\"Əgər yazacağının mayası həyatın özəyindən götürülübsə, “əldəqayırma” deyilsə...\"
Oxunub: 3218
25 Jun 2020 | 10:19
\
Moderator.az saytının müsahibi yazıçı Mübariz Örəndir. 

– Koronavirusun yayıldığını eşidəndə ilk ağlınıza gələn nə oldu?

– Əvvəl həmişəki kimi, elə bilirdik hardasa, bizə aidiyyəti olmayan xəstəlikdi. Arealını genişləndirib qulağımızın dibinə, İrana, sonra isə sərhədləri aşıb ölkəmizə çatandan sonra kürkümüzə birə düşdü. Həyəcan artdı. Aydın oldu ki, hər bir insana təhlükə gətirən, əlacı hələ tapılmayan bir bəladı. Ondan sonra gərginlik daha da artdı, hələ də davam edir.

– Karantin rejimi yazmaq əhvalınıza mənfi təsir etmədi ki?

– Yazmaq əhvalıma yox, ümumiyyətlə əhvalıma təsir elədi, hamı kimi, depressiyanın ilkin simptomları üzə çıxdı: bir az bədbinlik, ümidsizlik, əhval-ruhiyyənin azalması, tənbəllik... Xüsusən ilin ən gözəl aylarında səyahət inkanlarımızın əlimizdən alınması mənə çox pis təsir eldi. Bu il qanqal, yemilik yeyə bilmədik. Lalələrin görüşünə gedə bilmədik. Yazmaq məsələsində isə, əksinə, bu aylar daha məhsuldar oldu. İki hekayə bitirdim, romandan bir az qımıldatdım. Düzdü, yaşadığımız gərginlik, depressiv ab-hava o yazılara nə dərəcədə hopdu, hopmadı, bilmirəm.    

– Uzun müddət Rusiyada yaşamısınız. Şimal ölkəsindən baxanda bu yerlər necə görünür?

– Qıraqdan baxanda bu yerlər Vətən görünür. Gənclik illərində bunu hiss eləmirsən, yaşa dolduqca başa düşürsən ki, vətən var; ruhunun cövlan etdiyi, ən sadə hüceyrələrinin belə “qol açıb” oynadığı, canının rahatlandığı bir yer. Bu quru sözlər deyil. Son vaxtlar Azərbaycana gələndə qayıda bilmirdim... Gedəndə də, fikrim burda qalırdı. 

– Sizi ilk dəfə oxuyanda 1960-cı illər nəsrinin yeni nümayəndəsini tanıdım sanki. Yaradıcılığınızda diqqət çəkən məqam çoxdu, ancaq... Sabir Əhmədli, Əkrəm Əylisli, Seyran Səxavət, Mövlud Süleymanlı... Elə bil ötən əsrin havası var yazdıqlarınızda.

- Mən bu suala cavab verə bilməyəcəm. Çünkisini deyə bilmərəm. Hesab edirəm ki, sualın özündə cavab var və mən bu cavabla həm razıyam, həm də yox. Təkcə onu deyə bilərəm ki, sadaladığınız adların hamısı Azərbaycan nəsrinin, dilinin yaradıcılarıdı. 

– Məişət mövzusunda qələmə aldığınız hekayələrdə faciənin dramatizmini yaratmaqla yanaşı mətnin alt qatındakı süjetə mifoloji məna vermək meyli də hiss olunur. Adi mövzunu alt qata çəkməklə elə bil sonu yenidən başlamağa çalışırsınız. Elə buna görə də, "Ağ buludlar" istisna olmaqla, sizin əsərlərinizdə mütləq sonluq yoxdur. Və bir oxucu kimi deyim ki, bu sizdə uğurlu alınır.

– Hər şey öz-özünə alınır. Əgər yazacağın mətn mayasını həyatın mahiyyətindən, özəyindən götürübsə, “əldəqayırma”, qondarma deyilsə, mütləq hansısa bir miflə bağlı olacaq; minilliklərin daşından süzülmüş mifoloji süjetlərdə həyatın hər üzünə, hər sirrinə, hər sualına cavab var və müəllifin o miflərə bələdliyi kifayət edir ki, mətn axıb öz süjetinə qovuşsun. Belə olanda, düz deyirsiz, mətn sanki sonsuz-intəhasız olur, özünü orbitində hiss edir, oxucunun fantaziyasından asılı olaraq sonsuz sayda “modifikasiyalara” rəvac verir.  

– Hekayələrinizdə bəzi ifadələr mənə bir az qəribə gəlir. Sanki süjetin ab-havasına uyğun bilərəkdən köntöy obraz adları və ifadələr işlədirsiniz. "Qarımış" sözünün "qartımış"la əvəzlənməsi, yaxud da "Ot" hekayəsindəki "ot mövsümü" ifadəsi. "Qartımış qızlar" ifadəsi üzərində çox durmayacam. Gəlin "ot mövsümü" deyimindən danışaq. Axı el içində daha çox "ot göyərəndə", "ot qalxanda" və "biçin mövsümü", hətta "ot biçini" deyimlərini eşitmişik...

– Onu deyim ki, “Ot” hekayəsi mənim ilk hekayələrimdəndi və mən o hekayəni ən zəif hekayələrimdən biri sayıram. O hekayə əslində mənim dillə davranma, təhkiyə axınını idarə etmə baxımından, belə demək mümkündüsə, test, sınaq mətni idi. Qaldı ki, konkret hansısa sözlərə, ifadələrə... siz dediyiniz sözlər də daxil olmaqla mənim istifadə etdiyim sözlər heç biri göydəngəlmə deyil, nə vaxtsa nənədən-babadan eşitdiyim sözlərdi. Elə ifadələr, sözlər də var ki, mən onu məhz elə görürəm: Ot mövsümü! Əjdər üçün ilin iki mövsümü vardı: Ot mövsümü və başqa avaraqulu vaxtlar. Ümumiyyətlə isə yazıçı söz yaratmaqdan qorxmamalıdı. Təzə söz yaratmaq, yaddan çıxmış hansısa arxaik sözü tapıb üzə çıxarmaq, ona pasport - təzə həyat vermək... Yazıçı eləməsə, kim eləyəcək ki, bunu? 

– "Qar Tanrısı" hekayəsinin ideyası necə yarandı?

– “Qar Tanrısı”nı Tanrı özü mənə göndərdi, əlimdən tutub yazdırdı. Şimali Qafqazda olarkən, Avropanın ən hündür dağı sayılan Elbrusu ziyarət edərkən bələdçi qız Elbrusun fəthi ilə bağlı çox maraqlı bir tarix danışdı. Söhbət Elbrusun zirvəsinə ilk ayaq basan, tarixə düşən, qəhrəman elan edilən, ölümündən sonra abidəsi ucaldılan çoban Kilardan gedirdi. Amma hekayətin içində bir sirli məqam da vardı ki, bələdçi qız sanki o sirrin üstünü həm açmaq istəmirdi, eyni zamanda, gizlədə də bilmirdi. Sən demə, Kiların fəth etdiyi zirvə Elbrusun ən yüksək zirvəsi deyilmiş, ikincisi isə... Zirvəyə - və şöhrətə! - ən yaxın olan qoca Kilar deyil, cavan Yexiya Sattayev imiş. “Qonağı darda qoymaq dağlıya yaraşmaz”, - zirvənin “beşaddımlığında” xəstələnən dəstə üzvlərindən birini düşərgəyə qaytarmaq üçün Kilar və Yexiya arasında seçim olur və dağlı adətinə görə Yexiya öz gələcək şöhrətindən imtina edir, o şöhrəti özündən yaşca böyük olan Kilara öz əliylə verir. Ədalətsizlik! Mən “Qar Tanrısı” hekayəsini o müqəddəs ədaləti bərpa etmək üçün yazdım, gec də olsa, zirvəni öz həqiqi sahibinə - Yexiya Sattayevə qaytarmaq istədim. Hekayəni bitirəndə üstümdən sanki bir dağ götürüldü. Burda bir maraqlı məsələ də var. Hekayədəki obrazların – iki qəhrəman çobanın – həyatda real prototipləri olub və bu fəth məsələsində onların qohum-əqrəbaları arasında indinin özündə də mübahisələr, versiyalar səngimir... Odur ki, xəbər tutsalar, Yexiya Sattayevin tərəfdarları üçün mənim hekayəm çox maraqlı olardı...

– Nədən yığcam bir romanı - "Ağ buludlar"ı povest adlandırdınız?

– İlk dəfə o roman “Azərbaycan” jurnalında çap olundu, orda məsləhət bilinmişdi ki, povest kimi getsin, elə də oldu. Həm də bu, bir az mənim yazıçı təvazökarlığımdan irəli gəlirdi: həcmcə nisbətən kiçik olduğu üçün roman kimi verməyə utanırdım. Əslində isə “Ağ buludlar” romandı və bütövlükdə müasir roman anlayışlarına cavab verir. Yeri gəlmişkən, bu il Fransada işıq üzü görəcəyi planlaşdırılan “Ağ buludlar” roman kimi və “Sadomor” adıyla çap olunacaq. 

– Labirint hekayələrin ardı olacaqmı?

– Hekayə özü-özünü yaradır, hansı formaya, qəlibə, yaxud qəlibsizliyə düşüb-düşməyəcəyi isə sirli yazı prosesindən asılıdı. Olacaqsa, olacaq!

– "Skayp" hekayəsi digər hekayələrinizlə müqayisədə daha az xatırlanır...

– “Skayp” hekayəsi mənin ən çox sevdiyim hekayələrimdəndi. Evdə dəcəl uşaq olur e, aləmi bir-birinə qatsa da, hamı tərəfindən sevilir, bax elə. 

– Roman yazmağa elə də həvəsli görünmürsünüz...

– Ciddi roman ciddi araşdırmalar, geniş mütaliə, eyni zamanda, enerji, vaxt, zəhmət və sağlamlıq tələb edir. Romançı gərək sağlam olsun, buz baltası kimi! Hər halda, bir roman başlamışam, görək...

– Hələlik bu qədər... Yazıçının vaxtını almaq ədəbiyyata düşmənçilikdir. Uğurlar, Mübariz bəy, sizdən yeni, maraqlı əsərlər gözləyirik.

– Sağ olun ki, yayın bu cırhacırında zəhmət çəkib əsərlərimi oxumusuz, suallardan belə görünür, bu da yazıçı üçün böyük sayğıdır.

Söhbətləşdi: Oqtay Qorçu
Oxşar xəbərlər
00:53, Bu gün
Çempionlar Liqası: "Bavariya" - "Real" oyunu qollu heç-heçə ilə başa çatıb
00:42, Bu gün
"Real" hesabı bərabərləşdirdi - YENİLƏNİR
00:26, Bu gün
57 yaşlı Mayk Tayson və 27 yaşlı məşhur bloqer dəbilqəsiz döyüşəcəklər
00:06, Bu gün
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
30 Apr 2024 | 23:40
Danimarkada qənaət məqsədilə aviaşou ləğv edilib
30 Apr 2024 | 23:38
Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır? - Müğənnidən ETİRAF 
30 Apr 2024 | 23:37
Ukrayna XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
30 Apr 2024 | 23:07
“Əkiz bacı” sindromu, yaxud siyasi Paris mədəni Fransanı necə dəfn edir?
30 Apr 2024 | 22:56
Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb
30 Apr 2024 | 22:55
Norveç Ukraynaya yardımı artıracaq
30 Apr 2024 | 22:22
“Yol əhvalatı”nın Fəridi: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - MÜSAHİBƏ + FOTO
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 21:39
Sumqayıtda zavodda yanğın başlayıb
30 Apr 2024 | 21:16
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
30 Apr 2024 | 21:08
“Bəli, biz etmişik, düz etmişik, yerində etmişik!”
30 Apr 2024 | 20:57
Fransada məhbus sayı tarixi rekord həddə çatıb
30 Apr 2024 | 20:53
BMT Baş katibi İsrail və HƏMAS rəhbərliyinə çağırış edib
30 Apr 2024 | 20:36
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
30 Apr 2024 | 20:36
Magistraturaya qəbul imtahanı verənlərin nəticələri elan edildi
30 Apr 2024 | 20:34
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
30 Apr 2024 | 20:22
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
30 Apr 2024 | 20:21
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 19:35
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 19:25
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
30 Apr 2024 | 19:09
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Apr 2024 | 19:09
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
30 Apr 2024 | 19:07
Nəzakət Teymurovanın qızı evlənir?
30 Apr 2024 | 19:00
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 18:59
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
30 Apr 2024 | 18:53
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:04
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
30 Apr 2024 | 18:02
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
30 Apr 2024 | 17:58
İlham Əliyev qəbul keçirdi - FOTO
30 Apr 2024 | 17:55
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
30 Apr 2024 | 17:50
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 17:43
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:36
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
30 Apr 2024 | 17:27
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
30 Apr 2024 | 17:24
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
30 Apr 2024 | 17:20
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
30 Apr 2024 | 17:16
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
30 Apr 2024 | 17:12
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
30 Apr 2024 | 17:08
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
30 Apr 2024 | 17:05
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
30 Apr 2024 | 17:02
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
30 Apr 2024 | 16:58
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
30 Apr 2024 | 16:54
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
30 Apr 2024 | 16:50
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 Apr 2024 | 16:49
Şuşaya DÖNÜŞ başladı
30 Apr 2024 | 16:44
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 16:26
"Süni intellekt" dərsliyi 4 dildə
30 Apr 2024 | 16:22
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
30 Apr 2024 | 16:18
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
30 Apr 2024 | 16:14
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
30 Apr 2024 | 16:09
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 16:02
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
30 Apr 2024 | 15:59
Bu ərazilərdə yeni məktəb tikiləcək
30 Apr 2024 | 15:55
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
30 Apr 2024 | 15:50
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
30 Apr 2024 | 15:45
May ayında hava necə olacaq?
30 Apr 2024 | 15:42
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
30 Apr 2024 | 15:40
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
30 Apr 2024 | 15:37
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
30 Apr 2024 | 15:35
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
30 Apr 2024 | 15:30
Tanınmış xanəndə vəfat etdi - VİDEO
30 Apr 2024 | 15:25
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
30 Apr 2024 | 15:22
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
30 Apr 2024 | 15:20
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
30 Apr 2024 | 15:15
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
30 Apr 2024 | 15:10
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
30 Apr 2024 | 15:05
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
30 Apr 2024 | 15:00
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
30 Apr 2024 | 14:55
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
30 Apr 2024 | 14:50
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
30 Apr 2024 | 14:45
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
30 Apr 2024 | 14:40
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
30 Apr 2024 | 14:35
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
30 Apr 2024 | 14:30
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
30 Apr 2024 | 14:26
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
30 Apr 2024 | 14:24
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
30 Apr 2024 | 14:19
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
30 Apr 2024 | 14:17
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
30 Apr 2024 | 14:14
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
30 Apr 2024 | 14:10
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
30 Apr 2024 | 14:05
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
30 Apr 2024 | 14:02
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
30 Apr 2024 | 14:00
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 13:52
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
GÜNLÜK
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 06:14
Marketlərdə orqanizmi məhv edən 20 ən zərərli qida
30 Apr 2024 | 05:00
“Selfie” çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı
30 Apr 2024 | 08:19
İli zəngin başa vuracaq bürclər açıqlandı - SİYAHI
30 Apr 2024 | 06:36
Qazax ərazisində Ermənistanla sərhədin Güney kəndinin ortasından keçə biləcəyi yalandır...
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
30 Apr 2024 | 06:35
Telefonsuz qalmaq qorxusu...
30 Apr 2024 | 07:22
Dünyanın ən bahalı ölkələri hansılardır? - SİYAHI
30 Apr 2024 | 16:38
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
30 Apr 2024 | 06:55
Qeyri-qanuni nikahlar niyə artır? - VİDEO
30 Apr 2024 | 09:48
Bu həftə 6 gün işləyəcəyik?