə yenidən Koçaryan cəbhəsində fəallaşma müşahidə edilib. Bu dəfə də baş verən qarışıqlıqdan öz xeyrinə istifadə etməyə çalışan siyasətçi növbəti uğursuzluğu ilə barışmaq məcburiyyətində qalacaq. Bunu hadisələrin gedişatı da göstərir.
 
Belə ki, 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı qərarın açıqlanmasından sonra "5-ci kolon" və Tavuş yeparxiyası rəhbəri Baqratın təşkil etdiyi uğursuz aksiyalar gözlənilən nəticəni vermədikdən sonra Koçaryan texnoloqları “dahiyanə” üsula əl atmaq qərarına gəliblər. “Ermənistan” bloku və Daşnaksütyun fəalları ilə gizli razılaşmadan sonra kiçik qruplarla yolları bağlamaq, ölkədə xaos yaratmaq ideyası ortaya atılıb. Maraqlıdır ki, hər qruplaşmaya müxalifətin iki deputatı rəhbərlik edib və sayı 10-20 nəfər arası olan şəxslər müxtəlif üsullarla yolları bağlamağa cəhd göstəriblər. Hədəf isə İrəvanın mərkəzi küçələri ilə yanaşı, dövlətlərarası şosse yolları olub. Bununla da şəbəkə və təşkilatlanmış görünən etiraz aksiyası görüntüsü yaradılmağa çalışılıb. Maraqlıdır ki, bütün xəbərlər əsasən müxalifətin KİV-lərində yayımlanıb və küçələrə cəmi 10-20 nəfər çıxsa da, sayı izdiham kimi qələmə vermək siyasəti güdülüb. Bunun isə səbəbi evində oturan sadə erməni vətəndaşını təxribatlara cəlb etmək, aksiyanın miqyasını böyütmək olub. Amma bütün bu plan əks effekt verib.
 
 
İndi, gəlin, məsələyə başqa prizmadan yanaşaq. Koçaryan və texnoloqlarının bağlamağa cəhd etdiyi yollar beynəlxalq şosse yollarıdır və hazırda iqtisadiyyatı can verən Ermənistanın arteriya damarları sayılır. Bu isə iqtisadi kollapsa yol aça bilər. Digər ölkələrə mal daşıyan erməni iş adamlarını çətin vəziyyətdə qoymaq, onsuz da cana yığılan əhalini daha da bezdirmək əslində bu aksiyaların əsas məqsədlərindən biridir. Ermənistana giriş-çıxışı əngəlləmək, ixrac olunan malları ölkədən buraxmamaq və bir neçə gün yolda olan və taqətdən düşmüş insanları Ermənistana buraxmamaq kimin ağlına gələ bilərdi? Belə “fövqəlqüdrətli” strategiyanı ancaq “parlaq” layihələri rus kuratorlarının ciddi nəzarəti altında doğulan və bu səbəbdən erməni xalqı tərəfindən rədd edilən Koçaryanın siyasi strateqləri ağlına gələ bilərdi. Strategiyasının uğursuzluğu nəticəsində “siyasi strateqlər” artıq xalqın özlərinə qarşı aqressivlik nümayiş etdirməyə başlayırlar, heç olmasa, bu cür üsullarla toqquşmalara, iğtişaşlara səbəb olmağa çalışırlar ki, hansısa yolla sahibinə hesabat versinlər.
 
Bununla belə, KİV-lərdə yayılan fotoların analizi zamanı məlum olur ki, yolları bağlayan avtomobillərin yanında Koçaryan dəstəsinin 5-10 nəfərindən başqa, yəni bu aksiyaları dəstəkləyən sadə xalq nümayəndələri gözə dəymir. Həm də nəzərə almaq lazımdır ki, müxalifətə yaxın və müxalifətin idarə etdiyi mətbuatda aksiyalarla bağlı dərc edilən xəbərlərin 90 faizdən çoxu saxtadır və şişirdilmişdir. Bunu elə erməni sosial şəbəkə istifadəçiləri ifşa ediblər. Məlum olub ki, bir neçə yolun bağlı olduğu deyilsə də, Robertin partiyasının deputatları bu yolu bağlamağa çalışsalar da, buna nail ola bilməyiblər. Kiçik dəstələrə rəhbərlik edən deputatlar müxtəlif yolları bloklamağa çalışaraq bunu xalqın üsyanı kimi qələmə verməyə çalışıblar.
 
 
Faktlara müraciət edək; Mher Melkonyan kiçik dəstə ilə Alagöz bölgəsində Aparan-Vanadzor yolunu tutmağa cəhd edib. Qarnik Danielyan, Aspram Krpyean və Qeqam Manukyan isə Kirants-Voskepar şossesində görünüb. Artur Sarqsyan, Aqvan Vardanyan isə Tiqranaşendə aksiyaya cəhd ediblər.
 
Fraksiyanın təşkil etdiyi aksiyalarda Karen Koçaryan da gözə dəyib. Bu şəxs 2021-ci il parlament seçkilərində Robert tərəfindən işə götürülüb və seçkiöncəsi kampaniyanı idarə edib. Nəticə isə məlumdur, eks-prezident biabırçı şəkildə məğlub olmuşdu. Bu dəfə isə Karen sifarişçisini məmnun etmək üçün şəxsən qollarını çırmalayıb və küçələri bağlamağa cəhd göstərib. Onun yanında isə David Saakyants olub. Bu şəxs Koçaryan komandası üçün hökumət əleyhinə kampaniyaya rəhbərlik edir və bu işdən külli miqdarda pul qazanır.
 
İkigünlük aksiya isə nəticə vermədi. Bütün yollar açıqdır və Ermənistan vətəndaşları Koçaryanın tərəfdarlarının və digər müxalifətçilərin fürsətçi davranışlarını bir daha rədd etdi və qondarma aksiyalara qoşulmadı.
 
 
Başqa faktlara da diqqət edək; məlum olub ki, Noyemberyan-Baqratşen yolunda təxribata cəhd edən və polis tərəfindən saxlanılan şəxsin axtarışda olan cinayətkar olduğu üzə çıxıb. İki istiqamətdə aksiyaçılara qoşulan, özünü general kimi təqdim edən şəxsin hərbçi olmadığı məlum olub. Bəlkə də elə bu səbəbdən Ermənistanın Müdafiə nazirliyi açıqlama yayaraq hərbi paltarda aksiyalara qoşulanların şəxsiyyətinin araşdırıldığını, onlarla bağlı ölçü götürüləcəyini bildirib. Başqa bir fakt; İrəvan küçələrinin birində yolu bloklamağa çalışan kiçik qrupun fotoları növbəti gün başqa rakursdan fərqli bir aksiya kimi müxalif KİV-də təqdim edilib. Müxalifət bu cür yalan və saxtakarlıqlar yaymaqla süni fon yaratmağa çalışır ki, guya ictimai üsyan baş verir, açıq-aşkar müəyyən qüvvələrin nəzarətində olan qruplaşmaların isə sayı 30-40 nəfərdən o yana keçmir.
 
Dünən Ermənistan parlamentinin qarşısında baş verən kiçik aksiya isə elə erməni KİV-i tərəfindən ifşa edilib və lağa qoyulub. Məlum olub ki, etiraza rəhbərlik edən Ovanes Şaqinyan İrəvanın Ərəbkir rayonunun keçmiş icra başçısı, eyni rayonun keçmiş polis rəisi və Milli Olimpiya Komitəsinin keçmiş üzvüdür. Bu şəxs bu vəzifələrdə Koçaryanın hakimiyyəti illərində çalışıb.
 
Bütün bu hadisələr onu göstərir ki, siyasi meyit sayılan Robert Koçaryan artıq sadə erməni vətəndaşının etimadını qazana bilmir. Müxtəlif aksiya və texnoloqlara tökdüyü pullar isə əks effekt verir. Bir neçə günlük “etiraz” aksiyaları isə nəticə vermir və kütləni bu işlərə alət etmək arzusu puç olub. Hər zaman eks-prezidenti dəstəkləyən erməni kilsəsi isə susur. Bu susqunluq ikinci prezident üçün heç də xeyirə əlamət sayılmır... /Report/
 
Oxşar xəbərlər
19:10, Bu gün
Rusiya Yaponiya və ABŞ-nin yaratdığı hərbi təhdidlərə cavab verəcəyini bildirib
19:03, Bu gün
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir - AÇIQLAMA
18:54, Bu gün
İrəvanda etiraz aksiyası BAŞLADI
18:44, Bu gün
Toni Kroos “Real Madrid”dən ayrıla bilər
18:43, Bu gün
Rusiya-Çin Ay stansiyası üçün nüvə enerji qurğusunun hazırlanmasına başlanılıb
18:00, Bu gün
"Manuel Noyer daha 100 il etməyəcəyi səhvə yol verdi"
17:54, Bu gün
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO
17:48, Bu gün
“Borussiya”nın əfsanəsi ABŞ klubuna keçir
17:46, Bu gün
Ərdoğan Rusiya və Ukraynaya ÇAĞIRIŞ ETDİ
17:41, Bu gün
Tanınmış müğənni Niderlandda evlənir - Toyuna kraliçanı çağırdı
17:34, Bu gün
Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır
17:27, Bu gün
Rusiyanın yeni müdafiə naziri bu şəxs olacaq
17:20, Bu gün
COP29-un rəsmisi BMT-nin plenar sessiyasında çıxış edib - FOTO/VİDEO
17:17, Bu gün
PSJ Kilian Mbappe üçün vida mərasiminin hazırlıqlarına başlayıb
17:15, Bu gün
"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO
17:10, Bu gün
Dövlət qurumunun iki idarəsi birləşir
17:03, Bu gün
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqladı
16:57, Bu gün
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etdi - FOTO/VİDEO
16:50, Bu gün
"Musiqi kimliyimiz" layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq
16:44, Bu gün
Regiona düzən verən Bakı-Ankara tandemi: Kənar təsirlər necə dəf edilir? – ŞƏRH + FOTO
16:37, Bu gün
“Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə QƏRAR VERİLDİ
16:32, Bu gün
İrəvanda gərginlik artdı, şəhərə əlavə polis qüvvələri yeridildi - YENİLƏNİB + VİDEO
16:28, Bu gün
Çinli idmançı Bakıda dünya rekordunu yenilədi - VİDEO
16:22, Bu gün
“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI - VİDEO
16:19, Bu gün
Abidənin yerində anbar tikilməsinə rəsmi qurumdan AÇIQLAMA - VİDEO
16:16, Bu gün
Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK: Çox sayda maşının eyni vaxtda təkəri partladı - VİDEO
16:12, Bu gün
Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - TƏFƏRRÜAT
16:07, Bu gün
Təhlükə mənbəyinə çevrilən körpü - REPORTAJ
16:05, Bu gün
Azərbaycan elminə AĞIR İTKİ - FOTO
16:01, Bu gün
Zelenski Zalujnını bu ölkəyə səfir təyin etdi - YENİLƏNİB
15:58, Bu gün
Buzovna sakinləri zibil konteynerlərindən təngə gəliblər - VİDEO
15:54, Bu gün
Gədəbəydə “Yaşıl marafon" keçirilib
15:50, Bu gün
"Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir" - Rumen Radev
15:48, Bu gün
Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edildi
15:40, Bu gün
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”
15:34, Bu gün
Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi: Ön təkəri partladı - FOTO/VİDEO
15:29, Bu gün
Sülh sazişi burada imzalanacaq: Almatıda isə... - Detallar AÇIQLANDI
15:22, Bu gün
İrəvana daxil olmuş keşiş Baqratın revanşist yürüşündə cəmi 1450 nəfər iştirak edir...-FOTO
15:22, Bu gün
Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”
15:15, Bu gün
Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO
15:12, Bu gün
“Yaşadığım evi ondan hədiyyə almışam” – VİDEO
15:10, Bu gün
Türkiyə COP29-da iqlim dəyişikliyi ilə bağlı "yol xəritəsi"ni açıqlayacaq
15:05, Bu gün
Sabahkı Almata görüşündə Zəngəzur razılaşması olacaq?
15:00, Bu gün
“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı
14:55, Bu gün
ARB-nin aparıcısı övladını itirdi
14:50, Bu gün
1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: NADİR KADRLAR - VİDEO
14:48, Bu gün
Azərbaycanda qaya uçqunu olub - FOTO
14:45, Bu gün
Slovakiya-Azərbaycan əlaqələri... -  Balanslı və müstəqil siyasətin bariz nümunəsi
14:42, Bu gün
İranda Kann festivalının iştirakçısı olan rejissor azadlıqdan məhrum edilib
14:39, Bu gün
"50-55 yaşı var efirə çıxıb ərə getməkdən danışır" - VİDEO
14:37, Bu gün
“Baxışı ilə “şeytanların içindəyəm” deyirdi” - VİDEO
14:35, Bu gün
Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək
14:30, Bu gün
Siyavuş Novruzovun jurnalistlərə ev təklifi - kim nə deyir?
14:14, Bu gün
98 yaşlı veteran: “Atam müharibədən yaralı halda qayıtdı, mən getdim” - MÜSAHİBƏ + FOTO
14:09, Bu gün
Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər
14:00, Bu gün
Bakıda “Talassemiyanı işıqlandır” aksiyası keçirildi
13:57, Bu gün
İcma: "Fransanın Azərbaycana qarşı iddiaları Ermənistana silah satışına haqq qazandırmaq üçündür"
13:53, Bu gün
İlin sonunadək Cəbrayıla yüzlərlə ailə köçürüləcək - VİDEO
13:48, Bu gün
"Kişilər yalnız dəfn olunanda qadın bilir ki, əri hara gedib" - VİDEO
13:40, Bu gün
"Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq həm Azərbaycana, həm də Britaniyaya fayda verir" - FOTO
13:31, Bu gün
Oğuz Rayon Polis Şöbəsinə rəis müavini təyin edildi
13:25, Bu gün
Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotiklə TUTULDU
13:18, Bu gün
Ağdamda 12 yaşlı uşağı ilan sancdı - FOTO
13:13, Bu gün
Böyük güclərin ticarət yolları uğrunda savaşı qızışır - Azərbaycanın mövqeyi...
13:05, Bu gün
Bakıda beşmərtəbəli binada təhlükəli vəziyyət: RİH-in razılığı ilə zirzəmini mənzil etdilər - FOTO
13:00, Bu gün
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
12:57, Bu gün
Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO
12:52, Bu gün
"Biz Ukraynaya yardım göstərilməsi üzrə NATO-nun ağılsız missiyasında iştirak etməyəcəyik" - Macarıstan XİN rəhbəri
12:49, Bu gün
“Bavariya” rəsmiləri hakimin üzrünü qəbul etmədilər
12:47, Bu gün
Zeynəb Xanlarovadan danışdı, sonra hönkürərək ağladı: “Ölmədən bu arzuma çatmağa kömək etsinlər” - FOTO + ÖZƏL
12:44, Bu gün
Türkiyədə ötürücü quraşdırılan şahin Azərbaycan daxil olmaqla 34 ölkədə olub - FOTO/VİDEO
12:40, Bu gün
“Tiktokeri polisə biz şikayət etməmişik” - Aygün Bəylərin ailəsindən AÇIQLAMA + ÖZƏL
12:35, Bu gün
Leysan yağışların fəsadları: “Pomidor və gilas az olacaq, qiyməti də bahalaşacaq” - ÖZƏL + FOTO
12:32, Bu gün
KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb - FOTO
12:30, Bu gün
“Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi, 70 nəfər onun sayəsində çörək qazandı” - FOTO + ÖZƏL
12:27, Bu gün
"Əsl kişi hozu olmalıdır" - VİDEO
12:25, Bu gün
“WhatsApp”da foto və VİDEO ilə bağlı möhtəşəm YENİLİK
12:23, Bu gün
Bu qadının yerini deyənə 2000 manat veriləcək – VİDEO
12:20, Bu gün
Sabah 25 dərəcə isti olacaq - PROQNOZ
12:17, Bu gün
Şirazda mağaza sahibləri açıq-saçıq geyim satışı bəhanəsi ilə həbs ediliblər - FOTO
12:15, Bu gün
“Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir” - Qafarov
12:10, Bu gün
Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - VİDEO
12:05, Bu gün
"NATO Ukraynaya qoşun göndərməkdən rəsmən imtina edəcək" - "Corriere della Sera"
12:00, Bu gün
Azərbaycanın voleybol millisi Sloveniyaya yollandı
11:55, Bu gün
DİN-in əməkdaşları ağacəkmə aksiyası keçirdi - VİDEO
11:50, Bu gün
Hitlerə qarşı döyüşən neçə azərbaycanlı SAĞDIR?
11:45, Bu gün
İlham Əliyev incəsənət xadimləri ilə bağlı sərəncam imzaladı
11:40, Bu gün
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü təyin olundu
11:38, Bu gün
Ötən gün vətəndaşlardan dörd silah götürülüb
11:35, Bu gün
"İsrail Amerika bombaları ilə Qəzzada dinc əhalini qətlə yetirib" - Bayden
11:29, Bu gün
DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO
11:24, Bu gün
Sumqayıtda mənzildən meyit tapılıb
11:19, Bu gün
Azərbaycanda icra başçısının müavini vəfat etdi - FOTO
11:15, Bu gün
Yaşı bir əsri haqlamış müharibə veteranı: “Atam mənə “oğlum” deyirdi” - MÜSAHİBƏ + FOTO
11:05, Bu gün
“Səfirin Parisdə və ya Bakıda olduğunu sizə deyə bilmərəm, amma o, Şuşidə deyil”
10:55, Bu gün
Bir müharibənin iki kapitulyasiya aktı – tarixi zərurət, yoxsa Stalinin kaprizi?
10:45, Bu gün
"Qlobal iqlim fəlakəti qarşısıalınmazdır, proses artıq başlayıb" - "The Guardian"
10:35, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:30, Bu gün
İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
10:26, Bu gün
Belqorod atəşə tutuldu: Azı səkkiz yaralı var - FOTO/VİDEO
GÜNLÜK
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO