Ziyalılığın Rafiq Əliyev meyarları...
Oxunub: 3264
27 May 2020 | 12:09
Ziyalılığın Rafiq Əliyev meyarları...
“Su kimi sakit və güclü” kitabındakı mətləblərin və hədəflərin məni hələ çox özünə cəlb edəcəyini, düşündürəcəyini, bu qiymətli incinin səhifələrinə səyahət edib axtardığını tapanlar kimi sevinəcəyimi, ürəyimdən keçənləri məni anlayan kimlərləsə bölüşəcəyimi öncədən ”proqnoz”laşdırmışdım. Başqa proqnozlardan fərqli olaraq bu öncəgörməm yüz faiz özünü doğrultdu.

Özü də seçilmişlərdən olan Məmməd İsmayılın sözü ilə desək, Tanrının ovqatının xoş vaxtında dünyaya gələnlər, seçilmişlər düşüncələri ilə baş-başa qalanda qaranlığı, qara rəngi unudursan. Bilirsən ki, qara ilə ağın arasında sonsuz sayda qəlboxşayan rənglər varmış. Belə bəndələr başdan ayağa işığın özüymüş. “Millətin gizli bilgilərini daşıyan seçilmişlər”ə (M.İsmayıl) ziyalı da deyirlər, intelligent də. Mirzə Cəlil yüz il bundan əvvəl belələrinə “işıqlı” deyirdi. Nədənsə mənə “aydın” sözü daha doğmadır. Təkcə qardaşlarımız Anadolu türklərinin dilində işləndiyinə görə yox. Səslənməsinə, ana dilimizin qrammatik qaydalarına, uyğunluğuna, həm də dilimizin şirin-şəkər şirəsinə görə.
Ziyalılığın meyarları nədir? sualını on nəfərə ünvanlasaq, bəlkə də ondan on dəfə çox cavab alarıq. Səmimi, sadə, humanist, ədalətli, əqidəli, azad fikirli, ləyaqətli, cəsarətli, intellektli, vicdanlı, nəfsinə sahib, qürurlu, əzilməyən, sınmayan İNSAN olmaq, “mənəvi dəyərləri maddi meyarlarla ölçməmək, öz zəmanəsindən yüksəkdə durmaq” (Əbu Turxan), vətəndaşlığı, vətəndaş mövqeyini qorumaq, insanlara hörmət və qayğı ilə yanaşmaq, milli mənafeyi şəxsi maraqlarından üstün tutmaq, həqiqətin keşiyində dayanmaq. Bu mənəvi kriterilərin siyahısını hələ xeyli artırmaq mümkündür. Dünyada mənəvi keyfiyyətlərin hamısını özündə birləşdirib onları gözünün bəbəyi kimi qoruyan insanlar tapmaq çətin iş olsa da əminəm ki, var. Elə İnsanlardan biri ABŞ-ın Corciya Dövlət Univerisitetinin, Almaniyanın Zigen, Şimali Kiprin Yaxın Doğu, Təbriz və s. universitetlərin seçilmiş professoru, “Elmdə Ömürlük Nailiyyət Ödülü” laureatı, “Dünyanın seçilmiş alimləri” mükafatçısı (hər ikisi ABŞ) Rafiq Əliyevdir.
“Bir ölkədə yaşayıb başqa ölkəyə işə gedən” (Tomris), “bu gün Şərqlə Qərb arasında körpü” olan (İsmayıl İbrahimov) Rafiq müəllim “təfəkkürü Qərbə, əxlaqı Şərq”ə uyğun gələn mənəviyyat və ziyalı etalonudur. Özünün etiraf etdiyi kimi, Şərq əxlaqlı professor “qanından, genindən qısqanclığı” qovmaq istəsə də, bacarmır. Çünki beş dildə kitablar yazan, ABŞ-da, Almaniyada, Türkiyədə, Rusiya, Şimali Kiprdə və başqa ölkələrdə dərs deyən Rafiq müəllimin böyüklüyünün ən önəmli sübutu milliliyinə sadiqliyidir.
Biz bir “əşi”mizlə hər işi “yola verən” insanların çoxluğuna görə Qərb təfəkkürünə, işgüzarlığına arxa çevirməkdə, “birtəhər” adlı ölümcül laqeydlik zəhəriylə özümüzü, mənəviyyatımızı məhv etməkdə birincilərdənik. Rafiq müəllimin “o, əsl ziyalı ömrü yaşadı, heç vaxt gücün yanında olmadı, haqqın yanında oldu” kimi dəyərləndirdiyi, “Gülüstan”ın ağrılarını, “Özümüzü kəsən qılınc”ın yaralarını həmişə ürəyində daşıyan, dahi Üzeyir bəyin əsaslarını yaratdığı muğamın poetik “dissertasiya”sını yazan Bəxtiyar Vahabzadə “birtəhər”, “az aşım, ağrımaz başım” deyənləri nə ölü sayır, nə də diri:
Düşmənəm yaltaqlanıb təpəyə dağ deyənə,
“Bu dünyada birtəhər qoy yaşayaq deyənə.
Ah, birtəhər!... Lüğətə bu söz hardan gəlmədir?
Yaşamaq yaşamaqdır. Bəs bu “birtəhər” nədir?
Mən düşmənəm, düşmənəm belə “ölü canlar”a.
Gündən qaçıb həmişə kölgə axtaranlara...
Rafiq Əliyevin - “Şərqlə Qərb arasındakı möhtəşəm körpü”nün  təməlini elm və ziyalılıq möhkəmləndirib, zamanın və cəmiyyətin amansız sellərinə sinə gərmək üçün sarsılmaz edib. Ziyalılığın zirvələrindən biri Xudu Məmmədovun fikrindən yararlanaraq deyim ki, elm və ziyalılıq “qoşa qanad”dır. Qoşa qanadsız nə Vətənimiz, nə də Rafiq Əiyev kimiləri zirvəyə qalxa bilməz. Vətəni zirvəyə qaldıran “qoşa qanad”lı aydınlardır. Aydınları çox olmasa qartala bənzəyən, sinəsi çapıq-çapıq yumruq böyüklükdə Azərbaycan Amerikadan, Avstraliyadan görünməzdi. Dünyanın o başından Azərbaycan da, “Rafiq Əliyev də möhtəşəm görünür” (Ronald Yager).
“Bəs bizim ziyalılarımız hardadır?” - deyirdi 114 il öncə Əhməd Ağaoğlu. Çar Rusiyası dövründə Kür çayının sahillərindəki Aran bölgəsini qızmar istilərdən qoruyan, təbii sərinkeş funksiyasını daşıyan Tuqay meşələrinin qırılmasının qarşısını alan milli şüurumuzun oyadıcılarından Həsən bəy Zərdabi olmuşdur. Mlli mətbuatın, milli teatrın yaradıcısı Həsən bəy kimi ziyalılarımız o vaxt da az idi, elə indi də. Rafiq müəllim müsahibələrinin birində deyir ki, ölkənin əhalisinin  heç olmasa 2%-i əsl ziyalıdırsa, o ölkə qabaqcıl, mütərəqqi ola bilər. Amma bizdə bu göstərici nə qədərdir?
Vaxtilə bizim “ziyalı” titulu ilə mükafatlandırdığımız, ziyalı sandığımız bir çoxları  nəyinsə -vəzifənin, təltifin, evin, övladına “gün” ağlamağın, xaricdə mülk tikdirməyin xatirinə öz sözünü 180 dərəcə fırladaraq ağa qara, qaraya ağ, rüşvətxora xeyriyyəçi deməyə başladılar. Sən demə, belələrinə “ziyalı” titulunu verəndə səhv etmişik. Biz nə qədər sadəlövh olmuşuq. Bir-iki yağlı vəd, bəzəkli cümlə bizi aldada bilirmiş. Belələrini vəzifə kreslosunda, parlamentdə oturdan da biz idik.
Rafiq müəllimlə söhbətlərdə, müsahibələrdə ən çox verilən sualları cərgələsək, öndə “ziyalılq nədir, ziyalı kimdir?” dayanır. Niyə? Professorla söhbətləşən jurnalistlərin əksəriyyəti onu yaxşı tanıyır, söhbətə ciddi hazırlaşırlar. Həm oxucuya yeni söz çatdırmaq, həm də öyrənmək məqsədiylə. Rafiq Əliyevin intellektuallığı sualları hər dəfə daha geniş, müdrikliklə cavablandırmağa qadirdir. Sualların müəyyən dövrdən sonra təkrarlanmasının da bir önəmi var. Bu günkü və gələcək nəsillər ziyalılığın meyarlarına daha dərindən bələd olar, professorun dediyi kimi, “birinci özünə müxalif” olanlar, Bəxtiyar Vahabzadənin təbirincə, “özündən narazı”lar öz üzərlərində “redaktə” işi apararlar. Sabahımıza M.Ə.Rəsulzadələr, Üzeyir bəylər, Ə.Topçubaşovlar, N.Yusifbəylilər, F.Xoyskilər, H.Zərdabilər, Mirzə Cəlillər, Sabirlər, Cavidlər, X. Məmmədovlar, A.Mirzəcanzadələr, N.Rzayevlər, B.Vahabzadələr çox lazımdır. Vətən belə oğullarının əxlaqına, əqidəsinə, elminə həmişə möhtacdır.
Sovet dövründə ziyalı sözünü o qədər sağa, sola səpələdik ki, nüfuzdan düşdü. Siyasi rejim əsl ziyalıdan qorxduğundan “tərbiyəli ziyalılar” “istehsal” edən məktəblər yaratmışdı. Sözə baxmayanı Sibir gözləyirdi, ya da Xəzərdəki ölüm adaları. Möhtəkirə, cəmiyyətə, dövlətə bir quruş xeyir verməyənlərə ya müəllim deyirdik, ya da ziyalı. Müəllim “öyrədən” mənasındadır. Nəfsi kimi pul kisəsi də doymayanlardan nəyi öyrənə bilərdik?  Elələri əxlaqlı, elmli insanların adlarının yanına kinayə ilə “fərasətsiz” ayaması qoşmuşdular. Bu günümüzün mənzərəsi daha eybəcərdir. Nadanların öyrənmək istəməməsi bir yana, hətta Vətənini qoruyana açıq-aşkar tənə edirlər. M.Araz demişkən, “biz niyə bu günə düşdük, ay dədə?!”. Görəsən, nə vaxta qədər “xalqın və haqqın yanında dayananlar, millətin və dövlətin başını uca edənlər”, anormallıqları görüb susmayanlar “əlibaltalıların hədəfində” olacaqlar? (azadlıq.info).
Elmə və əxlaqa baxışları dırnaqarası olanlardan tez-tez “nə olsun ki, onun əxlaqı qüsurludur, amma biliklidir” – deyəndə təəccüblənirəm. Belə “elm” aşiqlərinə başa salmağa çalışıram ki, ədəbsiz adamın biliklisi daha qorxuludur. Əxlaq və elm bir-birindən heç vaxt ayrılmayan iki sevgilidirsə,  cəmiyyət və təbiət qlobal fəlakətlərdən, dağıdıcı çevrilişlərdən, qandan, qadadan azad olar. 0 ilə 1 arasında saysız-hesabsız rəqəmlər görən Rafiq müəllim “cəmiyyətin səsinin rəngi”ni də əla görür: “bəzən yaşıl, bəzən narıncı, Allah eləsin ki, qırmızı olmasın... Təbiət inqilabı sevmir, təbiət təkamülü sevir”. 
Mətləbdən uzaqlaşdım, deyəsən. Ziyalılığın Rafiq Əliyev meyarlarını onun müsahibələrindən tapmağa çalışdım:
“Ziyalı mənsub olduğu millətin simasını müəyyənləşdirən şəxsiyyətdir”.
“İdeyalılıq, əqidəlilik ziyalılığın mühüm atributudur”.
“Ziyalı, alim və şəxsiyyət problemində birinci yerdə nəfs dayanır”.
“Sənin ağlından xalqın yoluna bir işıq düşürmü? Əgər bunu bacaran, buna nail olan alimmi, fikir adamımı varsa, onu ziyalı adlandırmaq olar”.
“Ziyalını səciyyələndirən ən önəmli atribut  nailiyyətlərindən öncə onun vətəndaşlığıdır”.
“Həqiqi ziyalının sözü siyasətçi sözündən üstün olub... Ziyalı ömrü məmur ömründən uzundur. 
“Əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyir”.
“Ziyalı – ən çətin şəraitdə belə vicdanı tərəfindən formalaşmış əqidəsinə sadiq, hətta özünütəcridə meyilli” olmalıdır.
“Ziyalılıq zümrəsinə o insanlar daxildir ki, onlar iqtisadi, partiya və dövlət məcburiyyətindən, ideoloji öhdəliklərdən azaddır. Ziyalılığın əsas prinsipi – intellektual azadlıqdır”.
“Mənəvi meyarları ranqlaşdırmış olsaydım, birinci yerdə namus və ədaləti qoyardım”.
Yunan dramaturqu Esxil (e.ə.525-456)  deyirdi ki, müdrik – çox bilən adam deyil, biliyi xeyirli adamdır. 
Rafiq Əliyev həm çox bilən, həm də müdrik İnsandır...
Safruha görə, gözəllik, qüvvət, bilik, istedad xörəyinin bir duzu var – ləyaqət. 
Rafiq Əliyev ləyaqətli İnsandır...
“Elm hüdudsuz bir okeandır, mən və bəzi dostlarım bu okeandan bir neçə damlanı içmək fürsətini əldən vermədik” (İsaak Nyuton). Elmi təfəkkür və mənəvi dəyərlər insanı təvəzökar və sadə yetişdirir. Musa Yaqub dostunun sadəliyini, mənəm-mənəmlikdən uzaqlığını yüksək qiymətləndirir: “Beynəlxalq konfranslara, elmi simpoziumlara rəhbərlik edən, dünyanın bir çox nüfuzlu universitetlərində dərs deyən bu insan, hətta ən adi söhbətlərdə, danışıqlarda belə bir dəfə də olsun “mən” kəlməsi işlətmir. Bu Rafiq müəllimin böyüklüyüdür”.  Öyrənmək xatirinə hətta hava proqnozunu hidrometeoroloqdan dəqiq bilən “çobanla da məsləhətləşmək kompleksi” olmayan, bəzi şeyləri çobanın ondan yaxşı bildiyini etiraf edən Rafiq Əliyev təvazökar, sadə İnsandır.
O, “bütün eybəcərliklərə müxalifdir”, “ən birinci müxalif olduğum şəxs özüməm, daha sonra isə digər insanlar” – deyir. Amma müxalifətçi deyil, onun bir partiyası var: “Rafiq Əliyev Partiyası”. Professora görə, Ramiz Rövşən, Musa Yaqub, Cavanşir Quliyev, Qulu Məhərrəmli... hərəsi bir partiyadır, “bu partiyalar” eyni işlə məşguldur: “cəmiyyətin problemləri haqqında öz fikirlərini həmişə demək”. Rafiq müəllim, arzularına yox, hədəflərinə çatmaq üçün mübarizə aparır. 
Rafiq Əliyev prinsipial, mübariz İnsandır.
Rafiq müəllimin bu cəmiyyətdən istəyi nədir? Bunu bir müsahibəsində jurnalistə konkret deyir: “elə belə də yazın, normal yaşamaq istəyirəm!” Rafiq müəllimin normal yaşam ölçüsü azad, demokratik, ancaq qanunların şah olduğu, insanlara dəyər verilən, “dostluqda tarazlıq gözlənilən”, əhalisinin heç olmasa 2-3%-i əsl ziyalı olan, bütün eybəcərliklərə, özünə müxalif insanların düşüncələrinə sayğı ilə yanaşılan bir cəmiyyətdə yaşamaqdır. O, Vətənimizi belə görmək istəyir. Yazar Pərvizin gözəl deyimi var: “O, (Rafiq Əliyev-V.O.) Azərbaycandir. Təkcə buna görə Azərbaycanın bir parçası olmağa dəyər”. Professor vətənsevər, yurdsevər, torpağa bağlı, “vicdanının tələb etdiyini yerinə yetirən” (L.Tolstoy) İnsandır.
Macar yazıçısı İmre Kertez əxlaqı insan varlığının xadiməsi adlandırır. Şeyx Məhəmməd Xiyabaninin “xalqın istiqlaliyyətini onun əxlaqi fəziləti saxlayır” deyimində böyük həqiqət var. Professorun qənaətinə görə əxlaq təfəkkür kimi beyindən gəlmir, qandan gəlir. Rafiq müəllim  “böyüklüyü sadəlikdə görən əxlaq nümunəsi, insanlıq etalonu”dur, mənəviyyat adamıdır (R.Tağızadə),  “nəfsini yenməklə, ona qalib gəlməklə Allaha varan, Ali Məqama çatan hürufidir” (M.Yaqub), “elminin və mənəviyyatının işığı” (E.Əliyev) həmişəyanar İnsandır.
“Müəllim şam kimidir, yana-yana ətrafını işıqlandırır”. Atatürkün deyimidir. Rafiq Əliyev geniş diapozonlu intellekt sahibidir, vicdanl pedaqoqdur.  Bir müsahibəsində onun “invariant” termininin sadə, hamının anlayacağı dillə izahını oxudum. Düşündüm ki, həkimlərimiz niyə pasientinin dərdini belə başadüşülən izah eləmir, resepti hamının oxuyacağı xəttlə yazmırlar?
“Bir ifadə var, invariantlılıq. Yəni heç kimdən asılı olmamaq, kobud mənada, heç kəsə yaltaqlanmamaq, heç kimə yarınmamaq. Çox qəribədir ki, mənim övladlarım da, nəvələrim də həmişə invariantlılığı saxlayırlar. Heç birində sapma olmayıb. Müstəqil, heç kimdən asılı olmamaq, yarınmamaq, sınmamaq çox vacib şeydir. Palıd ki, sınmır.  Amma onun yanındakı alaq otları o tərəf-bu tərəfə əsir, əyilir sınır. Amma palıda külək təsir edə bilmir”.
Bu 6-7 cümləlik izahda elm də var, əxlaq da, ağsaqqal məsləhəti də, əsl ziyalılıq da...
Rafiq müəllimin təfəkküründən, elmi uğurlarından, vətəndaş mövqeyindən, əzmindən, iradəsindən, mənəvi aləminin zənginliyindən, Azərbaycançılğından, torpaq, yurd sevgisindən azı 40 ildir ki, az-çox xəbərdaram. Mətbuat səhifələrindən, internet resurslarından, kitablardan, bir-birimizlə ruh yaxınlığı olan dostlarla söhbətlərdən Rafiq müəllimi tanısam da, heç vaxt görüşməmişik. “Su kimi sakit və güclü” kitabı bizi yenidən qiyabi də olsa görüşdürdü. “Görüş”mənim içimi arıtladı və bu fikirləri yazmağıma vəsilə oldu.
Rafiq Əliyevin ziyalılıq meyarlarında dostluqda tarazlıq da mütləqdir. “Mən azad düşüncəli, sınmayan insanlarla dostluq edirəm” cümləsində onun dostlarının xarakteri, dostluq əyarı dəqiq bilinir. Bəs dostları Rafiq müəllimi hansı məziyyətlərinə görə sevir?
Ramiz Rövşən: “İnsan daha çox nədən qorxur; sudan, yoxsa oddan? Əlbəttə ki, oddan. Amma hansı daha güclüdür? Əlbəttə ki, su. Mənim əziz dostum Rafiq Əliyev ən böyük yanğınları söndürməyə qadir olan su kimi sakit və güclüdü. O, həm də su kimi saf və təmizdi”.
Bəxtiyar Vahabzadə: “Rafiq Əliyevi mənə sevdirən ən böyük cəhəti ondan ibarətdir ki, böyük alimliyi ilə bərabər, hansı millətə mənsub olduğunu çox gözəl bilir”.
Lütfi Zadə: “Onunla dostluğumu özümçün şərəf bilirəm. O, elə bir insandır ki, onu nə qədər yaxından tanıyırsansa, ona  bir o qədər də hörmət və heyranlıq hissi bəsləyirsən”.
Cəmil Həsənli: “Rafiq Əliyev zəmanə ilə ayaqlaşmaq baxımından  bu məmləkətin üz ağlığı, güvənc yeri, elm brendidir”.
Rəfail Tağızadə: “Təmizlik, daxili saflıq, xarakter... İnsan yaşlandıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin  zənginliyindən xəbər verir”.
Ramiz Rövşənin deyimi çox orijinaldır: “ Rafiq müəllim dəniz kimidir, amma bu dənizin haçansa coşub dalğalandığını görən olubmu? Bu da onun bənzərsizliyidir”. Tarixin yaddaşına əbədi həkk olunan şəxsiyyətləri xatırlayaq. Onların heç biri kiməsə bənzəmirdi. “Ölməmək üçün, unudulmamaq üçün” gərək elə yaşayasan ki, həmişə izin görünsün. Dahi Xudu Məmmədovun düşüncəsi ilə desək, elə qala tikəsən ki, izin qala. Rafiq Əliyev hətta 7 min mil uzaqlıqdan görünən əzəmətli qaladır, özünün tikdiyi qala...
Allah 1-dirsə, Rafiq müəllim qeyri-səlis məntiq nəzəriyyəsinə görə, 1-in yanındadır, 1-ə ən yaxın İnsanlardandır...
VAQİF  OSMANOV
May 2020 
Oxşar xəbərlər
17:44, Bu gün
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan keçirilir
17:40, Bu gün
"Barselona" iki futbolçusu ilə bağlı qərar verib
17:34, Bu gün
Tanınmaz hala düşən aktrisa: "Ölümün gəlməyini gözləyirdim" - FOTO
17:28, Bu gün
İrəvan aksiyalarında Koçaryan izi - ŞƏRH + FOTO
17:23, Bu gün
Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
17:18, Bu gün
Tələbələrlə görüşən Aygün Kazımovanın qeyri-adi geyim tərzi - VİDEO
17:16, Bu gün
"Doğrudanmı Paşinyan 6 ildir Putinin dediyi ilə oturub-durur?..” –Partiya sədri cavablandırır
17:13, Bu gün
“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryerə cinayət işi açıldı - FOTO/VİDEO
17:08, Bu gün
Azərbaycanda müəllim vəfat etdi - FOTO
17:03, Bu gün
“Xoşqədəmin, Zaurun verilişi 10 saat olmalıdır ki, camaatın başı qarışsın”
16:58, Bu gün
Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib - FOTO
16:53, Bu gün
Bakıda ilanların sayı artıb? - AÇIQLAMA + FOTO/VİDEO
16:48, Bu gün
TƏBİB rəhbəri: "Sosial səhiyyə sahəsində ən böyük nailiyyət icbari tibbi sığortanın tətbiqidir" - VİDEO
16:45, Bu gün
14 yaşlı qızını 100 minə satan ailə canlı efirdə həbs edildi - VİDEO
16:40, Bu gün
Azyaşlı gəlin ənənəsi niyə sonlanmır? – Həbs cəzası da təsirli deyilsə...
16:36, Bu gün
Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib
16:31, Bu gün
“Crocus” terror aktı ilə bağlı saxlanılan 12-ci şəxslə bağlı qərar verildi - FOTO/VİDEO
16:25, Bu gün
Səfir: "Ruanda soyqırımı bir Fransa əməliyyatı idi"
16:20, Bu gün
İki güc hərəkətə keçdi: Hədəf Cənubi Qafqazdır - Şərtlər dəyişdi
16:16, Bu gün
Dövlət Neft Fondu dünyanın iki nəhəng şirkətinin səhmlərini aldı
16:10, Bu gün
Bədii gimnastlarımız beynəlxalq turnirdə 5 medal qazandı - FOTO
16:05, Bu gün
“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA + FOTO
15:59, Bu gün
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
15:55, Bu gün
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
15:50, Bu gün
Bakıda qızıl mağazasından oğurluq edən şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
15:47, Bu gün
Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: Sabah saat 11:00-dan...
15:43, Bu gün
Bakıda oğurluq edənlər polisdən və müşahidə kameralarından qaça bilmədilər - FOTO/VİDEO
15:38, Bu gün
"Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək" - Şahruddin Məhəmmədəliyev
15:33, Bu gün
“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirildi - FOTO/VİDEO
15:28, Bu gün
Qəzzada ölənlərin sayı açıqlandı
15:24, Bu gün
Özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının siyahısına dəyişiklik edildi
15:19, Bu gün
Azərbaycanla “ACWA Power" arasında yeni investisiya müqaviləsi təsdiqləndi
15:15, Bu gün
“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa DƏVƏT EDİLDİ
15:11, Bu gün
Azərbaycanda hakim intihar etdi
15:07, Bu gün
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
15:02, Bu gün
Naxçıvanda şagirdlər Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıblar - FOTO
14:57, Bu gün
Qarabağ və Şərqli Zəngəzurda da əməyin mühafizəsi ilə bağlı təlimlər keçirilir
14:52, Bu gün
İlham Əliyev bir qrup sahibkarı təltif etdi - SİYAHI
14:48, Bu gün
Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
14:43, Bu gün
Qızlardan ibarət taekvondo millimiz Prezident Kubokunda mübarizə aparacaq
14:38, Bu gün
Qərbin Mərkəzi Asiya planı və ya yeni regional birlik ideyası - TƏHLİL + FOTO
14:33, Bu gün
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışıb - FOTO
14:28, Bu gün
Azərbaycanlı rejissorun filmi Kann festivalında
14:23, Bu gün
Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək
14:18, Bu gün
Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub
14:15, Bu gün
Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
14:13, Bu gün
Bakının 7 kilometrliyində evlər kütləvi satışa çıxarıldı - Ucuz qiymətə...
14:11, Bu gün
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
14:06, Bu gün
Ceyranbatan su kanalında batan yeniyetmənin meyiti tapıldı
13:59, Bu gün
Rusiyada hərbi aerodroma dron hücumu olub - VİDEO
13:54, Bu gün
Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər
13:48, Bu gün
İran XİN: “MCS Aries” gəmisinin ekipajı sərbəst buraxılacaq
13:42, Bu gün
Brejnevin intriqalarına tab gətirməyən komitə sədri – o, vəzifəsindən könüllü istefa verib  
13:37, Bu gün
Məhəmməd Əmin Rəsulzadə 27 Aprel işğalı haqqında - Nəsiman Yaqublunun təqdimatında
13:32, Bu gün
Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi: Konyada dəhşət - VİDEO
13:28, Bu gün
Qayana, Surinam və Ekvador liderləri COP29-a dəvət olundu - FOTO
13:23, Bu gün
“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyə qədər 332 səfər həyata keçirilib - VİDEO
13:18, Bu gün
Reuters: Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?
13:14, Bu gün
Onlayn oyunlara qoşulanların kart hesabından 30 min manat oğurlayan şəxs saxlanıldı
13:09, Bu gün
Azərbaycanda makler və övladları bıçaqlandılar
13:05, Bu gün
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü
13:01, Bu gün
“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər - FOTO/VİDEO
12:58, Bu gün
Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi - FOTOLAR
12:54, Bu gün
2018-ci ilə nisbətən özəl sektorda əmək müqavilələrinin sayı iki dəfə artıb
12:50, Bu gün
Bu pomidorları almayın! - RİSKLİDİR
12:46, Bu gün
Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək
12:42, Bu gün
Sahibə Qafarova Monteneqro Prezidenti ilə görüşdü - FOTO
12:38, Bu gün
Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı
12:34, Bu gün
Pərvin Abıyevadan ərəb rəqsi şousu - VİDEO
12:31, Bu gün
“Azərbaycan Almaniyanın təşəbbüslərinə müsbət yanaşır” - ŞƏRH
12:28, Bu gün
Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”
12:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Mərkəz istiqamətində yolda təmir işləri aparılır
12:23, Bu gün
Berlində iqlim dəyişiklikləri dialoqu Almaniya-Azərbaycan münasibətlərinin yeni istiqamətidir - RƏY + FOTO
12:19, Bu gün
Taekvandoçularımız Prezident kubokunda 6 medal qazandı
12:15, Bu gün
Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır - FOTO
12:11, Bu gün
Sabah 31 dərəcə isti olacaq - İstirahət gününün hava proqnozu
12:07, Bu gün
“Özünü sındırmırdı, amma qəm içində idi”
12:02, Bu gün
"Hizbullah"ın aparıcı fiqurlarından biri öldürüldü
11:58, Bu gün
Husilər ABŞ-nin 30 milyon dollar dəyərində olan “MQ-9” PUA-sını vurublar
11:54, Bu gün
Mbappenin “Real Madrid”də nə qədər qazanacağı məlum olub
11:50, Bu gün
Naxçıvan hökuməti hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb
11:45, Bu gün
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü
11:40, Bu gün
Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı
11:36, Bu gün
Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"
11:32, Bu gün
Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər - FOTO
11:29, Bu gün
Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"
11:27, Bu gün
Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq
11:15, Bu gün
Azərbaycan Gürcüstandan tərəvəz tədarükünə çəkdiyi xərci 42 % artırıb
11:06, Bu gün
Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dinlə bağlı çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"
11:02, Bu gün
Nazirlik yol kənarında qanunsuz tikintinin qarşısını alıb - FOTO/VİDEO
11:00, Bu gün
BSU-da Zərifə Əliyevanın anadan olmasının 101-ci ilinə həsr olunmuş tədbir keçirilib - FOTO
10:58, Bu gün
İctimai TV-yə yeni direktor müavini təyin edilib
10:49, Bu gün
Salyanda avtomobil oğurlayan şəxsin digər cinayət əməllərinin üstü də açılıb
10:45, Bu gün
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” - VİDEO
10:43, Bu gün
Həftəsonu hansı bürclərin bəxti gətirəcək?
10:40, Bu gün
Bin Laden ailəsinin Floridadakı malikanəsinin taleyi məlum oldu
10:38, Bu gün
Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb
10:33, Bu gün
"Ölkəmiz bu mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işlərini həyata keçirir"
10:31, Bu gün
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
10:25, Bu gün
Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir? - FOTO
GÜNLÜK
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB