Azərbaycan
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında İsmayıl Yusifovun və
Elşən Həsənovun prezidentliyə namizədliyi təsdiq edilib.
Trend-in
məlumatına görə, həmçinin iclasda Zahid Orucun səlahiyyətli nümayəndələri qeydə
alınıb.
Qeyd edək ki,
bununla da seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən
prezidentliyə namizədlərin sayı 17 olub. Bunlar Yeni Azərbaycan Partiyasından
(YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq
Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından
partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından
partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir
Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının
sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar
Məmmədov (İlqar Altay), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri,
deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat
Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb
Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu, öz təşəbbüsü ilə
namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli
sürən İsmayıl Yusifov, Qüdrət İsaqov, Ədalət Partiyasından partiyanın sədri
İlyas İsmayılov və namizədliyi özü tərəfindən irəli sürülən İlqar Məmmədovdur.
12 nəfərin -
Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti
İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar
Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan
Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf
Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri
Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat
Qüdrət Həsənquliyevin, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin, öz
təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Orucun, Milli Dirçəliş
Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin və Şərq-Qərb Araşdırmalar
Mərkəzinin direktoru Ərəstun Oruclunun prezidentliyə namizədlikləri MSK-nın
əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki,
Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi
prosesinə start verilib.
Seçki
Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv)
seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi
partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident
seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu
prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş
ildən bir prezident seçkiləri keçirilir.